Ələkçiyə iynə-sapı kim verir?
Ələkçiyə iynə-sapı kim verir,
Nəyə lazım ələkçiyə iynə-sap?
Ələkçinin iynəsi də, sapı da
Elə bilmə, göydən düşür tappatap….
*
Ələkçinin iynə-sapın verən var,
Nəyə lazım bildirmələr,elanlar.
Bu adamı tanıyan yox,görən yox,
Ortalıqda gəzir boş-boş gümanlar…
*
Ələkçiyə gül də versən xeyri yox,
Ələkçiyə mil də versən xeyri yox,
Bildiyini dədəsinə öyrətməz,
Dostu olub, əl də versən xeyri yox.
*
Danışdırma, tərslik düşüb boynuna,
Düşməyəsən gərək onun oynuna.
Təəccüblə gözlərini döyəcək,
Çarpaz edib, əllərini qoynuna.
*
Ələkçinin öz həmdəmi, qulu var,
Peşəsindən qazadığı pulu var.
Aralı dur, heç başını ağrıtma,
Ələkçinin ona məlum yolu var.
*
Ələkçiyə yol azanda yol göstər,
Çəpərinə vurmaq üşün kol göstər.
Hər nəsnədən toxumasın ələyin,
Ələkçiyə ələk üçün mal göstər.

Ələkçiyə iynə-sapı kim verir,
Nəyə lazım ələkçiyə iynə-sap?
Ələkçinin iynəsi də, sapı da
Elə bilmə, göydən düşür tappatap….
*
Ələkçinin iynə-sapın verən var,
Nəyə lazım bildirmələr,elanlar.
Bu adamı tanıyan yox,görən yox,
Ortalıqda gəzir boş-boş gümanlar…
*
Ələkçiyə gül də versən xeyri yox,
Ələkçiyə mil də versən xeyri yox,
Bildiyini dədəsinə öyrətməz,
Dostu olub, əl də versən xeyri yox.
*
Danışdırma, tərslik düşüb boynuna,
Düşməyəsən gərək onun oynuna.
Təəccüblə gözlərini döyəcək,
Çarpaz edib, əllərini qoynuna.
*
Ələkçinin öz həmdəmi, qulu var,
Peşəsindən qazadığı pulu var.
Aralı dur, heç başını ağrıtma,
Ələkçinin ona məlum yolu var.
*
Ələkçiyə yol azanda yol göstər,
Çəpərinə vurmaq üşün kol göstər.
Hər nəsnədən toxumasın ələyin,
Ələkçiyə ələk üçün mal göstər.