Bağçasaray-Tiflis yazışmalarının əsas ideyası
“Ziya” qəzetində türk dünyasının ədəbi dil, təhsil və maarif məsələləri…
Açar sözlər:Səid Ünsizadə,İsmayıl bəy Qaspıralı,Bağçasaray,Tiflis,qəzet,mətbəə,epistolyar üslub,informasiya,mətbu imza,ideya,məntiqi düzüm,müxbir məktubları
Bağçasaray Şəhər Məclisinin sədri İsmayıl bəy Mirzanın Səid Əfəndi Ünsizadəyə göndərdiyi bir məktubun maraqlı təəssüratları və yaxud
İsmayıl bəy Qaspıralını türk mətbuatına gətirən ilk yazı –
“Bağçasaraydan göndərilən məktub”(Tiflis,”Ziya” qəzeti,08.11.1879,№ 42) hələ də XIX əsr tctimai fikir tarixçilərinin geniş tədqiqat onyektinə çevrilməyib.Hələ də bu məsələyə ətraflı münasibət bildirilməyib.
Bu gün İsmayıl bəy Qaspralı haqqında yazanların sayı Həsən bəy Zərdabidən yazanlardan çoxdur. Doğrudur, H.Zərdabiyə bizdə o qədər maraq var ki, hətta onu ölümündən sonra 4 il də artıq yaşadır, məşhur gimnaziya müəlliminin, ilk milli qəzetimizin banisinin ölüm tarixini orta məktəb dərsliyində illərlə 1907-ci il yox,1911-ci il kimi göstərirdilər.Nəhayət,akademik müəlliflər deyilən sözü eşitdilər.
Mən həmişə demişəm, yenə də təkrar edirəm: İsmayıl bəy Qaspralı Azərbaycanın maarifçilik tarixində şərəfli yer tutan Səid Əfəndi Ünsizadəni
(1842,Şamaxı-1903,İstanbul) özünə müəllim hesab edir, onun xidmətlərini yüksək qiymətləndirirdi. Bu məşhur etirafı unutmaq olmaz. Mənə elə gəlir ki, “Ziya” qəzetinin və onun imtiyaz sahibi S.Ünsizadənin yubileylərini keçirməklə günahımızı yuya bilərik. Yubiley tədbirlərində görkəmli maarifçinin elmi-publisistik, elmi-pedaqoji irsi, nəşriyyat sahəsindəki zəngin və səmərəli fəaliyyəti, məktədarlıq xidmətləri layiqli yer tutmalıdır.
..Biz 2014-cü ildə S.Ünsizadənin redaktorluğu və naşirliyi ilə 1879-1884-cü illərdə çıxan “Ziya” qəzetinin ilk nömrəsinin 135 illik təntənəsini – yubileyini keçirə bilmədik. Bəzi tədqiqatçılar nömrələrini oxumadan əsərlərində “Ziya” və “Tərcüman” qəzetlərini müzakirəmüstəvisinə gətirməyə cəhd göstərirlər. Lakin,təbii ki, müzakirə üçün mövzu dərindən öyrənilməlidir.
Nə isə..Keçək əsas məsələyə….
Böyük və çox əhəmiyyətli işlər üçün kiçik bir müqəddimə
1879-1884-cü illərdə Tiflisdə Səid Əfəndi Ünsizadənin rəhbərliyi ilə Azərbaycan dilində nəşr olunan “Ziya” qəzetinin 2019-cu iliyanvarında140 yaşı tamam oldu.Lakin yubiley yada düşmədi.Amma düşməli idi…
S.Ünsizadə (1842 ,Şamaxı,Şirvan-1903,İstanbul) 1878-ci ilin sonlarında Tiflisdə Azərbaycan dilində nəşriyyat fəaliyyəti üçün litoqrafiya (daş basmaxanası) və mətbəə açmaq üçün hökumət dairələrindən icazə alır.1879-cu il yanvarın 25-də “Ziya” qəzetinin ilk nömrəsi S.Ünsizadənin öz şəxsi mətbəəsində işıq üzü görür. “Ziya” türk dünyasının ümidlə baxdığı və oxuduğu,inandığı və güvəndiyi həftəlik qəzet idi. “Ziya” bir müddətdən sonra öz coğrafiyasını xeyli genişləndirmiş, “Ziyayi-Qafqasiyyə” adı ilə (bəzilərinin iddia etdiyi kimi “Ziayi-Qafqaziyyə” adı ilə yox-N.N.) çıxmışdır. “Ziya”nın İstanbul, Peterburq, Moskva,Tehran, Tiflis, Batum,Naxçıvan, Şuşa, Bakı, Şamaxı, Göyçay, Şəki, Dərbənd, Spasski (Tambov quberniyası), Bağçasaray və s. böyük, kiçik şəhərlərdə daimi müxbirləri var idi. Ümumi türk dili ideyası ilk dəfə “Ziya”nın səhifələrində öz əksini tapmışdır.