GenelGüncelKültür Sanat

Sədrazam Mehmet Tələt Paşa

Sənan Qılıncarslan Qacar / Azerbaycan

Tarixin bu günü – 15 mart 1921-ci ildə Osmanlı Azadlıq Cəmiyyətinin qurucu lideri, 1917-1918-ci illərdə Osmanlı Dövlətinin sədrazamı olmuş Mehmet Tələt Paşa Almaniyanın Berlin şəhərində Daşnak Partiyasının üzvü suiqəsdçı 23 yaşlı Soğomon Tehliryan tərəfindən boynundan vurularaq qətlə yetirilmişdir. Tələt Paşanın öldürülməsindən sonra həbs edilən Tehliryan Berlin məhkəməsi tərəfindən bəraət alaraq azadlığa çıxmışdır. Çünki Tehliryanın arxasında əli türk qanına susamış terrorist Daşnaksütyun Partiyası dayanmışdı. Daşnaksütyun Partiyasının 1919-cu ilin oktyabr ayında İrəvan şəhərində keçirilən 9-cu qurultayında erməniləri köçürən və qıran Osmanlı İmperatorluğu yetkililərinə və Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularına qarşı suqəsd olanları hıəyata keçirilməsi haqqında qərar qəbul edildi. Qərarın adı Yunan mifologiyasında intiqam tanrısı olan Nimesisin adına uyğun olaraq “Nemesis əməliyyatı” adlandırıldı. Qərara əsasən qətlə yetirilməsi vacib sayılan 650 nəfərin adı siyahıya salınmışdır ki, onlardan da 41 nəfərinin öldürülməsi daha vacib sayılmışdır. Bunun üçün gizli olaraq Daşnaksütyun Partiyası tərəfindən Soğomon Tehliryan, Aram Yerganyan, Misak Kirakosyan, Arşavir Şirakyan, Arşavir Şirakyan, Aram Yerkanyan, Misak Torlakyan və bu kimi qəddar və qansız cəllad suiqəstçilər müəyyən edilərək həmin şəxslərin izləri ilə hərəkət etməyə başladılar və təkliyə və qarışıqlığa düşən qurbanlarına aman vermədən öldürürdülər. 19 iyun 1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin baş naziri olmuş Fətəli xan Xoyski Tiflisdə suqəsdçilər Aram Yerganyan ve Misak Kirakosyan tərəfindən öldürülmüş, ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanmışdır. Bundan bir ay sonra – 19 iyul 1920-ci ildə Tiflisdə Azərbaycan parlamentinin sədr müavini Həsən bəy Ağayevi öldürdülər. 19 iyul 1921-ci ildə İstanbulda Azərbaycan Demokratik Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşiri Daşnaksütyun Partiyasının ideoloqlarından olan Edvard Fundukyan və Arutun Arutunyanın tapşırığı əsasında suqəsdçi Misak Torlakyan qətlə yetirir. Qətli canlı görən ingilis əsgəri qatili İngilis hərbi Məhkəməsinə təhfil verir. Məhkəmə Torlakyanın əqli cəhətdən sağlam olmadığını, psixoloji gərginlik altında bu cinayəti törətdiyini “üzə çıxardır”. Torlakyanın ifadələrinə görə Osmanlı İmperiyasındakı sürgündə ailə üzvlərini itirdiyinə görə Bakıya qaçdığını və Bakıda da təzyiqlərə məruz qaldığını düşündüyü üçün bu şəxs qarşısına çıxdığında özünü saxlaya bilməyib atəş açaraq onu öldürmüşdür deyə, özünə “haqq” qazandırmışdır. P.S. Mən düşünürəm ki, bizim millət üçün ən təhlükəli virusdan daha təhlükəlisi erməni virusudur.

Fizkika üzrə fəlsəfə doktoru Yusif Aliyev.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest