GenelGüncel

Yolları bağlı Şuşa

( Şuşaya aid bir şəklin yaratdığı düşüncələr  )

Ağ işığa,ağ günə

Yolları bağlı Şuşa.

Qalıb yağı əlində

Qolları bağlı Şuşa.

***

Yuxu getmir gözümə,

Ömür baxmır sözümə.

Necə tab gətirmişəm

Ayrılığa,dözümə?

***

Ömür uçur,gün uçur…

Bu yerləri görmədim.

Yer dağılır, göy uçur,

Gileyləri görmədim.

***
Hamı durur yuxudan,

Günlər adi gün olur.

Həyatda vurhavurdur,

Toy olur,düyün olur..

***
Qalstuklar böyüüb…

Boyunun bağı kimi.

Bu bağları görmürlər,

Ürəyin dağı kimi.

***
Özünüzə baxmayın,

Güzgüləri tullayın.

Etinasız hər kəsi,

Öz belinə çullayın.

***

Aman…Təklik əlindən,

Yaman təklik əlindən…

Niyə düzəlmir dünya

Belə səylik əlindən,

Dərəbəylik əlindən……

Nazim Nəsrəddinov.

Bakı,06.12.218.

Pin It on Pinterest