Genel

Xəyalə ZƏRRABQIZI : Pərvin xanım Nurəliyevaya

Yazıçı Pərvin “Qobustan” toplusuna baş redaktor təyin olundu

Gənc nəslə estafedin ötürülməsi gəncliyə göstərilən təkcə etimad məsələsi deyil, həm də gənclərin ədəbi mühitin içərisində qazandığı inam, ortaya qoyduğu mövqenin ciddiyyətindən qaynaqlanmaqdadır. Bu mənada, ötən gün gənc yazıçı Pərvinin “Qobustan” jurnalına baş redaktor təyin olunması təsadüfi hadisə deyil.
“Qobustan” yarım əsrlik ədəbi və tarixi ənənəyə sahib olan, Azərbaycan və dünya sənəti incilərinin toplandığı bir mənəviyyat abidəsidir. Əsası 1969-cu ildə xalq yazıçısı Anar tərəfindən qoyulan topluya ustad özü 20 il redaktorluq edib. Anardan sonra toplunun baş redaktoru xalq şairi Fikrət Qoca, Ələkbər Salahzadə, Vaqif Əlixanlı olub. 2 iyul 2021-ci il tarixdən isə bu ədəbi estafet Azərbaycan gəncliyinin parlaq və istedadlı siması olan Pərvin xanım Nurəliyevaya həvalə olunub. “Ustadın əsasını qoyduğu dərginin – “Qobustan”ın baş redaktoru təyin edilmək yeni həyatın başlanğıcı olmalıdır! Faydalı olamağa çalışacağıma söz verirəm!”- deyən Pərvin ədəbi mühitdə artıq zəhmətkeşliyi, istedadı, aydın yazıçı və vətəndaş ziyalı mövqeyi ilə illərin sınağından mətinliklə, üzüağ çıxan, sözün bütün mənalarında layiq olduğu adın və tutduğu mövqenin haqqını verən istedadlı gəncdir. Ədəbiyyat aləminə “Qar yağacaq” adlı hekayələr toplusu ilə qədəm qoyan gənc yazıçının “Anar dünyası”, “Serpantin”, “Qadın”, “Sevdim səni”, “Söhbətlər” kitabları Azərbaycanda və Türkiyədə işıq üzü görüb. Gənclər üçün Prezident mükafatına, Beynəlxalq Rəsul Rza mükafatına, “Qızıl kəlmə” və başqa ədəbi mükafatlara layiq görülüb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan Ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktorudur. Bütün bu məqamlar həm alim, həm yazıçı kimi Pərvin xanımın toplunun baş redaktoru kimi gələcək fəaliyyətində uğurlu bir imza olacağına və “Qobustan”ın geniş oxucu auditoriyasının doğmasına çevriləcəyinə inam yaradır.
Xəyalə ZƏRRABQIZI

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest