GenelGüncelKültür Sanat

Xuraman Məmmədova

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Xuraman Məmmədova

Anama Son Sözüm.

Gəldim görüşünə qəbiristanlığa, 

Gördüm bəyaz qardır üzərin sənin,

Niyə boylanmadın qızın Xuramana sarı, 

Hayana tuşlanıb nəzərin sənin! 

                     ***    

Bir tapıb, dünyada yüz itirmisən, 

Deyə bilmədiyin söz itirmisən.

Qardaş itirmisən, bacı itirmisən, 

Dərmana gəlməzdi azarın sənin.

                      ***

Könlün təmtərağa daim yad oldu, 

Sinən qəm oduna dözən bad oldu.

Sənə orden oldu, sənə ad oldu, 

Yenə öz namusun, öz arın sənin.

                      ***

Kim görüb, üfürsən çıraq sönməyə,

Qızın, Xuraman çağıranda ana dinməyə.

 Heyin yox idisə evə dönməyə, 

Niyə düşdü bura güzarın sənin.

                      ***

Demə evladların çatdı bir yana, 

Bu görüş bağrımı döndərdi qana, 

Biz yetim qalmışıq, barı, ay Ana, 

Yetim qalmayaydı məzarın sənin.!

Qəlbim yaman kövrəlib


Qəlbim yaman kövrəlib,

Yaman doluxsunmuşam,

Yadıma yenə də sən,

sən düşmüsən bu  axşam, 

Baxıram ulduzlara, 

Göz vurur aram– aram, 

Sən də itən günyamı, 

Arayıb axtarıram, 

İndi başa düşmüşəm, 

Təkliyimi elə bil, 

Dəyişib bütün aləm, 

Ay da həmin ay deyil, 

Təklikdən üşüyürəm, 

Körpə budaqlar kimi, 

İsi də ürəyimi

Gəlib qulaq asasan, 

Necə dərdim, ağım var, 

Eh, indi bilsən sənə

Necə ehtiyacım var ?..

Məni

Bir yuxu görmüşəm dərd

aləmindən, 

İnanın, a dostlar, böldü tən məni.

Çəkdiyim gecənin dərdi- sərindən,

Ay Allah, bu səhər qoru sən məni.

                      ***

Son vaxtlar tutulub bu axşam kimi,

Əriyib gedirəm yanar şam kimi.

Yalvardım günəş ver, bir ilham kimi, 

Nə verdin ki, tutdu duman, çən məni.

                      ***

Xuramanam, itdi o naz, o əda, 

O gün ki, şah oldu xalqıma gəda.

Canımı vətənə edərəm fəda, 

Öldür məni, Rəbbim, öldür mən kimi.

Nə Yaxşı Varsınız

                     Dostlarıma  

 Elə bil qonağam öz evimdə mən,

 Özüm öz evimdə kimsəsiz, təkəm.

 Heç kimim yoxdur ki, dərdimi böləm..

 Məcburam dərdimi bu gün tək çəkəm.

                       ***

 Bu anda dostlarım düşür yadıma,

 Mənim harayıma səs verir onlar.

 Bir az sakitləşir, toxtayır ürək ..

 Məni tərk eləyir, incik duyğular.

      .               *** 

 Sağ olun, ay mənim FB dostlarım, 

 Təskinlik tapıram, sizi görəndən.

 Tənhalıq bir anda yox olub gedir..

 Sizin səsinizi dinlədikcə mən.

                     ***

 Tənhalıq çox ağır dərddir- çəkilməz,

 Elə bil divarlar üstümə çökür.

 Gözüm pəncərədə, qapıda qəzir.

 İçimdən bir dəli hayqırtı keçir.

                    ***

 Nə yaxşı varsınız, mənim dostlarım, 

 Nə yaxşı sizləri tanımışam mən.

 Bir az sakitləşir, toxtayır ürək…

 Sizi tanıyandan, sizi görəndən.

Qardaş, məni darıxdırma

                                 Fazil Qurbanlıya.

Nə müddətdir görünmürsən,

Yoxsa məni unutmusan?

Ay qardaşım, nə olub ki..

Mənim daşımı atmısan.

                    ***

Hek yadına düşmürəmmi?

Gör nə vaxtdır görünmürsən, 

Biz dost idik bacı- qardaş..

Unutmusanmı, yoxsa sən?

.                     ***

Qardaş, məni darıxdırma, 

Cavab göndər, toxdayım mən.

Xuramanın günahı nə ? 

Soruşmursan günlərdə sən.

               ******

Toylar səni çox çaşdırıb, 

Təki həmişə toylar olsun.

Necə səndən küsməyim mən, 

Bir salama dəymirəm? …

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest