Nazim Nəsrəddinov : Görkəmli Azərbaycan maarifçisi Rəşid bəy Əfəndizadənin İstanbulda çap olunan (1907) müsəvvər( şəkilli ) dərsliyi – “Bəsirətül-ətfal”
Görkəmli maarifçi Rəşid bəy Əfəndizadənin “Bəsirətül-ətfal “ı
Açar sözlər- araşdırma, öğrətmən, yaradıcılıq, məktəb, fənlərarası əlaqə
Dünyanın bir çox ölkələrində oğrətmən egitiminde, təlim və tədris prosesində
araşdırmalar daima diqqət mərkəzində olmusdur. Bu da təbiidir. Keçilən
mövzu llə ilgili materiallar araşdıcılıq yolu ilə gündəmə gətirilməli ,
şagirdlərin diqqətinə yönəldilməlidir.Təcrübə göstərir ki, ən yaxşı müəllimlər
elmi yaradıcılıqla məşğul olan , dərslərini elmi axtarışlar əsasında quran
müəllimlərdir. Bu fikrin təsdiqi kimi Azərbaycanın və Türkiyənin bir neçə
müəlliminin yaradıcı işindən söz açmaq istərdim.
Görkəmli Azərbaycan şairi S.Ə.Şirvani (1835-1888) XIX əsrin ortalarında ali
dini təhsil almış müəllimlərdəndir.Aldığı dini təhsilə görə o, dini vəzifələrdə
işləyə bilərdi. Lakin S.Ə.Şirvani doğma şəhərində – Bakıdan əvvəl
Azərbaycanın paytaxtı – baş şəhəri olan Şamaxıda müəllimlik etmək qərarına
gəlir: əvvəlcə məhəllə məktəbində, sonra isə dini idarələrin açdığı,
Azərbaycanın eğitim tarixində “Məclis məktəbi” kimi tanınan ,1874-cü ildə
şəhərin Şıxzərli məhəlləsində açılan məktəbdə ana dili və şəriətdən dərs deyir.
1877-ci ildə Seyid Əzim Şirvanini yaxşı müəllim kimi Şamaxıdakı dövlət
məktəbinə də işləməyə dəvət edirlər. Bu illərdə S.Ə.Şirvaninin şöhrəti yaşadığı
şəhərdən uzaqlara yayılmışdı. O, 300-dən artıq şairin əsərlərindən ibarət olan
nümunəvi bir təzkirə yaratmışdı, Bakıda Azərbaycan dilində nəşr olunan
“Əkinçi” (1875-1877) adlı qəzetin əsas müxbirlərindən biri idi, Şirvanın
tarixinə aid elmi məqalə yazmışdı. (1). Ən yaxşı müəllimlərə xas olan maraqlı
cəhət bu idi ki, S.Ə.Şirvani dediyi dərslərin materialları əsasında “Rəbiül-
ətfal” (Uşaqların baharı) adlı mükəmməl bir dərslik hazırlamışdı. Heç də
təsadüfi deyil ki, S.Ə.Şirvaninin müəllimlik fəaliyyəti dövlət səviyyəsində
qiymətləndirilmişdi: o, tədris sahəsindəki fəaliyyətinə görə “Za yserdiye”
(Fəallığına görə) gümüş medal ilə təltif olunmuşdu (2 ,səh 3-25).
S.Ə.Şirvani türk ədəbiyatını yaxşı bilən şairlərdən idi, ərəb və fars dillərini şeir
yazmaq dərəcəsində bilirdi. Onun farsca şeirlər divanı türk şeirlər divanından
heç də geri qalmırdı. S.Ə.Şirvani maarifçılık mövzusunda yazdığı şeirlərində
də, satirik ruhlu mənzumələrində də, Şərq ədəbiyyatında nəsihətçilik təriqli
şeirləri ilə daha çox tanınan, məşhur olan türk şairi Güvahidən faydalanmışdır.
Seyid Əzim Şirvani Azərbaycan şairləri cərgəsində ən yaxşı qəzəl,
nəsihətnamə və öyüdnamə yazanların birincisi idi, doğru yol göstərəni idi.
S.Ə.Şirvanini həm şair, həm də müəllim kimi tanıdan , tarixdə yaşadan onun
araşdırıcılığı, elmi tədqiqatı başlıca meyar hesab etməsi idi.
Azərbaycan eğitim tarixində elmi və metodiki axtarışları ilə məşhur olan
müəllimlərdən biri də Rəşid bəy Əfəndizadədir. Rəşid bəy Əfəndizadə
(1863-1942) dünyaya göz açandan evdə kitab-dəftər görən ziyalılardan biridir.
O,yaxşı müəllimlərdən yaxşı təhsil almışdı. R.Əfəndizadənin söz ustası və
müəllim kimi pərvazlanmasında atası – Nuxa (Şəki) şəhərinin qazısı İsmayıl
Əfəndi Hacı Çələbi Əfəndizadə , babası-“Nafe” təxəllüsü ilə şeirlər yazan
məşhur müdərris Hacı Mahmud Əfəndi , dayısı İmam Cümə Əfəndi Həsən
Əfəndi oğlu, Azərbaycan ədəbiyyatında dramatik növün, povest janrının
əsasını qoyan filosof M.F.Axundzadə (1812-1878) mühüm rol oynamışlar.
Rəşid bəy Əfəndizadə Gürcüstanın Qori şəhərində açılmış Zaqafqaziya
Müəllimlər Seminariyasının ilk məzunlarından biridir.
O, müəllimlik fəaliyyətinə 1882-ci il avqustun 1-də başlamışdır(1,6).
R.Əfəndizadə “Şaki” təxəllüsü ilə şeirlər yazmış, dövri mətbuatda maraqlı
yazılarla, risalələrlə çıxış etmiş, qadınların yaxşı təhsil almaları üçün geniş və
səmərəli fəaliyyət göstərmişdir.(7). O, uzun müddət türkdilli yerlərdəki
məktəblərdə tədris olunan bir neçə dərsliyin müəllifidir.
R.Əfəndizadənin iki dərsliyi Türkiyədə çap olunmuşdur.Bu işdə ona müxtəlif
vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Əfəndinin qayğı
göstərməsi güman edilir.
Münif Əfəndi Azərbaycan ziyalıları ilə sıxı əlaqələr saxlayan böyük
türklərdəndir.O, 1882-ci ildə “Ziyayi- Qafqasiyyə” qəzetində bu mətbu
orqanın redaktoru və naşiri Səid Əfəndi Ünsizadənin ezop manerası ilə açdığı
“Ey bülbül” adlı şeir müsabiqəsinin təşkilatçılarından biridir. Münif Əfəndi
M.F.Axundzadə , Zaqafqaziya müftisi Şamaxılı Əbdülhəmid Əfəndizadə və
Həsən bəy Zərdabinin də yaxından tanıdıqları məslək və əqidə dostlarından
biri idi.(8 ,N 15,)
R.Əfəndizadənin dərsliyinin Türkiyədə çap edilməsi ideyası da buradan gəlir.
R.Əfəndizadə öz dərsliklərini Ruhani İdarəsində katib işlədiyi Tiflis şəhərində
də çap etdirə bilərdi.O vaxtlar Tiflisdə Ünsizadə qardaşlarının Azərbaycan dilli
mükəmməl mətbəələri var idi. Buradakı mətbəə avadanlıqlarının çoxu, yazı
şiriftləri Türkiyədən gətirilmişdi. Lakin R.Əfəndizadə başqa variantı seçir: o,
İstanbula-mətbələri ilə məşhur olan Babəli caddəsinə üz tutmağı qərara alır.
Tiflisdə Əhli-Təsənni Ruhani İdarəsində katib işləyərkən R.Əfəndizadə
İdarənin nəzdindəki məktəbdə müxtəlif fənlərdən dərs deyir, məktəb işindən
uzaqlaşmır. İki yerdə işləməsinin, əlbəttə,əsas səbəbi ailəsinin maddi vəziyyəti
ilə əlaqədar idi. Bu cəhətdən R.Əfəndizadənin 1898-ci il aprelin 4-də müfti
Molla Hüseyn Əfəndi Qayıbova yazdığı ərizə maraq doğurur. Ərizəçi ayda 34
manat 29 qəpik əmək haqqı aldığını, 6 nəfərlik ailəsini güclə dolandırdığını
ürək ağrısı ilə bildirir, vacib həyati şəraitini yaxşılaşdırmaqdan ötrü müftidən
qayğı umur.Ərizədə R.Əfəndizadənin ilk dərsliyinin tarixi məqamları
haqqında maraqlı məlumatlar vardır.
R.Əfəndizadə yazırdı:
” Maddi vəziyyətimi yaxşılaşdırmaqdan ötrü hələ Xalq Maarif sistemində
işlədiyim illərdə tərtib etdiyim əlifba kitabçasını nəşr etmək qərarına
gəlmişəm…10 il müddətində müntəzəm olaraq dərs planı tutmuş, dil öyrətmək
sahəsində parlaq nəticələr qazanmışam. Senzor Komitəsinin icazəsi ilə bu əsəri
(“Uşaq bağçası” dərsliyi nəzərdə tutulur-N.N.) ərəb əlifbasının kolleqrafiya
qaydaları ilə çap etdirməkdən ötrü Türkiyəyə-Konstantinopol şəhərinə
göndərmişəm .İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən adam
olmadığından tipoqrafiyanın rəhbərləri dərsliyin düzgün korrektə olunacağına
zəmanət vermir. Odur ki, dərsliyi korrektə etmək üçün Konstantinopola
getmək istəyirəm” .
R.Əfəndizadə ərizəsinin sonunda səfərlə əlaqədar olaraq,ona iki aylıq maaşı
ödənilməklə məzuniyyət verilməsini xahiş edir.
(4 , vərəq 3-9)
Zaqafqaziya müftisi M.H.Qayıbovun 18 may 1898-ci il tarixli 770 nömrəli
təliqəsinə əsasən, R.Əfəndizadəyə Konstantinopola getmək üçün iki aylıq
məzuniyyət pulu və xarici pasport verilir.
R.Əfəndizadənin “Uşaq bağçası” dərsliyi 1898-ci ildə (1316 -cı sənəyi-
islamiyyə) İVANAKİ PƏNAYOTİDİSİN İstambulun (dərslikdə İSTAMBUL
yazılıb- N.N.) BABƏLİ caddəsindəki 38 nömrəli mətbəəsində çap edilmişdir.
Yeri gəlmişkən qeyd edək ki,”Uşaq bağçasının çapına hələ 29 fevral 1896-cı
ildə Tiflisdə Senzor Komitısi tərəfindən icazə verilmişdi. (5,vərəq 3-13)
Dərsliyin təlim sistemindəki rolunu vurğulayan müəllif “Savadsız adam bir
ayda oxuyur və yazır” sözlərini yazmaqla şagirdləri maarifləndirməyə səfərbər
edir. Arxiv sənədlərindəki variantından ( soyadının ” Rəşid bəy Əfəndiyev
“kimi yazılmasından -N.N.) fəfrqli olaraq, dərslikdə müəllifin soyadı Rəşid
bəy Əfəndizadə kimi göstərilir (5).
Dərslikdəki qeydlərdən öyrənirik ki, Zaqafqaziya müftisi Hüseyn Əfəndi
Qayıbov və Zaqafqaziya şeyxülislamı Axund Əbdüssəlam Axundzadə (onların
hər ikisi Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının ilk müəllimləri
olmuşdur) bu dərsliyin ibtidai məktəblərdə istifadə olunmasını faydalı hesab
etmişlər (9).
Dərsliyin tərtibindən hiss olunur ki, R.Əfəndizadə proqram materiallarına
yaradıcı şəkildə yanaşmış,dərsliyin materiallarını nəzəri və elmi-metodik
cəhətdən düzgün əlaqələndirə bilmişdir.Müəllif dərsliyin materiallarını 27 dərs
saatı ərzində öyrənməyi lazım bilmişdir.
Dərsliyin şagirdlərin mütaliə dairəsini genişləndirməyə xidmət edən
hissəsindəki materiallar 70 başlıq altında yerləşdirilmişdir. Bu materialların
cərgəsində dünyanı dolaşan təmsillər və sərgərdan mövzularda olan seirlər,
islam dininin və peyğəmbərlərin tərifi, fəsillər haqqında düşündürücü yazılar
və bədii təfəkkür nümunələri əsas yer tutmuşdur.
Dərsliyin üçüncü fəqərəsindəki 16 yarımbaşlıq altında verilən materialların