ZİYA qəzetinə
S.Ə.Şirvaninin “Ziya” qəzetinə verdiyi ilk qiymэt və ya yenə də söz içində deyilən söz-nüktədanlıq….
“ZİYA” qəzetinə
İlahi, bu “Ziya” afaq ara gün tək ziyalənsin!
Ziyai-tələtindən dideyi-aləm cilalənsin!
Ona bani olan Haci Səidin kövkəbi-bəxti
Səadət mətləindən zahir olsun, incilalənsin,
İlahi, aləm içrə canişini
-mülki-Qafqazın,
Ədalət məsnədində yüz min il ömrü bəqalənsin.
Qəzet bir hüdhüdi-ziba, qəzetxanlar
Süleymandır,
Yetib Bülqeysi- mənayə gərək onlar Səbalənsin.
Qezetdir peyki-ruhani ki, söylər
sirri-pünhani
Nə lazım peyki-həq künci-xəfadə ixtitalənsin.
Bu kari-xeyrə kim, bir paktiynət eyləyib
iqdam,
Gərək millət qıla himmət ki, ta mətləb ədalənsin.
Məsəldir söyləyib aqil ki, tək əldən səda
çıxmaz,
Gərəkdir el-ələ vermək ki ta ol əl sədalənsin.
Çıxan dəm ceybi-qeybi-məşriq-lareybdən ol əl,
Yədi-Musa kimi ecaz üçün beyzanümalənsin.
Təəssübdən uzaq olmaz, ianət vəqtidir,
canım,
Bilib əhvali-afaqı gərək millət səfalənsin.
Həqiqət, yaxşı söz hər kəsdən olsa yaxşıdır,
billah,
Təəssüb əhli bu rəmzi-hədisə iktifalənsin.
“Və la-tənzür ila mən qalə”yə
qılsın nəzər hasid –
Ki, ta “Vənzur ila məqalə”dən
çeşmi ziyalənsin.
Məhəbbət-töxmin ək sinəndə, ta versın səmər
rahət,
Fəzüət nəxlinə rəşk etmə, qoy nəşvü nümalənsin.
Miləl beynində bir rəftar qıl qanuni-hikmətlə
–
Ki, ta biganələr görsün kəmalın, aşinalənsin.
İlahi, bu qəzetdən şad eylə əhli-afaqı,
Zəri-məskuki-dövlət tək rəvacında rəvalənsin.
Ziyası çün onun xurşidi-bürci-Rusiyətdəndir,
Onun təhtəş-şüaində qalıb “Əxtər”
sühalənsin.
Qəzet təbində məzun eyleyib bir əhli-idraki
–
Ki, ta pəndin görüb əhli-məarif iqtidalənsin….
Bu işlər dövləti-Rusiyyənin ədlilə
naşidir,
Xudavənda, bu dövlət günbəgündən etilalənsin.
O şahənşahi-adil, imperaturi-müəzzəm
kim.
Hümayi-səltənətdir zillinə dəhr ilticalənsin.
Bizə bu izndən bihəd fəvaidlər ki,
hasildir,
Yetişməz intəhayə gər yazam dəhr intahalənsin.
İlahi, seyyidin qıl bu duasın sən icabət
kim,
“Ziya” gün tək ziyalənsin, cahanə
müncəlalənsin!
*******
Şeir İlk dəfə “Ziya” qəzetinin 01.03.1879-cu il tarixli
6-cı nömrəsində çap olunub,
sonralar isə şairin bütün seçilmiş əsərlərnin bütün nəşrlərində oxuculara çatdırılıb.
40 misralıq bu şeir yazılması barədə heç bir izahat verilmədən Seyid Əzim Şirvaninin latın qrafikalı
Seçilmiş Əsərlərinin II cildinin ilk nəşririnə də yol tapmışdır.Şeir nəzm ölçüsünə görə
20 beytdir.Qafiyələnməsi aa,ba,da,ea….şəklindədir.Müəllifin adı sonuncu beytdədir. (Bu fikri ona görə vurğulayıram ki,S.Ə.Şirvaninin bəzi qəsidələrində müəllifin adı sonuncu beytdə yox,ondan əvvəlki beytdə verilir).
S.Ə.Şivanuinin məzkur-haqqında danışılan şeiri tərif və öymə məzmunludur.Janrına görə
qəsidənin mədhiyyə məzmunlu şəklindədir.
Seyid Əzim Şirvani şeirini Allaha müraciət şəklində ,ona xitabən başlamışdır:
İlahi, bu “Ziya” afaq ara gün tək
ziyalənsin!
Ziyai-tələtindən dideyi-aləm cilalənsin!
Şair “Ziya” qəzetinin tülu etməsini alqışlayır, onun aləmin gözünüişıqlandlracağına inanır.
Seyid Əzim qəzetin banisi Hacı Səid Əfəndi Ünsizadənin (1825,şamaxı-1905,İstanbul) bəxt
ulduzunun daha da işıqlannmasını arzulayır.Bu arzuların cərgəsində Qafqaz canişinini
də unutdulmur:
Ona bani olan Haci Səidin kövkəbi-bəxti
Səadət mətləindən zahir olsun, incilalənsin,
İlahi, aləm içrə canişini -mülki-Qafqazın,
Ədalət məsnədində yüz min il ömrü bəqalənsin.
Qəsidönin sonrakı misralarında şair əvvəllər yazdığı bir şeirdəki “Qəzet nədir?” sualına yenidən
cavab verir:
Qəzet bir hüdhüdi-ziba, qəzetxanlar
Süleymandır,
Yetib Bülqeysi- mənayə gərək onlar Səbalənsin.
Qezetdir peyki-ruhani ki, söylər
sirri-pünhani
Nə lazım peyki-həq künci-xəfadə ixtitalənsin.
Bu misralar S.Ə.Şirvaninin “Əkinçi” qəzetinin 1877-ci ildəki 18-ci nömrəsində çap edilmiş “Qəzet nədir?”
məsnəvisindəki ideyaların davamı kimi səslənir.
Hamı millətdə var qəzetlər çox,
Demə kim,bunda hiç faidə yox.
Qəzetin çoxdu xəlqə mənfəəti…
Nə bilir kim ki,yoxdur mərifəti…
S.Ə.Şirvani Ziyadakı qəsidəsində mətbu sözün cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək,
abunə işində meydana çıxan çətinlikləri aradan qaldırmaqdan ötrü oxuciları əlbirliyə və dilbirliyə çağırır:
Bu kari-xeyrə kim, bir paktiynət eyləyib
iqdam,
Gərək millət qıla himmət ki, ta mətləb ədalənsin.
Məsəldir söyləyib aqil ki, tək əldən səda
çıxmaz,
Gərəkdir el-ələ vermək ki ta ol əl sədalənsin.
Çıxan dəm ceybi-qeybi-məşriq-lareybdən ol əl,
Yədi-Musa kimi ecaz üçün beyzanümalənsin.
Şair qəsidənin sonuncu beytində də Allaha müraciətlə dediyi sözlərin içində mətbuatın rolunu bir daha
xatırladır,duasının müstəcəb olmasını arzulayır:
İlahi, seyyidin qıl bu duasın sən icabət
kim,
“Ziya” gün tək ziyalənsin, cahanə
müncəlalənsin!
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq
17.01.2019.