GenelGüncelKültür Sanat

Zamin Rüstəmov

Şair Zamin Rüstəmov Naxçıvanda yaşayıb yaradan şairlərimizdəndir.Uzun müddət Azərbaycan Milli ordusunun assubayı olmuş ,Vətəni müdafiə etmişdir. Onun “Kırımın səsi”oxucularına son zamanlar yazmış olduğu şeirləri təqdim edirəm.

Təbriz-Xoy harayı.

Üçcə yüz ildi ki, salıblar ayrı
Bircə lil Arazı, keçə bilmirik .
Necə göz ağardıb, bizə bu yağı
O taydan, bu taya, baxa bilmirik.

Öz doğma yurdumda, yada dönmüşük
Farslar adımızı, qoyublar “Gədə.”
Diriykən elə bil, çoxdan ölmüşük
Nə qədər bu karvan, dözəcək belə?

Artıq üz döndərib, Allah da bizdən
Deyir ayrı qalın, siz Təbriz kimi.
Deyir nə inam var, nə təpər sizdə
Elə ayrı axın, Kür- Araz kimi.

Nə əlləri çatır, nə ünlər yetir
Baxdıqca ürəklər, olur şanı-şan.
Ya Rəbbim sən özün, ümidi yetir
Millətim olmasın, orda pərişan.

Elə bil deyilik, Tomris nəvəsi
Kimdən törənmişik, ay sizə qurban?
Elə bil ölübdü, Vətən həvəsi
Farslar “Gədə”deyir, Ivanı “Çurban”
Nə qədər biz dözək, ay sizə qurban?

01-02 2024 Zamin Rüstəmov Naxçıvan Cəhri.

Dünən köç eliyən, karvana bir bax
Gedən kəcavədə, nəyi apardı?
Ayıl insan oğlu, ətrafına bax
Düşün apardığı, beş arşın ağdı.

Nə qədər gəlsə də, tamah güc sənə
Əzmini itirmə, yala əyilmə.
Haklısan heç vaxtı, haksıza demə
Nahakka heç zaman, demə ki hakdı.

Adam var əyilər, vara-dövlətə
Bir tikə pay üçün, düşər minnətə.
Düşünməz ki, yolu onun zillətə
Belə ölülərə, deməyın sağdı.

Bir tikə çörəyə, satılan adam
Ona necə deyək, bu da adamdı.
Elə insanlara, mən çoxdan yadam
Dilim gəlməz deyəm, bu da yaşadı

Sürməli qız.

Çəkib koyma, özün dağın başına
Dəli etmə məni, a sürməli qız !
Gözüm düşüb, kipriyinə-kaşına
Gözləri Badamı, a sürməli kız.

Qaşların kamandı, lalə yanağın
Üstünü örtmüsən, o ağ buxağın.
Sunənə, gəl tökmə, şalın saçağın
Kırmızı yanaklı, a qəmzəli kız.

Baxanda süzmə gəl, ala gözləri
Düşür ürəyimə, eşqin közləri.
Salma ürəyimə, həsrət izləri
Dodağı kaymaklı, a sevməli kız
Dəl etmə şairi, a sürməli kız.

Zamin Rüstəmov Naxçıvan

Şəhidlərimizin ruhu şad olsun.

Nə yaşadın, arzuların yarımçıq
Şəhid getdin, ömrün oldu yarımçıq.
Yarı-yarı, hər bir arzun yarımçıq
Ürəklərdə, tam yaşadın Şəhidim !

Ana bildin, daş-qayasın, boz yalın
Heç bilmədin əynin qalın, ya yalın
Sormadılar, yaş səngərdə nə halın ?
Sipər oldun, vətəninə Şəhidim !

Gecə-gündüz, yuxu oldu yad sənə
Utandın sən, Isti-soyuq deməyə .
Incimədin, heç küsmədin sən yenə
Heç yananmadıq, biz dərdinə Şəhidim !

Gucun yetdı, şirin canı verməyə
Dedin qurban, bu da olsun vətənə .
Sinə gərdin, bütün məziyyətlərə
Uf demədin, şirin cana Şəhidim !

Vətən bayatıları.

Dərdi, yüz olan vətən
Köksü, köz olan vətən!
Laləsi Şəhid qanlı
Qoyma, yad üzə Vətən!

Qəm etmə, tək qalmışam
Mən sənlə yaranmışam.
Kim desə, unutmuşam
Uyma, yad sözə Vətən!

Qalxacaq Şanlı Ordum
Olacaq, azad yurdum!
Canından keçənlərin
Lap qalxsa, yüzə Vətən!

Cüt qardaşlıq, zərbədən
Şuşa, qurtuldu dərddən.
Dəmir yumruq dəyəndən
Yox çıxan, üzə Vətən!

Təbriz, ağlama qurban
Loxma keçmir boğazdan
Yol salırıq, Arazdan
Üzü dön, bizə Vətən!

20-12 2022 Zamin Rüstəmov Naxçıvan Cəhri.

El Bayatıları.

Əzizim dağı neynim
Obasız, dağı neynim.
Könlüm, Məcnun könlüdü
Leylasız, dağı neynim.

Əzizim, dağa meylim
Bağçaya, bağa meylim.
Saralan gülə döndüm
Bülbülsüz, gülü neynim.

Aşiqəm dağlarına
Obana, yaylağına.
Gedib, gələnim yoxdu
Obalı yaylağıma.

Əzizim dağlar ağlar
Obasız, dağlar ağlar.
Yaylaqların, boş qalıb
Sürüsüz, dağlar ağlar.

Əzizinəm gecələr
Ay batar, ay gecələr.
Siz olmasaz, neynərəm
Mənə, sirdaş gecələr.

Qarabağdı, baş tacım
Ocaq üstədi sacım.
Neçə ki, bişmir asim
Səbr olacaq, əlacım.

Dağlarıma çən düşdü
Şaxta, boran, qar düşdü .
Həsrət ellər əlindən
Saçlarıma, dən düşdü .

Mən aşiq, yazanmadım
Sevdim də, yazanmadım.
Məktuba, gül də qoydum
Amma, ad yazammadım.

Əzizim ellər ağlar
Yadlar gözünü baglar
Gənc yaşında köç etdin
Bəs mənə kimlər aglar

Dağ çəkildi sinəmə
Gümanım yox məlhəmə.
Dərddən elə yanıram
Ünüm çatmır aləmə .

Əzizim ağla mənə
Qaranı bağla mənə.
Diriykən mən ölmüşəm
Ellər yas saxla mənə.

Getdi növcavan balam
Belə hər gün ağlaram.
Kim bilir nə gündəyəm
Ölmüşəm, yoxsa sağam.

Zamin Rüstəmov Naxçıvan Cəhri.

Közünə qurban .

Gəl zülüm eyləmə, gözünə qadın
Dadmayan nə bilər, balanın dağın.
Oğluna təsəlli, Şəhid bulağım
Təsəllin qoy olsun, gözünə qurban !

Əlimdən nə gəlir, daha nə mənim
Qəminə qurbanam, qəminə sənin.
Çəkmək ağır olur, Şəhidlər qəmin
Sənin Şəhidinin, özünə qurban .

Bayrağın al rəngi, Şəhid qanıdır
Bayrağın vüqarı, vətən tanıdır.
Şəhidlər vətənin, xənadanıdır
Şəhidlik adlanan, sözünə qurban .

Bilirəm nə çəkir, ana ürəyi
Hər gün gözü yolda, zəhər çörəyi.
Oğlu gedən gündən, qara örpəyi
Yanan ürəyinin, közünə qurban.

Zamin Rüstəmov Naxçıvan

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest