GenelGüncelTürk Dünyası

XƏZƏR XAQANLIĞI

Sənan Qacar

VII əsrin əvvəllərində Göytürk dövlətinin dağılmasından sonra Xəzər dənizi və Qara dəniz arasında dağınıq halda yaşayan Sabar, Ogur və Onogur kimi türk tayfaları qüvvətli bir birlik kimi təşkilatlanıb Xəzər Xaqanlığını qururlar. Bizans, İran, Ərəb dövlətləri ilə sıx əlaqələr saxlayan Xaqanlıq Slav qəbilələrini də öz tərkibinə daxil edir.

Xəzərlərin sahib olduğu bölgə ticarət mərkəzi kimi əhəmiyyətli ərazi sayılırdı. Müxtəlif ölkələrlə aparılan ticarət əlaqələri nəticəsində xəzərlər arasında yəhudilik, Bizans tacirləri və səyyahları vasitəsi ilə isə xristianlıq dini yayılır. VII əsrdə təşəkkül tapan və güclənən Ərəb Xilafəti xəlifə Osmanın və Əməvilərin dövründə Sasaniləri məğlubiyyətə uğradaraq Xəzərlərlə qarşı bir çox hücumlar həyata keçirir. Xəzərlər ilk vaxtlar ərəblərin Qafqaz istiqamətindəki irəliləyişlərinin qarşısını alsalar da, VIII yüzillikdən sonra tədricən üstünlüyü əldən verirlər. Ərəblərin Konstantinopolu mühasirəyə alması və ordunun əsas hissəsini bu cəbhədə cəmləməsindən istifadə edən xəzərlər 730-cu ildə Xilafətin boş qalmış cinahı üzərinə hücum edərək Ərdəbili, daha sonra Diyarbəkir və Mosul şəhərlərini ələ keçirirlər. Bundan bir il sonra ərəblər güclü ordu yığaraq əks-hücuma keçir və itirilən əraziləri qaytarır.

733-cü ildə Dərbənd qalası onların əlinə keçir. 737-ci ildə ərəb ordusu ölkənin içərilərinə qədər irəliləyir və Xaqanlığının paytaxtı Səməndər şəhərini tutur. Bundan sonra Xəzər xaqanı Ərəb Xilafəti ilə sülh bağlamağa məcbur olur və İslam dinini qəbul edir. IX yüzilliyin ortalarında İtil-Xarəzm ticarət yolunu itirərək başlıca gəlir mənbələrindən məhrum olan Xəzər Xaqanlığı zəifləməyə başlayır. Bu vəziyyətdən faydalanan Rus knyazları paytaxt İtilə və Qafqaza hücum edir. Ruslarla eyni zamanda bir vaxtlar müttəfiq olduqları Bizans İmperiyası da bunu fürsət bilərək Xəzər Xaqanlığının ərazisinə soxulur.

Namiq Adilxan. Türk Tarixi araşdırmaçısı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest