GenelGüncel

Hacı Zeynalabdin Tağıyev

H.Z.Tağıyevin portretində generalın sol əlindəki  əlcəkdir, yoxsa qəzet? Mübahisə  hələ də davam edir…
Məşhur portretdə General H.Z.Tağıyevin sol əlindəki əlcək deyil, qəzetdir
Bunu Hacı özü Bakı Qızlar Məktəbindəki çıxışında deyib.(“İşıq “qəzeti,şənbə,19 mart 1911-ci il).
Onda hələ məşhur rus rəssamı İ.Brodski H.Z.Tağıyevdan portret çəkmək təklifini almamışdı. İ.Rrodskinin çəkdiyi portret 1912-ci ilə aiddir. Əlcəkməsələsi bərpaçı rəssam Fərhad Hacıyevin təxəyyülünün məhsuludur.İ.Brodski öz işində ondan  əvvəl çəkilmiş və Qızlar Məktəbinin akt zalındaasılmış portretdən istifadə edib.İ.Brodskinin çəkdiyi və yaxud istifadə etdiyi portret uzun illər baxımsızqalmışdır.Portreti tanınmış bərpaçı rəssam Fərhad Hacıyev qaydayasalmışdır.O, portreti bərpa edərkən əzilmiş və yaxud qopmuş yerdə olanəşyanı mülki generalın forma elementi kimi – ağ əlcək kimi başa düşmüşdür..Səhv də elə buradan qaynaqlanmışdır.
H.Z.Tağıyevin öz portreti haqqında islam tarixi ilə 1329-cu il rəbiüləvvəlayının 20 -də (1911-ci il, martın 18-də(19-da) BakıQızlar Məktəbində novruz bayramı münasibətilə onları təbrik edərkən dediyi sözlər: 

” Övladlarım! Görürsünüzmü?  Bənim sağ əlim dini-islamın rüknü(dayağı,sütunu-N.N.) və mədari-iftixarı olan Qurani-əzimin…üstündədrvə sol əlimdə dutduğum isə qəzetədir”.(“İşıq” qəzeti,şənbə,19 mart 1911-ci il,N 9 (səh. 1-2 )
***Mənim bu şəkil haqqında yazımı dostumuz tarix üzrə fəlsəfə doktoruFərhad Cabbarov məsul katibi olduğu “Milli Azərbaycan Tarixi Muzeyi-2011″adlı Elmi Əsərlərdə çap etdirmişdir(səh.195-200)
Yazı belə adlanır :”İşıq” qəzeti H.Z.Tağıyevin bir portreti haqqında”
Mən sonralar da bu məsələyə bir neçə dəfə qayıtmışam.
Bu portret haqqında F.Cabbarovun da , Ziyadxan Əliyevin dəbir neçə elmi məqaləsi var.***Əlcək,yoxsa qəzet?Mübahisə davam edir.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest