GenelGüncel

Zeynəb Əliqızı – Şə­hid ana­sı – hekaye

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Zeynəb Əliqızı
Şə­hid ana­sı
(hekayə)
 
 
­Hə­yət­də bö­yük toy ma­ğa­rı qu­rul­muş­du. Hə­yə­tin də­mir qa­pı­sı açı­lıb­-örtülmək­dən sə­si­ni ba­şı­na gö­tür­müş­dü. Ma­ğar­dan bir az yu­xa­rı tə­rəf­də, iki iri tut ağa­cı­nın al­tın­da to­ya gə­lən qo­naq­la­rın cür­bə­cür xa­ri­ci ma­­şın­­la­rı da­yan­mış­dı. Adam­lar qay­na­şır­dı, uşaq-­bö­yük bir-­bi­ri­nə qa­rış­mış­dı. Səs­güc­lən­di­ri­ci­lər guruldayır­­dı, mu­si­qi alə­mi ba­şı­na gö­tür­müş­dü. Xa­nən­də “Əl ça­lın!” mah­nı­sı­nı oxuya­-o­xu­ya co­şur, ye­rin­də din­gil­də­yir­di. Ma­ğar­dan bir qə­dər ara­lı­da, evin böyrün­də isə sa­­mo­var­lar qay­na­yır, xö­rək bi­şir­di. Tüs­tü du­ma­na dön­­müş­dü, kababın iyi ada­mı uzaq­dan vu­rur­du. Sağ­lıq­­lar de­yi­lir, ba­də­lər cin­gil­də­yib bo­şa­lır, kef­lə­ri du­ru­lan­­lar or­ta­lıq­da atı­lıb-­dü­şür­dü­lər. Toy idi…
­Ge­niş hə­yət qa­pı­sın­dan or­ta boy­lu, alt­mış­-alt­mış beş yaş­la­rın­da arıq, çəlimsiz bir qa­dın gir­di. Si­fə­ti sap­­sa­rı sa­ral­mış­dı, elə bil sa­rı­lıq xəs­tə­li­yi keçirmişdi. Və azar­dan qur­tar­ma­mış yor­ğan-­dö­şək­dən du­rub gəl­miş­di. Göz­lə­ri quyu­nun di­bin­də idi, güc­lə işıl­da­yır­dı. Do­daq­la­rı öv­kə rən­gin­də idi. Ağap­paq na­zik hö­rük­lə­ri ba­şı­na bağ­la­dı­ğı qa­ra yay­lı­ğı­nın al­tın­dan çı­xıb bi­ri si­nə­sin­dən, o bi­ri kürə­yin­dən, do­nu­nun üs­tün­dən sal­la­nır­dı. Ayaq­la­rın­da çit ayaq­qa­bı var­dı.­
O­nu ta­nı­yan­lar bir az na­ra­hat ol­du­lar.
­Bu ar­va­dın to­ya gəl­mə­si çox qə­ri­bə idi. O, əs­lin­də, heç vaxt şən­li­yə getmirdi. Nur­xa­nım şə­hid ana­sı idi.­
Ev sa­hi­bə­si ar­va­dın qən­şə­ri­nə ye­ri­di:
– Xoş gəl­mi­sən, ay Nur­xa­nım ba­cı, hə­mi­şə toy­da!­
Ay­rı bir söz de­yə bil­mə­di. De­yə­sən axı­rın­cı iki sö­zü də elə ar­tıq de­miş­di. “Hə­mi­şə toy­da” ifa­də­si ye­ri­nə düş­mə­miş­di. Ba­yaq­dan to­ya gə­lən­lə­ri bu söz­lər­lə salam­la­yıb ar­dın­ca “su­bay­la­rı­nız üçün ol­sun!” de­yir­di. Am­ma bu­nu Nur­xa­nı­ma demək ol­maz­dı. Onun nə su­ba­yı var­dı, nə ev­li­si… Ev sa­hi­bə­si söz tap­ma­yıb “na­ğıl da­nış­dı”:
– Uşaq­lar de­di­lər ki, res­to­ran­da elə­yək, şə­hər­dən – Ba­kı­dan da qonaqlarımız çox ola­caq. De­dim, əşi, bu da Ba­kı­nın bir qə­sə­bə­si­dir də, qoy gələnlər elə bil­sin­lər ki, kənd to­yu­na gə­lib­lər. Hə­yə­ti­miz var, gə­lin ma­ğar qu­raq…
­Nur­xa­nım bir söz de­mə­di. De­yə­sən, heç ona qu­laq as­mır­dı. Bu de­yi­lən­lə­rin ona – Nur­xa­nı­ma bir dəx­li də yox idi. Ya­vaş-­ya­vaş irə­li­lə­yib onu qar­şı­la­ma­ğa gələn­lə­rə qo­şu­la­raq ma­ğa­ra tə­rəf get­di. Ma­ğa­rın ya­nı­na ça­tıb da­yan­dı. Də­rin­dən nə­fəs al­dı. Son­ra içə­ri ke­çib mu­si­qi­ni ya­rım­çıq kə­sən çal­ğı­çı­la­ra ya­xın­laş­dı. Bayaqkı ha­va­nı – “Əl ça­lın­”ı si­fa­riş et­di. Ma­tı-­qu­tu qu­ru­yub ona ma­raq­la ta­ma­şa edən “ta­ma­şa­çı­la­rı­na” mə­həl qoy­ma­dan qol­la­rı­nı as­ta­-as­ta yu­xa­rı qal­dır­dı. Ayaqları­nı da qol­la­rı ki­mi as­ta­-as­ta, ahəng­lə oy­nat­ma­ğa baş­la­dı. Qa­dı­nın ağa­ya­na, ba­la­ca bə­də­ni­nə o qə­dər də uyuş­ma­yan ağır hə­rə­kət­lə­ri elə tə­bii, cəl­be­di­ci idi ki, ona ta­ma­şa edən­lər heç vaxt bu cür oy­na­yan gör­mə­yib­miş­lər ki­mi, diq­qət­lə­ri­ni bütün­lük­lə ona yö­nəlt­miş­di­lər. Qa­dın oy­na­ya­-oy­na­ya çı­xı­şa tə­rəf get­di. Ada­ma elə gə­lir­di ki, bu­ra­da­kı ha­va­sız­lıq, da­ha doğ­ru­su, iç­ki, xö­rək qo­xu­la­rı onu sı­xır. Və o, ba­yı­ra çıx­dı. Hə­yət­də ora-­bu­ra ge­dən, iş­lə məş­ğul olan adam­lar mat-məət­təl yerlərin­də don­du­lar. Bə­zi­lə­ri­nin hət­ta do­da­ğı qaç­dı, am­ma tez də cid­di­ləş­di­lər. Musi­qi sus­du. La­kin Nur­xa­nım ar­vad ma­ğa­rın aşa­ğı tə­rə­fin­də­ki açıq yer­dən üzü­­nü aşıq­la­ra tə­rəf tu­tub işa­rə elə­di ki, çal­sın­lar. Xa­nən­də­yə də işa­rə et­di ki, oxu­sun. Onlar ye­ni­dən ça­lıb­-o­xu­ma­ğa baş­la­dı­lar. Nur­xa­nım ar­vad ye­nə işa­rə et­di, oy­naq ha­va çal­sın­lar. Çal­ğı­çı­lar ha­va­nı də­yiş­di­lər. Qa­dın oy­na­ma­ğı­na da­vam et­di. Qol götü­rüb ge­niş hə­yət bo­yu o baş­dan – bu ba­şa sü­zür­dü. Get­dik­cə sü­rə­ti­ni ar­tı­rıb ayaq­la­rı­nı mə­ha­rət­lə oy­na­dır, gö­zəl bir mil­li rəq­si ifa edir­di. Uşaq­lar əl çal­ma­ğa baş­la­dı­lar. La­kin yan­la­rın­da­kı bö­yük­lə­rin do­nuq, sa­kit, müəm­malı ba­xış­la­rın­dan nə­sə an­la­yıb əl­lə­ri­ni sax­la­dı­lar. Gül­mək is­tə­di­lər, bö­yük­lə­rin göz yaş­la­rın­dan irilmiş göz­lə­ri­nə ba­xıb sus­­du­lar. Hə­yət­də get-­ge­də bir dai­rə ya­ra­nır və Nur­xa­nım bu dai­rə­nin için­də tək-­tən­ha sü­zür­dü. Qa­ra yay­lı­ğı sü­rü­şüb boy­nu­na düş­müş­dü. Na­zik ağ hö­rük­lə­ri at­da­nıb-­dü­şür­dü. An­caq elə sə­li­qə­li, təm­kin­lə oy­na­yır­dı ki, palta­rı­nın al­tın­da ayaq­la­rı be­lə hiss olun­mur­du. Oyun ha­va­sı­nın ritm­lə­ri təkrarlanır­dı, çal­ğı­çı­lar mu­si­qi­ni kəs­mək is­tə­yir­di­lər. Xa­nən­də ba­yaq­dan dal­ba­dal de­di­yi “Toy gü­nü­dür, əl ça­lın!”, “Oğ­lan igid, qız qə­şəng!” söz­lə­ri­ni yı­ğış­dır­mış­dı, hər­dən yal­nız “əl ça­lın!” de­yir­di. Am­ma heç kəs əl çal­mır­dı…
­Ta­nı­ma­dı­ğı adam­lar or­ta­ya çıx­maq, onu tu­tub sax­­la­maq is­tə­di­lər. Ar­vad yönü­nü o tə­rə­fə çe­vi­rib ara­lan­dı. “Ar­va­dın ba­şı­na ha­va gə­lib!” – de­yə ca­maat arasın­da pı­çıl­tı gəz­di. Am­ma ki­şi­lər­dən kim­sə ca­maa­ta sus­maq işa­rə­si ve­rib, on­la­rı sa­kit­ləş­dir­di. Bə­zi­lə­ri üçün bu ha­di­sə­nin sa­də­cə, ne­cə qur­ta­ra­ca­ğı ma­raq­lı idi.
­Toy­xa­na­ya ye­mək, qab-­qa­caq da­şı­yan, əl­lə­rin­də do­lu məc­mə­yi tut­muş ca­van oğ­lan­lar, ön­lük­lü aş­paz­lar, “ma­ki­yaj­dan” gen-­bol is­ti­fa­də edən qız-­gə­lin­lər, at­­las pal­tar gey­miş yaş­lı qa­dın­lar, ya­rı­sər­xoş ki­şi­lər, şən uşaq­lar za­ma­nın rəq­si­nə baxmaq­da idi­lər. Ma­ğar­da adam qal­ma­mış­dı, içə­ri ta­mam bo­şal­mış­dı. Ha­mı açıq ha­va­da mey­dan su­la­yan ar­va­da ta­ma­şa edir­di. Ar­vad lap gö­yə tul­la­nır­dı…
­Xa­nən­də sus­du. De­yə­sən, öz bor­cu­nu ye­ri­nə ye­ti­rib qur­tar­mış­dı. İn­di “əl çalın­”ı gah gi­ta­ra, gah qar­mon, gah da qo­şa na­ğa­ra de­yir­di. Am­ma heç kəs əl çalmır­dı… Qa­dın­lar­dan ağ­la­yan­la­rı var­dı. Or­da-­bur­da hıç­qı­rıq səs­lə­ri eşi­di­lir­di. Həyət­də­ki pi­şik­lər für­sət­dən is­ti­fa­də edib toy­xa­na­ya ­gir­miş­di­lər, stol­la­rın üs­tün­də­ki təam­la­rın oğ­run-oğ­run “da­dı­na ba­xır­dı­lar”. Aləm bir-­bi­ri­nə qa­rış­mış­dı. Nur­xa­nım oy­na­yır­dı…­
Ev sa­hi­bi nə­ha­yət, nə­sə elə­mək la­zım ol­du­ğu­nu hiss edib irə­li çıx­dı. Ar­va­da tə­rəf bir­-i­ki ad­dım at­dı. Da­yan­dı. Üzü­nü ca­maa­ta tə­rəf tut­du. Ürə­yin­dən keç­di ki, qo­naq­lar­dan üzr is­tə­sin, on­la­rı əv­vəl­ki ye­ri­nə, ma­ğa­ra qay­tar­sın. Ba­car­ma­dı. İn­di heç kəs onu eşit­mək ha­lın­da de­yil­di. On­lar elə bir ha­di­sə gör­müş­dü­lər ki, göz­lə­ri­ni on­dan çə­kə bil­mir­di­lər. Göz qu­laq­dan da­ha sər­rast­dır…
­Nur­xa­nım iki­-üç də­fə də döv­rə vu­ran­dan son­ra eh­ti­ram­la ha­mı­ya baş əy­di. Ayaq üs­tə güc­lə du­rur­du, ta­mam hey­dən düş­müş­dü. Nə­fə­si­ni çi­yin­lə­rin­dən alır­dı. Ad­dım atıb ye­ri­yə bil­mir­di. Kim­sə qa­çıb bir stul gə­tir­di. Ar­va­dı oturt­du­lar, su gətir­di­lər, üzü­nə çırp­dı­lar, bir­-i­ki qur­tum içirt­di­lər. Nur­xa­nım özü­nə gəl­di. Oturduğu yer­dən fır­la­na-­fır­la­na dörd ya­nı­na göz gəz­dir­di. Elə bil bu ca­maa­tı in­di gö­rür­dü. Ha­mı­sı bə­zə­nib dü­zən­miş­di, ba­ha­lı ge­yim­də idi­lər, to­ya gəl­miş­di­lər…­
O­na ta­ma­şa edən­lər ar­va­dın qar­şı­sın­da lal-­din­məz dur­muş­du­lar. San­ki heç kəs da­nış­ma­ğa cə­sa­rət elə­mir­di. Və bu də­li ar­va­dın nə de­yə­cə­yi­ni göz­lə­yir­di. Elə bil bu ca­maat hi­mə, onun işa­rə­si­nə bənd idi. Bu ar­vad nə əmr elə­səy­di, ona ha­zır idi­lər. Elə bil bu toy ma­ğa­rı­nın “sa­kin­lə­ri” bir or­du idi və bu də­qi­qə düş­mən üzərinə hü­cu­ma keç­mə­yə ko­man­da göz­lə­yir­di­lər…
­Nur­xa­nım aya­ğa qalx­dı, din­cəl­miş­di, özü­nə gə­lib tox­ta­mış­dı. Bir az da yüngül­ləş­miş­di, özü­nü yax­şı hiss edir­di. Üzü­nü ca­maa­ta tut­du:
– Mən də­li-­zad ol­ma­mı­şam, ay ca­maat! Üzü­mə be­lə çaş­qın­lıq­la bax­ma­yın. Mən də­li-­zad de­yi­ləm… – Sə­si güc­lə çı­xır­dı. – Mən əv­və­la, bu ca­van­la­rı təb­rik eləyi­rəm, xoş­bəxt ol­sun­lar, qo­şa qa­rı­sın­lar, bir-­bi­ri­nə can de­yib, can eşit­sin­lər. Oğul­-u­şaq sa­hi­bi ol­sun­lar, sağ­lam ba­la bö­yüt­sün­lər. Bir də, dün­ya­mız sa­la­mat olsun, mü­ha­ri­bə gör­mə­sin­lər… heç bi­ri­niz gör­mə­yə­si­niz, Al­lah si­zə bir də müharibə gös­tər­mə­sin…­
Ar­vadın sə­si qı­rıl­dı. Yer-­yer­dən de­di­lər:
– Sağ ol, var ol, Al­lah ağ­zın­dan eşit­sin! Al­lah bir də mü­ha­ri­bə göstərməsin…
­Nur­xa­nım sö­zü­nə da­vam et­di:
– Mən toy gör­mə­mi­şəm evim­də. İki oğul bö­yüt­düm, toy­lar­ını gö­rə bilmədim. Qis­mət ol­ma­dı… Oğ­lan­la­rım­dan bi­ri Qa­ra­bağ mü­ha­ri­bə­sin­də hə­lak ol­du. On­da hə­lə or­du ni­zam­lan­ma­mış­dı. Mə­nim ba­la­mı da ma­şı­na ba­sıb əs­gər aparmışdılar. On gün it­kin oğ­lu­mu ax­tar­dım. Son­ra xə­bər çıx­dı ki, əs­gər­dir, və­tən tor­paq­la­rı­nı qo­ru­yur… Am­ma mən eh­ti­yac içə­ri­sin­də öv­lad bö­yü­dən­də, hə­min or­du ya­ra­dan­lar bir cüt co­rab be­lə gə­ti­rib ver­mə­miş­di­lər ki, al, ba­la­nın aya­ğı­na ge­yin­dir. On­da və­tən­daş de­yil­dik… Ba­la­ma, mə­nə ney­lə­miş­di­lər, han­sı haq­la ölü­mə verdilər? De­di­lər ki, “Və­tən uğ­run­da hə­lak olub…” Ney­nək, bu da bi­zim qismətimiz imiş. İn­di heç şə­hid­lik sta­tu­su da ala bil­mi­rəm, de­yir­lər ki, nə bi­lək, oğlun han­sı dəs­tə­də xid­mət elə­yib?­
O bi­ri oğ­lum da şə­hid qar­da­şın­dan son­ra özü­nə toy elə­mə­di. De­di ki, yas­dan çı­xa bil­mi­rəm. Toy­suz-­fi­lan­sız bir qız gö­tü­rüb gəl­di. Öv­lad­la­rı ol­ma­dı. İkin­ci də­fə də bu cür ev­lən­di. Bir oğ­lu ol­du. Gə­li­nim uşa­ğı­nı gö­tü­rüb xa­ri­ci öl­kə­lə­rin bi­ri­nə get­di ki, mən yax­şı ya­şa­maq is­tə­yi­rəm. Öm­rü­mü si­zin ki­mi eh­ti­yac içə­ri­sin­də çürüt­mək is­tə­mi­rəm! Oğ­lum ar­va­dı haq­qın­da or­dan-­bur­dan na­la­yiq söz­lər eşit­di. Döz­mə­di, özü­nü zə­hər­lə­yib öl­dür­dü… Ba­la­la­rı­mın iki­si də son mən­zi­lə ata­sı­nın çiy­nin­də get­di.
­Mən də­li de­yi­ləm, əziz­lə­rim, qur­ban olum si­zə. Sa­də­cə, öm­rüm bo­yu də­li bir toy ha­va­sı ilə ya­şa­mı­şam. Bu sü­mük­lə­rim oğul to­yun­da oy­na­maq hə­və­si ilə alışıbya­nıb… Bu qol-­qı­çım oy­na­maq­dan yo­ru­lub əl­dən düş­mək is­tə­yib. İn­di xəs­tə olan ürə­yim oy­na­maq­dan, se­vinc­dən hə­yə­can­lan­maq, şid­dət­lə dö­yün­mək is­tə­yib. Bun­lar mə­nə qis­mət ol­ma­dı. İn­di özüm­lə ba­ca­ra bil­mə­dim, de­dim, qoy bir oynayım… – Nur­xa­nım köv­rəl­di, la­kin özü­nü ələ alıb sö­zü­nə da­vam et­di: – Deyirlər ki, xe­yir­lə-­şər qar­daş­dır, am­ma be­lə de­yil­miş. Yox­sa, mə­nim oy­na­ma­ğım si­zə be­lə qə­ri­bə gö­rün­məz­di. Şə­hid ana­sı oy­na­maz! Am­ma hər­dən bö­yük məclislər­də, dost xət­ri­nə qol gö­tü­rüb oy­na­yan şə­hid ana­la­rı­nı qı­na­ma­yın, ba­la, hər ha­va­ya qol qal­dır­sa­lar da, on­la­ra əl ça­lan ol­mur. Bi­zim oy­na­ma­ğı­mız nə dos­tu güldü­rən­dir, nə düş­mə­ni öl­dü­rən. Çün­ki biz fə­rəh­dən oy­na­mı­rıq… Ya­rı­kö­nül yaşadı­ğı­mız bu qo­ca dün­ya­nın qə­ri­bə qay­da-­qa­nu­nu var­mış. Öz dər­di­ni mə­nə yüklə­yib özü gül­mək­dən qəşş edir…
– Al­lah səbr ver­sin, ay ba­cı. Qə­bir­lə­ri nur­la dol­sun… – ev sa­hi­bi nə­ha­yət, dillə­nib onun sö­zü­nü kəs­di.
– Şə­hid ba­la­na qur­ban olum, elə o bi­ri­si­nə də. Al­lah kö­mə­yin ol­sun, Al­lah səbr ver­sin… – ev sa­hi­bə­si əri­nin sö­zü­nü alıb züy tut­du, “qo­na­ğı­na” dil­-a­ğız elə­di. Nur­xa­tıım on­la­rı ba­şa düş­dü: yə­ni yax­şı elə­yib gəl­din, in­di isə ma­ne ol­ma, çə­kil get, qoy işi­mi­zi gö­rək, sən bu­ra­da ar­tıq­san. Bur­da toy­dur!
– Al­lah mü­ba­rək elə­sin, Al­lah ba­la­ları­nı­za can sağ­lı­ğı ver­sin… – o, zəif, ölgün səs­lə ca­vab ver­di. Əs­lin­də, on­lar ney­lə­mə­liy­di­lər? On­lar ki gü­nah­kar deyildilər… Yoox… heç ol­ma­sa, bu qə­dər təm­tə­raq la­zım de­yil. Bi­zə ya­raş­mır… Qon­şu­nun hüz­rü dü­şən­də xe­yir işi sax­la­maq müm­kün ol­ma­dıq­da sa­kit­cə yo­la verir­lər. Be­lə­cə alə­mə səs sa­lımr­lar ki, o bi­ri­si­nin qəl­bi­nə dəy­mə­sin­lər… Öl­kə­nin hüz­rü dü­şüb… “Ba­şın sağ ol­sun!” de­yib o yan­da eyş­-iş­rət­lə məş­ğul ol­ma­ğın nə məna­sı var? Öl­kə­nin ba­şı sağ ol­sa da, qo­lu-­qı­çı… zən­cirdə, əsa­rət­də­dir… Öl­kə­nin də ürə­yi mə­nim­ki ki­mi tor­pa­ğa gö­mü­lüb, mə­nim ki­mi ba­şı sağ­dır… Sağ qa­lan­la­rın aqi­bə­ti­nə şü­kür elə­yən şə­hid ana­la­rı ki­mi (mə­nim ki­mi yox) oy­na­yır, gü­lür, danışır… Özü­nün di­li, ba­şı, gö­zü sağ­dır…
– Nur­xa­nım ba­cı, gəl çö­rək ye, sən Al­lah, ac get­mə bi­zim məc­lis­dən. Xətrimi­zə də­yər. – Ev sa­hi­bi onu dü­şün­cə­lə­rin­dən ayı­rıb ovun­dur­maq is­tə­di.
– Al­lah var elə­sin, ac de­yi­ləm.
­Nur­xa­nım sus­du. De­yə­sən, bu­ra­ya elə oy­na­maq­dan öt­rü gə­lib­miş. Bu oyun onun gic­gah­la­rı­nın, si­nə­si­nin, bü­tün bənd­lə­ri­nin, fə­qə­rə sü­mük­lə­ri­nin, əl­-a­yaq barmaq­la­rı­nın hön­kür­tü­sü, ürək­dən gə­lən çıl­ğın göz yaş­la­rı idi. İn­di sa­kit­ləş­miş­di, bo­şa­lıb dinc­lik tap­mış­dı.
­Nur­xanım əli­ni uza­dıb yay­lı­ğı­nı aç­dı, onu tə­ləs­mə­dən, ar­xa­yın bir hə­rə­kət­lə ye­ni­dən ba­şı­na bağ­la­dı. Ca­maat elə bil su­ya dön­müş­dü. Toy məc­li­si qə­ri­bə bir hüznə bə­lən­miş­di. Onu əha­tə edən­lə­rin ək­sə­riy­yə­ti ağ­la­sa da, ar­va­dın gö­zün­dən yaş çıx­mır­dı. San­ki la­qeyd­ləş­miş­di, hər şe­yə bi­ga­nə idi.­
O, da­ha bir söz de­mə­dən ca­maa­tı ya­ra-­ya­ra hə­yət qa­pı­sı­na tə­rəf irə­li­lə­di. Qar­şı­da­kı dön­gə­dən bu­ru­­la­na­dək, ha­mı­nın nə­zə­ri on­da idi. Nu­rxa­nım ar­vad səntirlə­sə də, yı­xıl­ma­dı, gəl­di­yi ki­mi as­ta ye­riş­lə də çı­xıb getdi.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest