Genel

Xoşbəxtliyi tapmaq yoxsa onun üçün nəsə etmək ?  Qurbanova Günel 

Xoşbəxtliyi tapmaq yoxsa onun üçün nəsə etmək?

    Xoşbəxtlik elə bir ali hissdir ki, bəzən içində olub heç anlamadığın, bəzən isə zamanını sərf edərək axtarmağa çalışdığın mücərrəd məfhumdur.

Xoşbəxtliyi günümüzdə var-dövlətdə ,pulda , sağlamlıqda ,sevgidə görən insanlar az deyil. Ətrafımızda çox insan tanıyırıq ki, evinə çörək qazana bildiyi halda , sırf daha çox qazana bilmir deyə özünü xoşbəxt hiss etmir. Və yaxud sevdiyi insan tərk etdiyi üçün özünü bədbəxt hiss edib həyatına son verən insanlar var. Çox pulu olub xoşbəxt olmayan insanlarda var, az pulu olub xoşbəxt olan insanlar var .

    İlk öncə bunu dəqiqləşdirək insan bütün həyatı boyu təkcə xoşbəxt və yaxud bədbəxt ola bilməz. Xoşbəxtliyə böyük pəncərədən baxmaq lazımdır. Bir anlıq yaranan hiss nəticəsində onun həyatımızdakı sonrakı mərhələyə daşıdığımız formasına xoşbəxtlik və bədbəxtlik adını veririk..

Xoşbəxtliyi tapmağı sürpriz dolu qutuya bənzədək . Bəli düz oxuyursuz ” sürpriz dolu qutu” …. İçindən nə çıxacağını bilmədiyin həyəcanla gözlədiyin qutunun əsrarəngiz şəkildə içindən çıxan bıçaq kimi düşün. O , bıçaqla sən kiməsə zərər də verə bilərsən , mətbəxdə istifadə də edə bilərsən . Burda əsas məsələ bıçaq deyil, əsas məsələ sənin o bıçaqdan necə istifadə etməyindi.Yəni DOĞRU DÜŞÜNCƏ….

  Demək istədiyim də məhz bu idi. Xoşbəxtik mənə görə doğru düşüncədədir. İndi çoxlarının “Başqaları ilə şən vaxt keçirmək” , “şəhərdə gəzmək” ,” Ayın sonu maaş almaq” , ” Yaxşı təhsil almaq” dediyini eşidər kimiyəm . Amma bu sadalananlar xoşbəxtlik deyil, xoşbəxtliyə səbəb olan amillərdir. Doğru düşüncə daima sizi uğura aparar və sevindirər. Buna misal çəkək.Səhər tezdən vaxtında durmusuz, və işə tam vaxtında çatacağınıza əminsiz. Lakin avtobus gecikdi.Doğru düşüncə ilə bundan sonrakı avtobusla gedərəm ,buna görə günümü məhv etməyə dəyməz. Başqa misal: Universitetə qəbul imtahanına hazırlaşırsız.Problemlər və müəyyən səbəblər araya daxil olur.Siz ya başqa universitetə daxil olursuz ya da daxil ola bilmirsiz. Doğru düşüncə ilə yenidən hazırlaşaram, hər kəs universitet oxuyacaq deyə bir qanun yoxdur başqa cür də uğur qazana bilərəm . Bu sadalanan amillər həyatdan kiçik bir özətdir.Doğru düşüncə ilə özünü pis situasiyalardan çıxara və daha xoşbəxt ola bilərsən. Buna məşhur atalar sözünü şamil edə bilərik.” Hər şerdə bir xeyir var” 

  Xoşbəxtlik həm də agıldadır. Ağıllı insanlar çox zaman düzgün qərar verməyi bacarırlar. Özlərini lazımsız işlərin içinə çəkmirlər.

  Xoşbəxtlik bir növ özünə dəyər verməkdədir . Özünə dəyər verib ,özünü sevən insan mütəmadi özü haqqında düzgün qərar verəcəkdir.Kimisinin gedişi, bir başqasının ondan daha çox pul qazanması onun xoşbəxtliyinə təsir etməyəcəkdir. 

Xoşbəxtlik bəzən yeni başlanğıcdadır. Bəzən keçmişi unudub ,( səhvləri və doğruları ilə) bir kənara qoyub həyatını yenidən qurmaqdadır. Alimlər göstərir ki, bədbəxt insanların çoxu keçmişin acısı ilə yaşayanlardır. Floberin də qeyd etdiyi kimi ” Hər şey,hər şey hətda dərdlər də köhnəlir. Köhnəlib getmiş bir şeylərin sizi üzməsinə izn verməyin .

  Lao- tszın qeyd etdiyi mükəmməl bir cümlə var .”Ən böyük bədbəxtlik hər şeydən narazı olmaqdır” Qarşılaşdığınız hər hadisənin sizin motivasiyanızı aşağı salmasına izn verməyin. 

Gününüzün xoşbəxtlik ayarları ilə kiminsə oynamasına izn verməyin.

Və bu cümləni əsla unutma “Zərrəni günəş bilənlər şükürlü və nikbin, Günəşi zərrə bilənlər acgöz və paxıl olur”.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest