Narıngül Nadir
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Narıngül Nadir
(Babayeva Narıngül) Oğuz rayonunun Xaçmaz kəndində doğulub. Orta məktəbi Oğuzda bitirib.
Hələ orta məktəbdə oxuyarkən şeirləri Respublikanın müxtəlif mətbuat orqanlarında çap olunub. “Yurdumun baharı” adlı ilk şeiri 1984- cü ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuşdur.
Elm və Təhsil mərkəzi “Təfəkkür” Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə (2004-2009) məzunudur.
“İşıqda adiləşmək qorxusu” (2007), “Qadın da ağac kimidir” (2012) adlı şeir kitablarının və “Güzgüdəki qadın”(2011), “Qar çiçəyi” (2016), “Günəş üzlü qadın” (2020) adlı nəsr kitablarının müəllifidir.
Hazırda Azərbaycan Yazıçılar Birliyində çalışır.
Narıngül Nadir
Vətən kimi
Qadın da vətən kimidir-
Sevəni var,
Satanı var,
Atanı var,
Aldadıb baş qatanı var.
Qadın da vətən kimidir
Əkəni var,
Biçəni var,
Köçəni var,
Tapdalayıb keçəni var.
Qadın da vətən kimidir
Bir tərəfi ölümdü-itimdi,
Sahibi olmasa yetimdi.
Tənha qadın
Hər səhər ümidlərlə oyanır.
Sərçələrə dən atır,
Ümidini suvarır.
Bəzən qapı yerinə
Divarı yumruqlayır.
Səbəbini də bilmir,
Bəzən niyə ağlayır.
Bəzən yağan yağışı,
Küləyi sığallayır.
Qonşunun acığına
İt-pişik də saxlayır.
Hər axşam yorulmadan,
Ömrünü varaqlayır.
Bir az sevgi payı var
Sabahına saxlayır…
Tənha qadın
Elə hey gileylənir,
Taleyini danlayır.
Deyir
Hardan gəldi bu,
Bu gicbəsər tənhalıq.
Sonra da gülümsünür,
Sonra göyə əl edir,
Əlində nəmli yaylıq.
Sənə
Səni düşünmək
Bir az da sevgi daşımaqdır.
Axşamlar səhəri
Səhərlər axşamı gözləməkdir.
Bir az peşimançılıq,
Bir az darıxmaq,
Bir az da qorxudur
Səni düşünmək.
Ömür
Heç mən də
Bir adam deyiləm.
Deyəsən,
səhv sürdüm bu ömrü…
Yollarım qarışdı.
Bəlkə, başqasının ömrüdü,
Bəlkə də naşıdı…
Dünya gəl-get dünyası.
Hərə çiynində heybə
Bir ömür daşıdı.
Heçməndə
Biradamdeyiləm.
Tərsinbalasıtərsəm.
Görəsən, quruyarmı
Bu ömrüyuyubsərsəm…
Külək
Bu külək
dəcəl uşaq kimidir.
Qulağını buran olsa,
Aparıb yurduna qoyan olsa…
Bu külək
dəcəl uşaq imidir.
Üz-gözü toz içində
Dolaşıbdır saçları
Əzilib paltarları
Gözünə dəyən nə var
Alıb atır yuxarı.
Bu külək
dəcəl uşaq imidir
Zibilləyir hər yanı
Sabha kim süpürəcək
Bəs görəsən dünyanı?..
Yolları yandırma
Uzaqlar dalğa-dalğa
Səni mənə ötürür
Sənə çevrilirəm.
Bir payız səhərini
Birlikdə açmaq
Var.
Əllərindən tutaraq
Sonsuzluğa baxmaq var.
Sən
Adamlardan keçdin…
Mən sonsuzluqdan.
Heç yuva əllərində
İsinmək də olmadı…
Quşlar
Alışmaq üçün qururlar yuvanı
Alışa bildikmi?..
Bir də
Geri qayıtmaq var.
Nə olar,
Yolları yandırma, dostum.
Ayrılaq
Dünya sınaq dünyasıdır,
Gəl biz də belə ayrılaq.
Ayrılıq yetim qalmasın,
Verək əl-ələ ayrılaq.
Yolarımız ki, tən deyil,
Qədər bizdən ötən deyil,
Ayrılıq ki, vətən deyil,
Gəl gülə-gülə ayrılaq.
Qəlbim tənha yer kürəsi,
Tanrının da yox kimsəsi,
Daha nə qalıb böləsi
Gəl bilə-bilə ayrlaq.
Dönüb bir az uşaq olaq,
Bu dünyanı oyun sayaq,
Bəlkə, gizlənpaç oynayaq,
Gəl elə-belə ayrılaq.
Gedən ürəkdir köç deyil,
Qanadları var quş deyil,
Onsuz da bizlik iş deyil
Düşməyəkdiləayrılaq.
Yollar
Yollar da adam kimidir,
Getməsən yadlaşar yollar.
Bir də gördün dümdüz olar,
Bir də gördün çaşar yollar.
Küçə-küçə, meydan-meydan,
Vağzal-vağzal daşar yollar,
Sağı-solu bilinməz ki,
Beynində dolaşar yollar.
İki kəlmə sözdən gələr,
Qəlbdən gələr, gözdən gələr,
Hərəsi bir üzdən gələr,
Gəlib qoşalaşar yollar.
Adam dünyadan köçməz ki,
Adamı da yol aparar,
Köçən gedər, yeri dolar,
Bitən deyil, yaşar yollar.
Şəhidim
Yoluna su səpim, göz yaşı sıxım?
Çəkməndə torpaq var, torpaq, bir sıxım…
Ver, əsgər çəkməni köksümə sıxım,
Çəkməsində çiçək bitən şəhidim.
Bədənin yerdədi, ruhun göylədi,
Göydən ulduz uçdu, yaram göynədi.
Xəbərin oldumu o qız neylədi?
Dönüb üfüqlərdə itən şəhidim.
İgid Poladımla hər an qoşasan,
Sən elə Ağdamsan, elə Şuşasan.
Can fəda etdin ki, vətən yaşasın
Bayrağa bürünüb ötən şəhidim.
Torpağa qan səpdin, torpaq oyandı,
Qanın çiçəklədi, bu necə qandı?
Yazdın ki, Qarabağ Azərbaycandı!
Sən elə vətənsən, vətən, şəhidim!
Bu ömrü
Tanrım, əynimə olmur
Gəl qaytaraq bu ömrü.
Ya da başqa bir ömrə
Edək calaq bu ömrü.
Gülsün, yoxsa ağlasın
Gətirmir bəxti, şansı
Oyanırsan, de hansı,
Vaxta quraq bu ömrü?
Neçəyerəyozursan,
Yazıb sonra pozursan
Necə gunə yazırsan?
Varaq-varaq bu ömrü.
Toyudur, yayasıdır?
Tərsi-düzühansıdır?
Dünyanərdtaxtasıdır,
Gəloyna yaq bu ömrü.