GenelGüncelKültür SanatTürk Dünyası

28 Aprel rus işğalı dönəmində itirilmiş Azərbaycan əraziləri ( 1920 -1938 -ci illər )

Sənan Qılıncarslan Qacar

Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra məcburi şəkildə (1920 -ci il 28 aprel) Ermənistan SSRİ və Gürcüstan SSRİ -yə məcburi şəkildə hədiyyə olaraq verilmiş tarixi Azərbaycan torpaları .Burda göstərilən faktlar 1930 -cu illərin sonuna qədər baş verən proseləri əks etdirir .Bir məsələnidə xüsusi olaraq qeyd etmək istəyirəm ki , Sovetlər dönəmində Azərbaycanın tarixi ərazilərini ermənilər və gürcülərlərlə müzakirə etdikdə Azərbaycan tərəfi dəvət olunmurdu .Gürcüstanla müakirələrə Azərbaycan tərəfini gürcülər , Ermənistanla müzakirələrdə Azərbaycan tərəfini ermənilər təmisl edirdi .
1.) 1920-ci il dekabrın 1-də Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən, təntənəli “tarixi” iclasında N.Nəimanov Bəyanatla çıxış etdi /,, Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir ”
2.) 1929-cu il 18 fevralda Zaqafqaziya MİK-in qə-rarı ilə Naxçıvanın 625 kv.km ərazisi-Şərur qəzasının Qurdqulaq, Xaçik, Hоradiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Оğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Оrdubad qəzasının Qarçevan kəndi, habelə Kilit kəndi tоrpaqlarının bir hissəsi Ermənistana verilib.
3.)1930-cu ildə Aldərə, Lehvaz, Astazur, Nüvədi və başqa yaşayış məntəqələrini Ermənistana birləşdirmiş və bu ərazidə Mehri rayоnunu yaratmışlar.
4.)1938-ci il martın 5-7-də imzalanmış protokola əsasən Laçının
Qaragöl yaylası, Qubadlının Çayzəmi sahəsi, Qazağın Kəmərli kəndi və Kəlbəcərin Zod sahəsi Ermənistana verildi
5.)Azərbaycan – Gürcüstan ərazi məsələlərinin növbəti, həm də ən ağrılı və ədalətsiz qərarı 1926-cı il dekabrın 5-də Zaqafqaziya MİK Rəyasət Heyətinin qəbul etdiyi qərar (37,i.1451, 27-28) (protokol №22) oldu. Milliyyətcə erməni olan S.Xanoyan həmin iclas protokolundan aydın olur ki, sədr idi. Bu daşnaq erməninin sədrliyi ilə qəbul edilən qərar olduqca ağrılı bir qərar oldu. Həmin qərar «mübahisəli ərazilər» hesab olunan yerləri müəyyən edən Zaqafqaziya MİK-in torpaq komissiyası 1926-cı il noyabrın 12-də hazırladığı sənəd (38,i.1451, 27-28)əsasında qəbul edilmişdi. Həmin sənədə görə aşağıda adları qeyd olunan ərazilərimiz əlimizdən alındı, Gürcüstana verildi:
a) Çatma ərazisi 16.667 desyatindir.
Bu sahə 2 hissəyə ayrılır:
11.799,4 desyatin ərazi Gürcüstana verilir;
4.867,8 desyatin ərazi Azərbaycanda qalır.
b) Prior rayonu: Bu rayonda olan 7.851 desyatin torpaq sahəsinin hamısı Gürcüstana verilir. Ancaq Ceyrançöl düzündə azərbaycanlı əhaliyə ərazidə yerləşən çay sularından istifadə etmək hüququ verilir (ağlamalı və ələ salınmalıdır, deyilmi – N.M.)
c) Vaşlovan və Buğa – Meydan: Ümumi sahəsi 7.667 desyatin hesablanır və hamısı Gürcüstana verilir (39, i.1451, 28).Həmin ədalətsiz qərara Az.MİK-in etdiyi etirazların hamısı rədd edildi. Bədnam iclasın qərarına görə Azərbaycan və Gürcüstan arasında sərhədlər “müəyyənləşdirildi”. Eldar, DüzEldar,
Nanaş, Kubatlı, Xazna və Samux. Bu məsələnin 2 ay müddətində həll edilib Zaq.MİKin Torpaq Komissiyasının ixtiyarına verilməsi qərara alınır. Bunlardan əlavə həmin iclasda ikinci məsələdə müzakirəyə çıxarılır və o da Gürcüstanın xeyrinə həll olunur (40, i.1451, 28). Beləliklə, Zaqafqaziya MİK Rəyasət Heyətinin 1926-cı il dekabrın 5-də olan iclasının ədalətsiz qərarı ilə Azərbaycanın 27.317, 4 desyatin torpaq sahəsi qeyd-şərtsiz Gürcüstana verildi (41, i.1451, 28). Ümumiyyətlə, 20-ci illərdə 63 min hektardan artıq ərazi Gürcüstana verilmişdi
Davamı olacaq

Yazının hazırlanmasında istifadə olunmuş məqalələr .
1.İsmayıl Hacıyev ,, Naxçıvanın itirilmiş torpaqları ”
2.Nuru Məmmədov :,, AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNƏ EDİLƏN QƏSDLƏRƏ QARŞI AZ.MİK-İN MÜBARİZƏSİ ARXİV SƏNƏDLƏRİNİN «DİLİ» İLƏ ”

Elmar Həsənli -Tarixçi,tədqiqatçı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest