Xoşbəxtlik Aksiomu
Xoşbəxtlik Aksiomu
- Yenə gəlmisən?
- Eynən, yenə buradayam.
- Nədən belə edirsən?
- Nə edirəm? – biraz susaraq ətrafa nəzər etdim – fikrimcə etdiyim hər şey doğrudur.
- Bəlkə fikrində yanılırsan, əzizim?
- İnanmıram belə bir hal olsun – deyərək qətiyyətlə bildirdim.
- Dünyada çox insan var, mütləq sənin də ürəyinə yatan biri olacaqdır. Buna inan..
- İnsanlar çoxdur, amma heç biri əksim deyil, anlayırsan məni? – sualını verərək ayağa qalxdım və qarşımdakı dalğalı dənizə tərəf bir necə addım atdım.
- Öz əksini istəyirsən, eynilə sən olsun?
- Əlbəttə, yalnız o zaman düzgünlük ola bilər.
- Hansı düzgünlükdən danışırsan? Anlamadım.
- Əllərimi cibimə salaraq gözlərimi dəniz dalğalarına həvalə edərək – xoşbəxtlik nədir?
- Sevinc dolu olmaq, həzz verən həyat deməkdir.
- Yox, mən xoşbəxtlik üçün nə gərəklidir, onu sual etdim.
- Sükuta qərq olaraq – hər şəxsə görə dəyişən anlayışdır – dedi.
- Bəs aksiomu nədir?
- Nədir?
- İnam – dərin nəfəs alaraq dənizin qoxusunu içimə çəkdim – inam olmasa xoşbəxtlik sadəcə şərti hal olaraq qalacaqdır.
- Öz əksini ona görə axtarırsan?
- Aha, eynilə. Yalnız özümə güvənə bilirəm çünki…
- Nədən elə düşünürsən, güvənilən insanlar da az deyil axı..
- Demədim ki, yoxdur. Xeyr, dürüst insanlar var, amma mən 100 faizdən söz edirəm.
- Nəyin 100 faizi?
- Xoşbəxtliyin – deyərək üzümü ona sarı çevirərək – mən ancaq sənə baxaraq 100 faiz xoşbəxt ola bilirəm.
- Nədən mən?
- Yenidən dənizə sarı çevrildim – çünki sənə baxdıqda tək özümü görürəm bu sonsuz aləmdə..
- Özünlə olursan, xoşbəxt olursan mənimlə?
- Tam yerində dedin, çünki mən səninlə tənha oluram. Anlamsız amillər üzündən küsən, bir-birinin xətrinə dəyən, arxasından işlər görən insanları görmürəm. Bir qarış torpaq üzərində qan axıdan atılan bomba və güllələrin səslərini eşitmirəm. Yalnız səninlə olduqda egosunu təxmin edən insancıqlardan tam kənar oluram.
- Xoşbəxt olursanmı bəs?
- Əlbəttə, yaxşı ki, varsan. Əziz Tənhalıq…
Müəllif:
yazıçı və Astrobios nəzəriyyəsinin
fərziyyə və fəlsəfəsinin müəllifi Məhəmməd Kərimov