Genel

Nazim Nəsrəddinov: Adsız şeir

Nazim Nəsrəddinov: Adsız şeir

***
İllər keçdi oldum yumaq,
Bir qonağam- üzsüz qonaq.
Ömürdür də… yaşayıriq,
Hər günümüz – ciddi sınaq.
***..
Ağartmağa dişim yoxdur,
Heç kim ilə işim yoxdur.
Tələsirəm, narahatam,
Görüləsi işim çoxdur.
***
Baş tutmadı ziyarətim –
Baba dağa səyahətim.
Hələ belə dolanmağa,
Bu can ilə var niyyətim.
***
Bir vaxt gözüm yol çəkərdi…
Tək çəkərdim yekə dərdi.
Çapar idim öz yolumda
İllər məni yerə sərdi.
***
Bu nə tale, nə qədərdir,
Mənim dərdim bax, bu dərddir.
İtirdiyim aylar, günlər,
Aman Allah, nə qədərdir?
***
Qulaq asın yaxşı sözə
Yaxşı baxın yola, rizə.
Utanmayın, qiymət verin
Yaxşı-taxşı özünüzə….
***
Baş işləyir, hələ ki siz
Nə qədər var nəfəsinz….
Bir görk olsun nəsillərə-
Bu dünyaya həvəsiniz.
***
Bir yarışdır vaxt savaşı-
Bu Dünyanın ili. yaşı…
İnsanın xoş yaşamağı
Yetniş idir,səksən ikdir
uzaq başı…
***
Yaxşılığın min yolu var.
Yamanlığı yaddan çıxar…
Bu Dünyada unsanları
Yıxsa əgər, pislik yıxar…
***
Çəkin,çəkin paxıllıqdan,
Paxıllıqdan ölər insan.
Görsən əgər biri acdır,
Unutma ki,
Loxmasını bölər insan …
***
Nazim Nəsrəddinov.
Bakl
05.06.2021

Pin It on Pinterest