Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu…
Sənan Qılıncarslan Qacar / Azerbaycan
Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli hesab edir ki, bəzi ölkələr, o cümlədən İran pandemiyadan sui istifadə edir: “Məsələn, Çinin kommunist hökuməti bu epidemiyadan Uyğur türklərinə qarşı istifadə edir, onları daha güclü şəkildə assimilyasiyaya məruz qoyurlar. Bu məsələdə Çinin kommunist rejimindən geri qalmayan fars-molla rejimi isə eyni addımları İran adlanan ölkədə xüsusi çəkiyə sahib türklərə, özəlliklə də Güney Azərbaycan türklərinə, onların fəallarına qarşı aparırlar. Bir tərəfdən həbsxanadakı milli fəalların koranavürusa yoluxmasına şərait yaradan fars-molla rejimi, onlardan bəziləri bu epidemiyaya yoluxduqdan sonra azadlığa buraxırlar. Digər tərəfdən isə, karantin rejimini bəhanə gətirərək milli fəalları az qala nəfəs almağa imkan vermirlər. Bir sözlə, dünyanın super dövlətlərinin başlarının koronavirus epidemiyasına qarışmasından fars-molla rejimi maksimum istifadə etməkdədir. Belə olduğu təqdirdə, İran adlanan ölkədə, xüsusilə də Güney Azərbaycanda milli oyanış hərəkatının fəallarının haqq səsini dünyaya çatdırılması bir az da çətinləşib”. BAO təmsilçisi deyib ki, yaranmış vəziyyət ümidsizliyə əsas ola bilməz, milli qüvvələr daha konsolidasiya olunmalı, birgə hərəkət etməlidir: “Ümidsizliyə qapılmaq lazım deyil. Hər şərdə bir xeyir var. Güney Azərbaycan türklərinin milli fəalları daha sıx əməkdaşlıq etməli və güclərini birləşdirmək üçün çalışmalıdırlar. Artıq ayrı-ayrı qruplar şəklində, ya da parakəndə fəaliyyətdən əl çəkib mərkəzi bir qurum yaradılmalıdır. Bölgələr və şəhərlər arasındakı pərakəndəlik və bölgəçiliyə son qoyulmalıdır. Şübhəsiz, bu koranavürusun bir sonu olacaq və milli oyanış hərəkatı baxımından mübarizəyə əngəl ola bilməz. Əgər fars molla rejimi bundan çirkin məqsədləri üçün istifadə edirsə, o zaman milli hərəkat bunun qarşısında daha effektiv addımlar atmalıdır. Bir daha demək istəyirəm ki, səsimizin dünyanın eşitməsi üçün, ilk növbədə bunu təsirli bir hala gətirmək lazımdır. Başqa sözlə, bir an öncə fiziki xəstəlik olan koronavirusdan daha təhlükəli olan irançılıqdır, panfarsizmdir. Bu bəladan qurtarmadıqca Güneyi çətin günlər gözləyr”.