MİLLİ GEYİMLƏRİMİZİN ƏSALƏTİ VƏ VACİBLİYİ
Azərbaycan milli geyimləri
Hər hansı bir milləti tanımağın ən asan yolu, onun mədəniyyəti ilə tanış olmaqdır. Mədəniyyət, bir xalqın dünyagörüşündən, əxlaqından, pisxoloji durumundan, adət-ənənəsindən məlumat verən ən zəngin qaynaqdır. Yeni nəsillərin tərbiyəsində ən yaxşı müəllimdir. Bir xalqın gələcəyinin formalaşmasında ən yaxşı yol göstərən, stümul verəndir. Mədəniyyətlərin təzəhür etdiyi sahələrdən biri isə geyim qaydasıdır. Necə ki, bir insanın geyimi onun daxili aləminin xəbərçisidirsə, bir millətin geyim mədəniyyətidə onun daxili aləminin zənginliyinin və ya kasıblılığının xəbərçisidir. XIX əsrin əvvəllərinə kimi Azərbaycan xalqı tərəfindən qorunub saxlanılan milli geyimlərimiz, Sovet hökümətinin qurulması ilə və bu hökümətin bir çox sahələrimizə vurduğu zərbə, bu sahəyədə təsirsiz qalmamışdır. Bir xalqı öz milli köklərindən ayırmaq məqsədi ilə aparılan siyasətin nəticəsində, əvvəlcə şəhər və rayonlarda, sonra isə bütün ölkədə geyim mədəniyyəti köklü şəkildə dəyişdirilmişdir.
Azərbaycan milli geyimləri tarix boyu istər sağlamlıq baxımından, istərsə də öz əsaləti və mədəniyyəti ilə digər xalqlardan fərqlənmişdir. Hər cinsə, hər yaşa uyğun geyimlər, xalqımızın şərəfli tarix yolunun, onun zəngin mədəniyyətin carçılarıdırlar. Kişilərə xas geyimlər insanların ictimai həyatdakı rolundan aslı olaraq, hər sahəyə uyğun tərtib olunsada geyim mədəniyyətinə xas xususiyyətləri qoruyub saxlamışdır. Qadın geyimləri isə, mənə görə, türk qadının əsalətinin, nəcibliyinin, xanımlığının ən gözəl təzəhür etdiyi, ən yaxşı göstəricisidir. Türk qadınının ictimai həyatdakı kişilər ilə eyni mövqeydə çıxış etmələri onların geyim mədəniyyətinində formalaşmasına təsirsiz qalmamışdır. Əri ilə daim birgə at belində olan analarımız bu aktivliyi, dünya mədəniyyətində mühim rol oynayan şalvarın kəşfi ilə nəticələnmişdir. Təbii ki, bu günkü görkəmidən fərqli idi. Avropanın mənimsəyərək bizə təqdim etdiyi geyim formasından fərqli olaraq, bir qadının əsalətini, nəcibliyini, xanımlığını tərənnüm edirdi bu geyimlər. Daha çox heyranlıq oyandıran bu zərif geyimlər, onları geyənlərin estetiq zövqlərinin də zərif və xanımyana formalaşmasına təsirsiz qalmırdı. Bu geyimlər qadınlarımızın həyatdakı mövqeylərinin ən yaxşı göstəricisi, digər xalqlardan fərqli olaraq qadının kölə deyil, daha dəyərli bir varlıq olduğunun sübutudur. Bir çox xalqların milli geyimlərindən onların qadınları nə qədər ucuz tutduqları görülürsə, xalqımıza məxsus milli geyimlərdə bunu tamamilə əksi nümayiş etdirilir. Hələ son dövürlərdə pisxoloqlar tərəfindən tərbiyyənin formalaşmasında geyimin rolunu təyin etməyə çalışılırkən, əsrlər əvvəl xalqımızın bu məsələlərə diqqət yetirdiyini görürük. Öz daxili aləmi geyim mədəniyyətində təzəhür edərkən, bu mədəniyyət bu daxili aləmin gələcək nəsillərə daşıyıcısı rolunu oynayırdı. Bəlkə də, bunun fərqində olduqları üçün uşaq geyimləri böyük geyimlərindən o qədər də fərqlənmirdi. Sadəcə rəngi, razmeri, bəzi naxışları ilə fərqlənən bu geyimlər, uşaqların cinsiyyətinə uyğun şəkildə formalaşması və bu mədəniyyətin qorunub saxlanılması üçün bilərəkdən atılmış addım idi.
Bir çox sahələrdə olduğu kimi, geyim mədəniyyətimizdən uzaqlaşmağımızın da bir çox fəsadlarının şahidi oluruq. Ən əsası öz kimliyimizdən uzaqlaşım, bizə aid olmayan, tamamilə ayrı məqsədlərə xidmət edən bir mədəniyyəti mənisəyirik. Gələcəkdə tarixdə qarışıqlıq yaradacaq saxta bir mədəniyyət ortaya çıxmış olur. Bu sahədə isə ən uğurlu addım, milli geyimlərimizin əsalətini qoruyub saxlayaraq müasirləşmiş dəbini yaratmaqdır. Bu dəyişiklik xalqımızın əhval-ruhiyyəsində böyük dəyişikliklər edəcəyinə əminəm.