Türk varlığında 9-Tuğun, ( 9 qotazlı bayrağın) sirri. 1-inci Yazı Azərbaycan.
Yer üzündə ən qədim tarix olan qədim Türk Tarixi, pərakəndə halda, yarımçıq şəkildə və ən yaxşı halda müxtəlif dinlərin, fikirlərin təsiri altında yazılan yazılardan ibarətdir. Türk Tarixinin dəqiq yazılması fikri, 20-inci əsrin 30-uncu illərində, Türkiyədə ortaya atılsa da, buna hər cəhdlə mane olan qüvvələr Türk Tarixini, gah qeyb olmuş bir qitə mifinə, gah, Altayda, Tanrı Dağları adlı yerdə Qurddan doğulan uşaqlarla bağlı əfsanə, uydurma, əsatir kimi yazdılar. Gerçək Türk Tarixi haqqında yazılar əvəzinə, parçalanaraq ayrı düşməklərinin fərqinə belə varmayan bir sıra Türk Dövlətləri, Milli Keçmişimiz, Tariximiz deyərək müxtəlif tarixlər yazdılar. Qazax tarixi, Özbək tarixi, Qırğız tarixi hətta kiçik bir vilayət olan, Türkmənistan da, bundan həvəslənərək öz tarixini yazdı. yer üzünün ən nəhəng coğrafiyası olan Türkistan, Turan əraziləri, bir-birindən qədim abidələr, fərqli dinlər, dillər , adətlər, bayramlar, geyimlərlə zəngin olduğundan, bir çox tarixçilər, alimlər, araşdırma aparan arxeoloqlar tərəfindən maraqlı olsa da, bu alimlərin bir çoxu, əsasən maddi cəhətdən təmin olunmadıqlarını, dilə gətirərək araşdırmalarını dayandırmış, bir çoxları dövr hökümətlərinin basqılarından, hətta sovetlər dönəmində isə sürgün və güllələnmələrdən çəkinərək araşdırmalara son vermişdir. bunlara baxmayaraq, bir çox alimlərimiz əlverişli zamanlarda yenidən bu zəngin, tariximizi araşdırmağı ibadət qədər vacib bilərək axtarmış öyrənmiş və, bir çox qiymətli məlumatlar əldə etmişlər. 1996-cı ildə tarixçi alimlərimiz Y. Yusifov və S. Əliyarov ölkəmiz ərazisindən tapılan, m.ö. 2350-illərinə aid daş lövhələri oxumağı bacarmış və bu yöndə araşdırmalar aparmışlar, hazırda Parisdə Luvr muzeyində sərgilənən tablet yazılarında, 22-dəfə turuki turki turkia sözünün keçdiyi bütün antik tarix araşdırmaçılarına məlumdur. bu lövhələr indiki iran, iraq, türkiyə, suriya bölgələrindəki qədim yaşayış yerlərindən tapılmış və diqqətlə öyrənildikdən sonra, hiyləgərliklə ört basır etmək üçün muzeyə təhvil verilmişdir. Azərbaycan ərazisi Türk tarixinin araşdırılması üçün ən əlverişli məkan olaraq bütün tarixçilərin diqqətini hər zaman cəlb etmişdir ölkəmiz ərazisində var olmuş istər dövlətlərə istər dini idarə sistemlərinə aid abidələr və məbəd qalıqları bu gün də varlıqlarını qoruyub saxlamışlar, bu gün bütün tarixçilərin qəbul etdiyi urmu nəzəriyyəsi və xəzər ərazisindən qövmlər köçü, yaşadığımız coğrafiyanın tarixi zənginliyindən xəbər verən ən böyük sübutdur. qədim Azərbaycan ərazilərinin zaman zaman Quti Turuki sumer, akad saka iskit dövlətlərinə ev sahibliyi etdiyi, və bu antik Türk dövlətlərinin ölkəmiz hüdudundan on minlərlə kilometr uzaqlarda sərhədlədlərinin bitdiyini bu gün bizim çox azımız bilməkdədir, norveç isveç şotland və sair avropa dövlətlərinin alimləri zaman zaman ölkəmizə səfər etmiş ulu əcdadlarının atalarının izlərinə rast gəlmiş bunu böyük iftixarla qəzetlərdə jurnallarda dilə gətirmişlər. şotland kralı 1320-inci il 6-mart tarixli bir məktubunda bizans imperatoruna, biz də etrükslərlə eyni qanı daşıyırıq, atalarımız iskitlərdir (schot) deyilir. eskotlar, qotlar olaraq bilinən bir çox qraflıqlar, hersoqlular bu gün də var. böyük Azərbaycan alimi proffessor Əjdər Tağıoğlu, bu gün Azərbycan Tarixinə aid çox qiymətli tarixi əsərlər bəxş etmiş milli kimliyimizin qədim tariximizin öyrənilməsi yönündə dövrümüzün ən zəngin tarixi yazılarını yazmışdır. istər ziyalı, istər ictimai təbəqə arasında bir söz var, Tarix diqtə edilmiş fərziyyədir. bəlkə də, bu gərəksiz sözə görə bizi savadsız biliksiz hesab edən ölkələr var, çünki bütün ölkələrin istənilən təbəqəsi özünün gələcəyini milli keçmişinin verdiyi qürurla hazırlayır, keçmişlə gələcəyin arasında yeganə körpü özünün olduğunu dərk edir və bununla da irəli doğru addımlayır. bu gün Azərbaycan tarixi sabah dünyaya gələcək övladımızın yüksəlməsinin ən möhkəm pilləsidir bu pillələri də möhkəmləndirmək gələnlərimizin büdrəməməsi üçün sağlam tutmaq hər birimizin borcudur.