GenelGüncelKültür Sanat

21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası nda 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru İlqar Talıbov dünyada qeyd olunan Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən, dövlət müstəqilliyi qazanıldıqdan sonra Azərbaycan dilinin tətbiqi və işlədilməsi ilə bağlı görülən tədbirlərdən danışdı.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin ana dilinə münasibətində Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişaf etdirilməsinin xüsusi yer tutması barədə fikirlər səsləndirildi, görkəmli şairlərin ana dilimizə həsr olunmuş şeirləri ifa olundu. Gimnaziyanın Azərbaycan dili və ədəbiyyatı kafedrasının rəhbəri Kifayət Əliyevanın, VII sinif şagirdi Ağayar Eminli nin məzmunlu çıxışları maraqla dinlənildi.
Gimnaziyanın qonağı AMEA Nəsimi adına Dilçilik İnstitunun “Türk dilləri” şöbəsinin müdiri, f.e.d, profesor Ismayil Kazimov Azərbaycan dilinin tarixi, zənginliyi, bəlağətli səslənməsi barədə şagird və pedaqoji heyətə araşdırma və təhlillərini açıqladı. “Məhəbbətin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq.” deyə Ömər Faiq Nemanzadədən ( Molla Nəsrəddin jurnalının həmtəsisçisi) sitat gətirməklə Azərbaycan dilini qoruyan dilçilərin bu istiqamətdə yaradıcılıq fəaliyyətinə istinad etdi. Çıxışların sonunda fikir mübadiləsi aparıldı, professor İsmayıl Kazımov şagirdlərin çoxsaylı suallarını cavablandırdı.
Görüşdə direktor müavinləri Leyla Hajiyeva , Yasin Cabizade rəhbərliyi, Qabaqcıl təhsil işçisi, Azərbaycan dili və ədəbiyyatı müəllimi Ceyran Həsənova , Kitabxana müdiri Rufana Nazirli, Kiçik Akademiyanın üzvləri, Uşaq Səfir Məclisinin üzvü Səidə Mustafayeva və digər şagirdlər iştirak edirdi.
Tədbirin yüksək səviyyədə keçirilməsində dəstək olan AMEA Nəsimi adına Dilçilik İnstitunun rəhbərliyinə, Azərbaycan dili və ədəbiyyatı kafedrasına dərin təşəkkürümüzü bildiririk

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest