GenelGüncelKültür Sanat

Xədicənin duası

                                                       Xədicənin duası

  • Atəş səsləri dayanmayacaqmı?
  • Dayanacaq ,mənim gözəl qızım,  səbirli olmaq lazımdır.
  • Ata, insanlar nədən belə edirlər ki? – sual dolu gözləri gözlərimə zilləndi, sanki qaneedici cavab gözləyirdi.
  • Ölkələr arasında müəyyən səbəblərdən müharibə ortaya çıxır,amma qorxma ,bizim evə gəlməzlər – deyərək saçlarına sığal çəkdim.
  • Bundan necə əmin ola bilərsən, axı atəş səslərini eşidirik.
  • Olsun, müharibə özü çox uzaqda davam edir, qızım.
  • Bəs gəlsə, o zaman nələr baş verəcək?
  • Sual qarşısında  bir az susdum, cavabımda nə söyləyəcəyimi düzü bilmədim – dua edək gəlməsinlər, qızım – deməkdən başqa ağlıma heç nə gəlmədi.
  • Allahamı dua edək?
  • Əlbəttə , qızım,Tanrı bizi eşidər və o mərhəmət sahibidir – deyərək simasında arxayınlıq yaratmaq istədim.
  • Mərhəmət sahibidirsə, demək müharibəni sevmir, hə ,ata?
  • Elədir, əlbəttə, sevmir.
  • Bəs, niyə icazə verir?
  • Nəyə, qızım?
  • Tanrı hər şeyin sahibidirsə, müharibəni sevmirsə, niyə olmasına icazə verir?

        Yaşı az olmasına baxmayaraq dərin suallar verərək məni çətin halda qoyurdu. Xədicəm o dəniz mavisi gözləri ilə mənə zillənmişdi, sanki sakit görünən dəniz tam gerçəkdə olan öz fırtınalarını gizlətməyə çalışırdı məndən.

  • Gözəl qızım ,Tanrı bizi üstün edib, azad iradə bəxş edib bizə. Ona görə də etdiklərimizə müdaxilə etmədən izləyir bizi.
  • Azad iradəyə görə Tanrı qarışmır pisliklərə? – az düşünərək verdiyi sualı oldu.
  • Eynilə ,Xədicəm, məhz ona görə Tanrı şəxsən müdaxilə etmir.

        Ardından Xədicə aramızda olan söhbəti saxlayaraq, əllərini dua vəziyyətinə gətirərək ovuclarını birləşdirdi. Səmaya deyil, düz qarşısına baxaraq Tanrısına dua etdi. Düzünü deyim, mənə əsas təsir edən məhz qızımın duası oldu. Ovuclarını birləşdirərək etdiyi duası uzun sürmədi, amma çox dərin oldu. Duada səsləndirdiyi sözlər bu tərzdə oldu:

  • Gözəl Allahım, sən hər şeyə qadirsən. Bizə azad iradə verərək üstün etdin, bunu öyrəndim atamdan, amma Tanrım biz azadlığın qədrini bilmirik. Ona görə də bizdən, yəni insanlardan azad iradəni geri al. Azad olmasaq da, heç olmasa ,xoşbəxt, sülh içində yaşaya bilək. Yoxsa, belə yaşamırıq bizlər…

Müəllif:

Yazıçı və Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsinin müəllifi – Məhəmməd Kərimov

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest