Elsevər Hüseynoğlu – Şiir
GƏLSİN
Yenə xəyallarım sən tərəfdədir,
Üstünə təpin, qov buraya gəlsin.
Nə vaxt darda olsan bir səslə, çağır…
Yetsin köməyinə, haraya gəlsin.
*****
Mən kasıb biriyəm əhatəm kiçik,
Dönürəm çevrəmdə, yana çıxmıram.
Quraram könlümdə hüzurdan bir taxt,
Keyfin istəsə bu saraya gəlsin.
*****
Zamanın ayarı tək sənə görə…
Sayıram günləri, ayı bir sözlə.
Bircə qəlbin uçsun mənim tərəfə,
Gözlərəm lap geci bir aya gəlsin.
*****
Gündüz günəşlidir, gecələr aylı,
Qorxma qar, yağışdan, qara gecədən.
Göz nurum ələdim sən gələn yola,
Tökərəm ağını, qaraya gəlsin.
*****
Həsrətlə baxıram getdiyin yola,
Deyirəm gələcək nə vaxtsa olsa…
Birdən işdi əgər, darıxıb etsə
Söylə bu ürəyim haraya gəlsin ?!
Elsevər Hüseynoğlu
Bakı~27/04/2021