Kültür Sanat

Gücüm Yetmədi

Gecəni narahat keçirdim bu gün,
Gözümə bir damcı yuxu gəlmədi.
Ruhumda əzablar bitirdim bu gün,
Sözümə romanlar, kitab yetmədi.

Olmadı, əməlim bir zərrə savab
Sualıma qəlbən gəlmədi cavab.
Yığıldı, köksümə saysız bir əzab
Sözlərim yarama məlhəm etmədi.

Düşündüm, daşındım olub, bitəni,
Ömrümdən çəkilib, gözdən itəni,
Bu yaşlı gözlərə pərdə çəkəni,
Qəlbimdən qovmağa gücüm yetmədi.

Dərd etdim, dünyanı günaha batdım,
Özümə zülm etdim, əziyyətə qatdım.
Nə dərdim azaldı, nə kama çatdım…
Günahımı yumağa savab yetmədi.

Duman aldı, qəlbimin yan yörəsin,
Az qaldı qovuşmadan odlar törəsin.
Bəlkə rəhm edəsən, bunu görəsən,
Çığırdım, boğuldum səsim yetmədi.

Qəm apardı, kədər yudu ruhumu,
Səbr edərək çıxarmadım ufumu.
Məhv etdin ömrümü, incə duyğumu,
Dad-imdad etməyə gücüm yetmədi.

Dərd etmərəm Allah verən həyatı,
Sinəmə çəkərəm olmaz boyatı,
Könlüm, köhlən atdır minib soyatı,
Yüyəni dartmağa gücüm yetmədi.

Elsevərəm, elim üstə əsərəm.
Xalqa söz qoşanı asıb-kəsərəm!
Qəlbimi kədərlə, sərlə əzərəm,
Haqqı çatdırmağa gücüm yetmədi!

Elsevər Hüseynoğlu
Bakı~18/02/2020

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest