GenelGüncel

YERÜSTÜ İMTAHAN BUNKERİ

Göyün doqquzuncu  mərtəbəsində  yaradılan YERÜSTÜ İMTAHAN BUNKERİ

İlk eksternat imtahanının test tapşırıqları Bakıda Hökumət Evində o vaxtlarda təhsil naziri olan Lidiya Rəsulovanın kabinetində hazırlanmışdı .Bizi-fənlər üzrə 20-yə yaxın təhsil ekspertini  səhər saat 8 tamamda nazirin kabinetinə dəvət etdilər.Burada qapalı mühit- binanın sonuncu mərtəbəsində GÖYDƏ yerüstü bunker yaradıldı.Fənlər üzrə bir neçə saata test tapşırıqları hazırlandı.Saat 14-də hansı məktəbdəsə eksternat imtahanı keçirildi .9-cu sinifdən 11-ci sinfə keçmək istəyənlər, səhv etmirəmcə, 8 fəndən imtahana dəvət olundu.
Eksternatların sayı 150 nəfərdən çox idi.Onlatdan heç biri etimadı doğrultmadı. (Görünür, testlərimiz güclü imiş-N.N.). Ən yaxşı nəticəni 2 şagird göstərmişdi.Onlar bütün fənlərə yox,yalnız 6 fənnə aid test suallarına istənilən cavabı yazmışdılar. Sonradan öyrəndik ki,onlardan biri82 nömrəli məktəbin şagirdi Səbuhi Əhmədov, difəri sə Ekologiya Liseyinin şagirdi Bağırov idi.Hər iki şagird oxuduqları məktəbə təhsillərini davam etdirdi.Onlar  təkcə  eksternat imtahanlarından müvəffəq qiymətlər aldıqları fənn məşgələlərindən azad olundular .Digər iki fənn məşğələlərində  isə mütləq oxuduqları məktəbdə iştirak etməli oldular və orta məktəbi öz sinif yoldaşları ilə birlikdə qurtardılar.20.12.2019.

P.S.Bizi bunkerdən yalnız  imtahahan qurtarandan  sonra azad etdilər.

P.S-2.Bunkerdə  bizə nəzarət etməyi  nazir indi prorektor işləyən Bayram Hüseynzadəyə tapşırmışdı.   

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilənƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,türkoloq

Pin It on Pinterest