Kültür Sanat

Əruz başqa dünyadır. Əruz -uşaq dünyasının öyrənə biləcəyi sahə deyil. Onun orta məktəbdə öyrənilməsinə ehtiyac yoxdur..

Azərbaycanda nüfuzlu ali məktəblərin filologiya fakültələrində dərs deyən professorların özü belə əruzu bilmirmiş.
Bir dostumuzun etirafına görə,əruzun ənysxşı tədqiqatçılarından biri Əkrəm Cəfərin özü  bəzən əruza aid adi görünən suallara  cavam verməkdən çəkinirmiş. Görkəmli əruzşünas alimin özü də soruşulan qəzəllərin əruzun hansı növündə olmasını fikirləşmədən deyə bilmirmiş.
Bir dostumuz filoloq professorların əruz bilgisini öyrənmək istəyir.  O,bir dəfə  onlardan Xətayinin hansısa əsərinin əruzun  bəhrində olmasını soruşur.  Dostumuzun  sorğusuna  5 professordan  hərəsi bir cavab verir.
Əruz- Şərq ölkələrində, səhv etmirəmsə, ayrıca fənn kimi bir neçə il keçirilir. Əruzu xanəndələrin demək olar ki, heç biri bilmir.Onların çoxunda əruz bilgisi yox, əruz sevgisi, əruza uyğunlaşma cəhdi var.
Orta məktəb proqramıından əruzu çıxarmaq lazımdır.Mən bu fikri ilk dəfə
1994-cü ildə TQDK-nın fənn komissiya sədri kimi ilk ilk iclasda-seminarda demişəm.Kimsə əruzun proqramdan çıxarılmasını orta məktəblərdə klassik irsimizin öyrənilməsinə maneçilik törədə biləcəyini deyə bilər. Bu fikrə qəti şəkildə etiraz edənlər də tapıla bilər.
Klassık ədəbiyyatdakı şeirləri sətri tərcümə etmək yolu ilə də öyrətmək olar.Onsuz da Nizami kimi nəhəng şairimzi biz fars və  rus dillərindən  sətri tərcümələr əsasında öyrənirik.Başqa sözlə, Nizaminin “Leyli və Məcnun”u əslində S.Vurğunun “Leyli və Məcnun”udur”.
S.Vurğun Nizaminin  “Leyli və Məcnun” əsərini o qədər ustalıüla tərcümə edib ki,tərcümə ilə orijinalı fərqləndirmək az qala çətinlik törədir.
Mənə elə gəlirki,ana dilimizdə yazılan klassik şeirləriı əruzu yada salmadan da öyrətmək və öyrənmək olar.
Aydın məsələdir ki, şagirdlərə türkdilli və farsdilli   şeirimizin əsas vəznləri və biçimləri haqqında  məlumat verilməli, proqrqm materiallarının öyrədilməsində əruzdan söz açılmalıdır. Bu məqamda    mübahsəsiz görülən  materiallardan  istifadə olunması gərəkli və vacib görünür.
Əruzun orta məktəblərdə ayrıca fənn kimi öyrədilməsi də mümkndür.Amma bu məsələyə bacarıqlı və səriştəli əruzşünasların  hazırlığından  sonra  başlanılmalıdır.


Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq
04.03.2021.

Pin It on Pinterest