İsmayıl bəy Qaspıralının Bağçasaraydan Tiflisə Ziya qəzetinin idarəxanəsinə göndərdiyi məktubun dili və dilçəyi
Bu məktub Hacı Səid Ünsizadənin (1842,Şamaxı-1903,İstanbul) başçılığı ilə Tiflisdə nəşr olunan “Ziya” qəzetinin 1879-cu il noyabrın 7-də çıxan 42-ci nömrəsində dərc edilmişdir.Məktub Kırım tatarlarənın ana dilində – türk dünyasının bir çox yerlərində aydın başa düşülən, tərcüməyə ehtiyac olmayan bir dildə, məişət üalubunda yazılmışdır. Qəzetin naşir və mühərriri yazının məzmun və üslubuna müdaxilə etməmiş, məktub olduğu kimi dərc olunmuşdur.
Məktubun leksikasında “Ziya” qəzetinin oxucularına aydın olmayan söz yoxdur.Çətin başa düşülən sözlərin izahı mötərizədə daha anlaşıqlı variantı ilə izah olunmuşdur. Məktubun sintaksisi çevik və nümunəvi axardadır.
( “Ziya” qəzeti, 07.11.1879-cu il,N42, səh.4 ).
Yeri gəlmişkən qeyd edək ki, bəzi tədqiqtçılar “Tərcümanın”ın Azərbaycan səhifələrini işıqlandırmaq istəyəndə yazdıqları yazılarında Bağçasaraydan göndərilənməktubun “Ziya”qəzetinin 1879-cu ildəki 9-cu nömrəsində dərc olunduğunu yazırlar.
Bu tarix səhvdir. Belə ki, “Ziya”nın 1879–cu ildəki 9-cu nömrəsi martın 20-də çıxmışdır -N.N.)
İsmayıl Mirzanın Bağçasaray məktubunu oxucuların diqqətinə olduğu kimi çatdırırıq.
“Məlumdur ki, Rusiya dövləti içərisində olan millətlər, məsələn …,polyaq, latış, yəhudi və ğeyri çoxdan bərü kəndi lisanında ğazetalar və ədəbiyyata dair qeyri şeylər peyda etmişlər. İki-üç milyondan ibatət olan Rusiya tatarları ədəbiyyatsız və dəxi bir ğazetəsiz olduqları çox təəccübdür.
Ğazeta millətin lisanıdır.Ğazetələr millətə mühafiz ola bilürlər.Ticarət və hansı səlahiyyət (bir işi görməyə səllahiyyəti və hüququ olma-N.N.) sırasında (cərgəsində) yol göstəricisi ola bilürlər.Millətin aqilinə (əqlinə) və fikrinə inayə (kömək-?) ola bilürlər.Qısası, ğazetəsiz, və kitabsız millət sağır (kar) və dilsiz adama bənzər.Bu halda tatar lisanında “Ziya” ğazetəsi nəşr olunması pək (çox) faidəli, iftixarlı iş olduğundan ziyadəsilə xoşnud olduq.
“Ziya” ğazetəsinin gündən-günə ilərü(irəlü) getməsini istəriz(istəyirik) və məmnun ediriz.Bundan sonra bəz-bəz “Ziya” qazetəxanəsinə məktub və ğeyr kağızlar göndərilməgini kəndimizə borc ediriz.
Bu dəfə tərəfi-əhvalımızdan sual olunur isə həmd olsun bu sənə (il-N.N.) Qırım bərəkatı (“bərəkət” sözünün cəmidir-N.N.) pək əla olmuşdur. Əkin, meyvə, düxan ( burada “tütün” mənasındadır-N.N. ) gözəl olub. Cümlə ticarət pək sırasındadır. Buğda çox oldusa da, qiyməti çox bahalıdır. Şöylə ki, puti on beş mənata satılmışdır.
Hal bu isə xəlqlər karlı olduğundan şimdilik zəhmət çəkməyürlər.
Bağçasaray şəhr məclisindən İsmayıl Mirza”.
***
Bu məktubda o vaxtlar özünü hələ İsmayıl Mirza kimi tanıdan İsmayıl bəy Qaspıralının ictimai- siyasi fəaliyyətini, milli məfkurəvi görüşlərini öyrənmək baxımından çox maraqlıdır. smayıl Mirza hər bir millətin ana dilində kitab və məytbuatnın olmasını vacib sayır. O, bu işdə polyaq, latış, yəhudi və ğeyri millətlərin çoxdan trəlidə olduqlqrını xüsusilə vurğulayır,”İki-üç milyondan ibatət olan Rusiya tatarları ədəbiyyatsız və dəxi bir ğazetəsiz olduqları çox təəccübdür “sözləeini dilə gətirir.
İsmayıl Mirza qəzetin millətin milli məfkurəsinin formalaşmasındakı roluna yüksək qiymət verir:
“Ğazeta millətin lisanıdır.Ğazetələr millətə mühafiz ola bilürlər.Ticarət və hansı səlahiyyət (bir işi görməyə səllahiyyəti və hüququ olma-N.N.) sırasında (cərgəsində) yol göstəricisi ola bilürlər.Millətin aqilinə (əqlinə) və fikrinə inayə (kömək-?) ola bilürlər.Qısası, ğazetəsiz, və kitabsız millət sağır (kar) və dilsiz adama bənzər”.
İsmayıl Mira bu fikrin davamı kimi Tiflisdə türki Azərbaycan dilində nəşr olunan Ziya qəzetini yüksək qiymətləndirir:
” Bu halda tatar lisanında “Ziya” ğazetəsi nəşr olunması pək (çox) faidəli, iftixarlı iş olduğundan ziyadəsilə xoşnud olduq “.
Müəllifin sonrakı fikirləri də Səid Ünsizdə və İsmayıl bəy Qspıralı münasibətlərini daha dərindən oyrənmək yolunda ciddi əhəmiyyət kəsb edir:
“”Ziya” ğazetəsinin gündən-günə ilərü(irəlü) getməsini istəriz(istəyirik) və məmnun ediriz. Bundan sonra bəz-bəz “Ziya” qazetəxanəsinə məktub və ğeyr kağızlar göndərilməgini kəndimizə borc ediriz”.
İsayıl Mirza türkdilli mətbuatdakı ilk məktubunun sonuncu cümlələrində doğma yurdunun – Qırımın təsərrüfat həyatəmdan,yerli xalqın həyat tərzindən,cəmiyyətin inkişafında əsas göstəricilərdən biri olan iqtisadi məsələlərin ümumi mənzərəsindən söz açır :
” Bu dəfə tərəfi-əhvalımızdan sual olunur isə həmd olsun bu sənə (il-N.N.) Qırım bərəkatı (“bərəkət” sözünün cəmidir-N.N.) pək əla olmuşdur. Əkin, meyvə, düxan ( burada “tütün” mənasındadır-N.N. ) gözəl olub. Cümlə ticarət pək sırasındadır. Buğda çox oldusa da, qiyməti çox bahalıdır. Şöylə ki, puti on beş mənata satılmışdır”.
Sonuncüu cümlə 1879-cu ilin payızında Kırımda camaatın yaşayəş tərzunun indilikdə çətin olmadığı haqqında oxucularda nikbin ruh formalaşdırılır:
“Hal bu isə xəlqlər karlı olduğundan şimdilik zəhmət çəkməyürlər”.
Teri gəlmişkən qeyd edək ki,İsmayıl Mirzanın Ziyaya göndərdiyi məktub həm məxmun,həm də ki üslub baxlmlndan bu qəzetin Şamaxı müxbiri məşhur Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasının o vaxtkı yeganə qəzetindəki müxbir məktublarını xatırladır.Təəssüf ki,indiyədək bu oxşarlıq heç bir tədqiqatçının diqqətini cəlb etməmişdir.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq.
Bakı,
29.03.2021.