Genel

VƏTƏNİN SUYUNDANDI, HƏR OĞULU QƏHRƏMAN OLUR.

Sənan Qacar – Kırımınsesi – Azerbaycan

İkinci Qarabağ Savaşı başlayan gündən, Vətən uğrunda başlayan müqəddəs müharibənin ilk günündən ön cəbhə kimi elə arxa cəbhə də, qaynar nöqtələrdən idi. Ali Baş Komandanımızın qəti hücum, müharibə əmrindən sonra necə Şanlı Ordumuz yüksək döyüş əhval ruhiyuəsi ilə, əzmkarlıqla döyüşürdülərsə arxa cəbhə də, eyni cəbhədəki kimi döyüş ruhu savaş əzmi hökm sürürdü. Ölkəmiz boyu hamı bir nəfər kimi sıx birləşərək yumruq olmuş hər kəs əlindən gələnin artığlnı edərək qələbə arzusu ilə çalışırdı. Bütün dövlət qurumları ilə bərabər Azərsu kollektivi də səfərbər olmuş bütün ölkə boyu hər yerdə gücləndirilmiş iş rejimində gecə gündüz yorulmadan çalışmaqdaydı. Əhaliyə göstərilən xidmət səviyyəsi birə beş artırılmış, qayğıkeşlik, doğmalıq, birlik, həmrəylik Azərsunun bütün idarələrinin birinci vəzifəsinə çevrilmişdi. Vətən müharibəsinin ilk həftəsində artıq Azərsunun əzmkar, zəhmətkeş, yorulmaz kollektivi müzəffər ordumuzun zəfərlərindən, ardı ardına işğaldan azad edilən müqəddəs torpaqlarımızın görüntülərindən sevinir, idarələrin xüsusi otaqlarından asılmış xəritələrdə hər gün azad olunan yerlərə baxıb kövrək hisslərlə Ali Baş Komandanımıza və Şanlı Ordumuza dualar edirdi. Vətən Müharibəsinin ilk həftəsindən bir birinə doğma əziz olan Azərsu kollektivinin bir çox üzvləri Vətən uğrunda döyüşə yollandı bizim Sabunçu Su Kanal İdarəsinin qürur duyduğu Fariz Əmrahovun, Şəhriyar Hasillinin, Yusif Həsənovun sorağı artıq müharibənin ən qaynar nöqtələrindən gəlirdi. Şəhidimiz də var idi doğma kollektivimizin üç üzvü Vətən uğrunda müqəddəs zirvəyə, şəhidlik mərtəbəsinə ucalmışdı. Alıaj bütün şəhidlərimizə rəhmət eyləsin. Azərsu nun su kimi pak oğulları bu gün də Şanlı Ordumuzun sıralarındadılar. Ali Baş Komandanımızn könüllüləri ordudan tərxis etmə açıqlamasından bir neçə gün keçsə də könüllü igidlərimiz hətta qazimiz belə hələ də Ordu sıralarında israrla qalmaqda davam edir.
Qarabağ Azərbaycandır! bu şüar bizi dəmir yumruğa çevirdi. Bu yumruq ilan kimi torpaqlarımıza soxulan düşmənimizin başını əzdi. Ali Baş Komandanımızın dediyi kimi biz Qarabağa qayıtdıq, biz qisasımızı aldıq, Biz Qələbə qazandıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest