ABŞ Kəşfiyyatı arxivləri açdı – 100 mindən çox azərbaycan türkü öldürülüb
Azərbaycanda Sovet hökumətinə qarşı 1925-ci ilə kimi olan üsyanlara cavab olaraq 100 min Azərbaycan türkü ya öldürülüb, yaxud deportasiya olunub. 1930-cu illərdə həyata keçirilən repressiyalarda isə Qafqazda 422 min türk bilgini və aydınları ( intelligensiya) ya edam edilib, yaxud sürgün olunub”. bu faktlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin arxivlərində yer alıb. Sözügedən arxivlərdəki məlumatları tarixçi professor Altay Göyüşov ictimaiyyətə təqdim edib.