“Ziya” qəzetinin yaranma tarixi, yaxud bir hərf düşümünün yaratdığı yanlışlıq və yaxud Üzr betdər,əz günah, Molla Nəsrəddin demişkən, üzrü günahından betər…

Yazılarımın bir neçəsində yazməbım ki, “Ziya” qəzetinin transfoheliterasiyası- nöqsanlıdır.  Bu iş mövzunu əhatə etmir,yarımçıqdır.Tapşırılan işə məsuliyyətsiz yanaşılmışdır. Bu məsul  işlə məşğul   olanları qınayaraq demişdim ki, sağ olun ki, belə nəfis bir kitab nəşr etdirib,oxuculara ünvanlamısınız.Amma Səid Ünsizadənin min br əzabla Tiflisdə – Zaqafqaziyanın o vaxtkı paytaxt şəhərində ərsəyə gətirdiyi qəzetin transfoneliteraslyası milli irsimizə layiqli şəkildə işlənməli idi.

Transfoneliteraslyada  məzkur mətbu orqanın ilk sənəsinin ilk 46 nömrəsi “unudulmuşdur”. Tranfonesliterasiyaya qəzetin ikinci sənənin 30 nömrəsi daxil edilmişdir. Maraqlı burasındadır ki, bu nömrələr oxuculara başlanğıc nömrələr kimi təqdim olunmuşdur.Transfoneliterasiyanın işlənmə texnikasında da   problemlər var, ayrı-ayrı sözlərin oxusunda sərbəstliyə yol verilmişdir.

Yeri gəlmişkən deyim ki, transfoneliterasiyanın ortalığa çıxan nöqsanları   ilk növbıdə səriştəsizliklə ilgilidur.Bu iş mətnşünaslıqdan xəbərdar olan  mütəxəssislər qrupuna etibar edilməli, görülən iş ciddi redaktə olunmalı idi.
Mənim qeydlərim AMEA-nın Nizami  Gəncəvi adına Ədəbiyyat İnstitutunun bəzi mütəxəssislərini özündən çıxardı.Yenə yaxşı ki, özlərində cürət taıb mənə özlərini sığortalayan məktubla müraciət etdilər.Məktubda görüləcək işlər barədə çağırılan iclasın materialları da verilmişdi.


Mənfəətdən xali olmadığı üçün bu qalmaqalı məsələ haqqında yazdığım yazını oxucularla bölüşdüm ki, AMEA-da  görülən iş köıgədə qalmasın,bu materialların gələcək nəşri  müvəffəqiyyətli alınsın.

Yazılardan biri   “ZİYA” QƏZETİNİN YARANMA TARİXİ, yaxud bir hərf düşümünün yaratdığı yanlışlıq ” adı ilə Strategiya.az saytında işıqlandırılmışdı  ( 09:41 / 17.10.2018)

AMEA -nın  Nizami Gəncəvi  adına Ədəbiyyat İnstitutunun  06.07.2017-ci ldə mənə göndərdiyi elektron məktubu alandan sonra   “Ziya” qəzetinin yarımçıq transfoneliterasiyası haqqında yenidən söz açmağı lazım bildim.

Məktub belə başlayırdı:

“Hörmətli Nazim Nəsrəddinov! 

Mənim  ( Asif Rüstəmov-N.N.) elektron poçtuma ünvanladığınız materialları alıb oxudum. Sizin “Ziya” qəzetinin nəşr tarixi ilə bağlı qaldırdığınız məsələ Nizami adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin bugünkü (5 iyul 2017-ci il) iclasında geniş müzakirə olundu.

“Ziya” qəzetinin 2013-cü il transfoneliterasiya nəşri

(“Qanun” nəşriyyatı, Məsləhətçi və redaktoru Əflatun Amaşov, rəyçi və ön sözün müəllifi prof. Şamil Vəliyev, ərəb əlifbasından latın qrafikasına çevirəni Müştəba Əliyev)

faksimilesi ilə tutuşdurularaq nəzərdən keçirilmişdir.

Məlum olmuşdur ki, kitabda “Ziya” qəzetinin 1-ci nömrəsindən (hicri-qəməri təqvimi ilə 4 məhərrəm 1297-ci il – miladi 6 dekabr 1879-cu il) 30-cu sayınadək (29 rəcəb 1297-ci il – miladi 26 iyun 1880-ci il) ardıcıl müasir əlifbaya çevrilərək nəşr edilmiş, kitaba geniş lüğət yazılmış, qəzetin dili və üslubu olduğu kimi saxlanılmışdır. Baxmayaraq ki, “Ziya” kitabı Mətbuat tarixi və publisistika şöbəsinin yaranmasından (iyun 2014) bir il əvvəl işıq üzü görüb, ədalət naminə qeyd olunmalıdır ki, nəşrə böyük zəhmət çəkilib və

“Sizin transliterasiya etdirdiyiniz “Ziya” çox nöqsanlıdır” – deyilərək gözdən salınmasına lüzum yoxdur.

“(Əstəğfürullah!
Mən heç vaxt o fikirdə olmamışam.Mən demişəm ki,tranliterasiya olunmuş “Ziya” kitabında qəzetin ilk 46 nömrəsi yoxdur və bu işlə məşğul olanlar “Ziya” qəzetinin ilk nömrəsi kimi onun 47-ci nömrəsini-ikinci sənəsinin 1-ci nömrəsini göstərirlər.
Bu, faktı xatırlatmaq nəşri gözdən salmaqdırmı? -N.N.)”

  Ədəbiyyat İnstitutundan  daha sonra yazırdılar:

“Mən “Ziya”nın hicri təqvimi ilə 4 məhərrəm 1297-ci il – miladi 6 dekabr 1879-cu il tarixli 1-ci nömrəsinin ilk səhifəsinin fotosunu diqqətinizə təqdim edirəm. Səhifənin yuxarı başında, sağdan birinci sözdə “əlif” hərfi düşdüyü üçün Müştəba Əliyev söz birləşməsini “Yekinci səne” yəni “birinci il” kimi oxumuşdur. Azərbaycanda “Ziya” qəzetinin tam dəsti olmadığını (?-N.N.) nəzərə alsaq bəzi mütəxəssislərin, o cümlədən prof. Ş.Vəliyevin, M.Əliyevin və b. “Ziya”nın hicri 4 məhərrəm 1297-ci il – miladi 6 dekabr 1879-cu il tarixli 1-ci nömrəsini qəzetin ilk sayı hesab etməsi təəccüblü görünməməlidir.


(Deməli,mətbuat tarixini bilməmək də olar-N.N.) Amma həmin qəzetin 13 dekabr 1879-cu il 2-ci sayını nəzərdən keçirdikdə görürük ki, “Yekinci səne” kimi oxunan sözün əvvəlində “əlif” hərfi var və bu halda söz “ikinci sənə” yəni “ikinci il” kimi oxunur. Beləliklə bir hərf düşümü “Ziya” qəzetinin tarixini bir il geri atmış, ciddi yanlışlığa səbəb olmuşdur.(AMEA-nın rəsmisi  səhvi etiraf edir-N.N.)

Nazim müəllim, sizin qeyd etdiyiniz kimi həqiqətən “Ziya” qəzeti 1879-cu ilin yanvar ayından nəşrə başlamış, həmin ilin dekabrın 6-dək 46 sayı üşıq üzü görmüşdür.
Bu məqamda belə bir sual da meydana çıxır: Necə olub ki, 1879-cu ildə “Ziya” qəzetinin iki dəfə birinci nömrəsi çap olunub? Nəzərə almaq lazımdır ki, qəzetdə hicri-qəməri təqvimi əsas idi

(Naşir və imtiyaz sahibi Səid Ünsizadə “Ziya”nı islam qəzeti hesab edirdi-N.N.)

və nömrələr də bu təqvimə uyğun sıralanırdı. Qəzet fəaliyyətə 1296-cı ilin səfər ayında başlamış (səfər ayının 16-da-N.N.), zilhiccə ayının sonunda il başa çatmışdır. Məhərrəm ayının 1-dən isə 1297-ci il başlamışdır. Beləliklə “Ziya”nın hicri təqvimi ilə 4 məhərrəm 1297-ci il, yaxud miladi ilə 6 dekabr 1879-cu il tarixli 1-ci nömrəsi qəzetin nəşrinin ikinci ilinə aiddir.
“Ziya”nın ikinci ilinin 30 sayını nəşrə hazırlayan Müştəba Əliyevin mətbuat tariximiz üçün xidmətlərinin üzərinə kölgə salmadan (Allah Müştəba müəllimə rəhmət eləsin.O,tapdığı nömrələri çapa hazırlayıb-N.N.) qəzetin birinci ilində çap olunmuş 46 sayının transfoneliterasiya edilməsi məsələsi gündəmə gəlir.

Hörmətli Nazim müəllim. “Ziya” qəzetinin nəşr tarixi ilə bağlı səmərəli tədqiqatlarınıza görə təşəkkürlər (Cümlənin xəbəri yoxdur.Bəzən belə də olur.Mən də təşəkkürlərə görə dostumuza minnətdarlıq edirəm.-N.N.).

Qəzetin birinci ilinin 46 sayını nəşrə hazırlamaq arzusunda olsanız Mətbuat tarixi və publisistika şöbəsi Sizinlə bu məsələni müzakirə etməyə hazırdır.

Bakı, 05.07.2017″

(Çox sağ olun.Bu,bir adamın işi deyil.Belə işlərdə-ərəb əliffbasından latın qrafikasına edilən transfoheliterasiyada  ən azı 5-6 mütəxəssisin əlbir fəaliyyəti  lüzumlu görünür-N.N.).

*** 

P.S.  Türk dünyasının  fazillərindən biri olan Hacı Səid Əfəndi Ünsizadənin  (1842,Şamaxı-1903,İstanbul) “Ziya” adı ilə Tiflisdə öz şəxsi litoqrafiyasında  və sonralar mətbəəsində  təb və  nəşr etdiyiı qəzet (25.01.1879,Tiflis – 26.07.1884,Tiflis)   AMEA-nın xətti ilə  “Qanun” nəşriyyatənda 2013-cü ildə otraya çıxarılan transliterasiya kitabındakı nöqsanlar hələ də aradan qaldırılmayıb.Ən təəccüblüsü budur ki,bu işə məsul olan mütxəssislər hələ də nöqsanlarını rəsmi şəkildə etiraf etmirlər.

Nazim Nəsrəddinov,

Aərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

05.04.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest