Genel

“Əziz Şuşa, sən azadsan” bəyanatından başlamış siyasət Azərbaycanı hər gün Xankəndiyə aparır…

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Məhərrəm Zülfüqarlı: “Xankəndinin də Azərbaycanın nəzarətinə keçəcəyinə heç
bir şübhə ola bilməz”

8 may tarixini ilk dəfədir ki, ağrısız, kədərsiz-hüznsüz qarşılayırıq. 1992-ci
ildən başlayaraq hər il 8 may gününü böyük kədər və hüznlə qeyd edərdik.
Çünki həmin tarixdə Qarabağın tacı Şuşa düşmən tərəfindən işğal edilmişdi.
1992-ci ildən bu yana ilk dəfədir ki, 8 may Azərbaycan üçün tamam başqa məna,
məzmun daşıyır. Şuşa artıq azaddır, burada tikinti-quruculuq işləri gedir, Şuşa
canlanır, dirçəlir.
8 noyabr 2020-ci il Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa,
biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” müjdəsini xalqımıza çatdırdığı
tarixdir, Şuşanın işğaldan azad olunması, azadlıq, zəfər tarixidir.
Bu ilin 8 mayına Şuşamız qollarındakı zəncirləri qırıb özgür, bəxtəvər bir şəhər
kimi qovuşur. Heç şübhəsiz ki, ölkə başçısının “Əziz Şuşa, sən azadsan”
bəyanatından başlanmış siyasət, uğurlu, məqsədyönlü addımlar bizi hər gün
Xankəndiyə yaxınlaşdırır və bu yol bizi Xankəndiyə qovuşdurur.

 “Əlamətdar haldır ki, biz bu ilin 8 may tarixində Şuşanı azad
görürük”

AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm
Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyevin “Əziz
Şuşa, sən azadsan!” bəyanatı bütün dünyaya səs saldı və Azərbaycanın siyasi, hərbi
gücünü, iradəsini, əzəmətini göstərdi: “Müasir dövrdə çox az dövlət başçıları var

ki, öz xalqı ilə bu cür birliyə nail olub və qələbə çalıb. Bir tarixçi kimi mən də
baxıram, izləyirəm. XXI əsrin əvvəllərində ikinci bir hal olmayıb ki, xalq öz
Prezidenti ilə birləşərək 30 il işğal altında olan torpaqları azad edib, Prezident də
hər işğaldan azad olunan ərazilər haqqında xalqa məlumat verib və bununla da
xalqın Prezidentlə mənəvi birliyi bir daha təsdiqlənib. Torpaqlarımız azad
olunmaqla bu birlik daha da güclənib və torpaqlarımızın azadlığı bu xalqla
Prezident arasında olan birliyin təcəssümü idi.
Bütün Azərbaycan vətəndaşları, Azərbaycanı istəyən şəxslər həmişə bu birliklə
fəxr edirlər, bu birlik indi də davam edir. “Əziz Şuşa, sən azadsan!” müjdəsini
xalqımıza çatdıran ölkə başçısının da bir neçə dəfə Şuşaya səfər etməsi, oradan
yeni mesajlar verməsi xalqımızın qalibiyyət ruhunu daha da gücləndirir, inkişaf
etdirir. Əlamətdar haldır ki, biz bu ilin 8 may tarixində Şuşanı azad görürük,
Şuşada aparılan yenidənqurma, dirçəlmə, inkişaf prosesini qürurla izləyirik. Biz
Prezidentimizlə birgə Şuşanın azadlığını qeyd edirik. Azərbaycanın ən böyük
uğurlarından biri də odur ki, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayib Ərdoğan
da Ramazan bayramından sonra Prezident İlham Əliyevlə birgə Şuşaya səfər
edəcək. Bu həmin o qürurun, o uğurun, o coşğunun davamı olacaq. Bu həm çox
ciddi səbəbdir, həm də bütün dünyaya Azərbaycanla Türkiyənin birgə mesajıdır ki,
Azərbaycan bir qarış torpağının da düşməndə qalmasına imkan verməyəcək. Eyni
zamanda, bu həm Ermənistan rəhbərliyinə, həm də onun havadarlarına bir mesajdır
ki, Xankəndi və digərlərinin də tezliklə Azərbaycanın nəzarətinə keçməsinə heç
kəsin şübhəsi ola bilməz. Hazırda müvəqqəti olaraq Qarabağın çox az bir hissəsi –
Xankəndi, Xocalı, Ağdərə, Xocavəndin bir qismi sülhməramlıların nəzarəti
altındadır, onlar tərəfindən qorunur”.


M.Zülfüqarlı hesab edir ki, ölkə başçısının rəhbərliyi, yürütdüyü uğurlu siyasət
nəticəsində biz Şuşanın azadlığına nail olmuşuqsa, mütləq hazırda
sülhməramlıların qoruması altında olan Xankəndiyə də sərbəst gedib-gələcəyik və
Xankəndi də, Xocalı da, Ağdərə də, Xocavənd də Azərbaycanın nəzarəri altına
keçəcək. “2020-ci ilin sentyabrında heç ağlımıza da gəlməzdi ki, bu cür möhtəşəm
qələbəni təmin edəcəyik. Təmin etdiyimiz möhtəşəm qələbədən sonra tezliklə
Xankəndinin də Azərbaycanın nəzarətinə keçəcəyinə heç bir şübhə ola bilməz.
Prezidentimizin də qeyd etdiyi kimi, heç bir statusdan söhbət gedə bilməz, status
artıq cəhənnəmə getdi. İndi bəzi qüvvələr ki, statusla bağlı müəyyən sözlər ortaya
atırlar, onların da heç bir perspektivi olmadığı sübut edildi.
Bir Azərbaycan vətəndaşı kimi mən də qürur duyuram və bütün xalqımızı Şuşanın
artıq əsarətdə olmaması münasibətilə təbrik edirəm. Azərbaycan Prezidenti İlham
Əliyevin müvafiq sərəncamı ilə artıq Şuşa Azərbaycanın Mədəniyyət paytaxtı elan
edilib. Bütün bunların böyük əhəmiyyəti var”.
M.Zülfüqarlının sözlərinə görə, qardaş Türkiyənin Şuşada konsulluq açmasını
bəyan etməsi, Milliyyətçi Hərəkat Partiyasının təşəbbüsü ilə Şuşada məktəb
tikintisi məsələsi bir daha ona əsas verir ki, Türkiyə bəyan etdiyi kimi, həmişə
Azərbaycanın yanındadır, bu haqq işi üçün öz dəstəyini heç zaman əsirgəmir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest