Genel

Vaqif Bayatlı Odər

Nazim Əhmədli, şair,

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Vaqif Bayatlı Odər

Quran – Tanrınur payı Tanrıdan


Salavat çevirirkən göyə, Tanrı ətəyinə qovuşan an
Tanrı gülləritək açılan əllərə, üzlərə, gözlərə

“Quran-i Kərim”, “Quran” –
hər an bir an öncəkindən
daha gözəl göy açan,
ulduz açan, ay açan
son əbədiyyət göyü,
son göyün ulduzu, ayı


Hər salavat çevirən an
üzümüz, gözümüz, ruhumuz
göyüzüylə qovuşurkan,
Tanrı güllləritək açılan
əllərə, üzlərə, gözlərə,
bütün kainata “Quran” –
Tanrınur payı Tanrıdan

Dədəyurd duası
Dədəyurd duası
Dədəyurd duası


Azərbaycan – qucaqlayıb qoxlamağa Ataqılınc,
qucaqlayıb ağlamağa Anakünc

Azərbaycan – göyüzündə
Qanad açan, qanadlanan
Ataqılınc, Atabilək,
Qalxan düşmən ordusunu,
Oxunu haqlamağa
Atasinə, Atakürək,
Bir kimsəyə qoxlatmadan
Allahacan saxlamağa
Anagül, Anaçiçək,

Ən uca yuvalar üstdə
Yuvalar bağlamağa
Anatel, Analələk,
Ən uca dualar üstdə


Dualar bağlamağa
Anadil, Anadilək,
Son göyüzündə diz çöküb,
Üz sürtüb ağlamağa
Anakünc, Anadirək,
Həm də, hər an Tanrının
Kipriyiylə yırğalanan
Anabeşik, Anayüyrək,-


Hamımız içində körpə,
Hamımız içində köyrək,
Hamımız içində şimşək.
Son peyğəmbərini doğar
göylər yorular-yorulmaz

Dağ göy olar, düz dəniz,
Sultan qul olar, şah kəniz,
bu dünyadan daha qəliz
sirrə varılar-varılmaz.


Göyüzü ulduz bitirər,
ulduz da adam gətirər,
yeni qurbanlar yetirər,
rahat olar bütün çiyinlər
son baş vurular-vurulmaz.


Duaların gözləriylə
salavatçün açılıb göyə
ovuclar Allaha baxar,
qəfil kainata düşüb
səs salmasınlar deyə

gözlər göz yaşını boğar –
Son peyğəmbərini doğar
göylər yorular-yorulmaz.

Əsl döyüşçüyə səngəri qəfəs

Əsl döyüşçüyə səngəri qəfəs,
düşmən səngərin al sarı yaramı
döyüş o səngərdə döyüşdü ancaq,
gedib qayıtmağa aldığım nəfəs,
nəfəsi ölümdən geri almağa
ölümün üstünə yürüşdü ancaq.


Qılınc gülümsəsə, təndə can gülsə,
əsir torpaqları alıb durmasaq,
heç bir Türkün gözü bağlana bilməz,
düşmən yuxusuna yurdumuz girsə,
o an duyuq düşüb onu vurmasaq,
düşmən zamanında haqlana bilməz


Nəfəsi doğmalar, səsi doğmalar,
heç vaxt deyilməyən nəğmələr deyib,
heç vaxt alınmayan yurtlar aldılar,
qanadlı nəğmələr, atlı nəğmələr
ölən əskəri də ata qaldırar,
ölən atları da qanadlandırar.


Ölüm də bir uçuş, əvvəlcə yerə,
sonra yer üzünə, sonra göylərə,
ölüm həm də döyüş
hər Türk oğluna,
Öldün, Türk?! Qalx, göyün boş qalan andı,
Onsuz da yer sənin. Qalx, Göy uğruna,
Türkün Göy yürüşü başlanan andı.


Adama qoyun deyib güldürməyin düşməni, yadı,
qoyunun ağı da, qarası da dövlətlərimizin adı.
Doğma qoyun üzlərə, qoyun gözlərə
Min illərdi düz demirlər:
yaxşılar gedir, pislər qalır,
pis həmişə çox görükür,
nə qədər yaxşı getsə də,
yenə minlər, yüzlər qalır.


Yenə, yenə min illərlə
eşq gözləyən dağlar, düzlər,
üzlər, gözlər, nazlar qalır,
öpülməmiş dodaqlarda
öpülməmiş səslər, sözlər,
öpülməmiş közlər qalır.


Hər nə gəldi diləyirik,
hər cür qələt eləyirik,
adama qoyun deyirik,
deyirik, son anda amma,
yenə bizə hamıdan doğma
qoyun üzlər, gözlər qalır.
Əbədi doğma mələklər,
doğma kələklər şəhəri
Can tacı eşqlər, diləklər,
acı gerçəklər şəhəri,
qatlanmaz, sınmaz biləklər,
sınan ürəklər şəhəri.


Əsəbi doğma küləklər,
əsəbi doğma çiçəklər,
əsəbi, əbədi,
doğma tənhalar, təklər,

doğma yalanlar, gerçəklər,
doğma kələklər şəhəri.


Sevişmələr, həyəcanlar,
həm can verər, həm can alar,
səni ancaq sevən anlar,
sən eyy,
əbədi doğma şeytanlar,
əbədi mələklər şəhəri.
Dəli sözlərin ən ağıllısı,
ağıllı sözlərin ən dəlisi
Burda lap elə adamlartək
şeirin qara tellisi, ağ tellisi,
dupdurusu, yupyumrusu,
dəli sözlərin ən ağıllısı,
ağıllı sözlərin ən dəlisi,
ən dəlisi, ən dəlisi –
ən qısqanc, ən eşqli tikanlısı,
ən dəli çiçəklisi, güllüsü,


Elə gültək, çiçəktək
gözələ ağıl nə gərək,
onsuz da o hər nə etsə,
hamıya gözəl görünəcək …
Bağışlayın, mən nifrət edə bilmirəm,
mən ancaq sevə bilirəm
Cürbəcür qəzetlərdə cürbəcür adamlar
elə hey deyirlər, ya xorla, ya da tək-tək:
Filankəslərə, filanlara nifrət etmək gərək!
Ancaq bağışlayın, mən nifrət edə bilmirəm,
mən ancaq sevə bilirəm.


Siz də torpaqtək, göytək sevin, sevdirin,
Göylərin eşqlə oxşayıb, göytək açdırdığı,
eşqlə uçdurduğu ruhlara da sevinin,
onlartək eyni anda hər iki dünyada
hamıya hər şeyinizi verin,
başqa heç nə haqda düşünmür onlar,
onlar ancaq canlarını, ruhlarını verə,
ancaq sevə, sevdirə bilirlər.


Mən çox zaman çox adamdan,
elə özümdən də cəsarətli olmuşam,
ancaq mən cəsur deyiləm,
sadəcə balaca göylü, balaca boylu bir şam,
həm də heç də həmişə istədiyim kimi olmamışam,
beləcə, mən, hərdən bizə baxıb dinməzcə inildəyən
torpağımıza, suyumuza oxşamışam,
Eşqtək mübarək minarə başlar dalğalanar, çiçək açar
mübarək göy, mübarək dəniz çiyinlər üstdə

Allah ətəyinə aşan an
hamı hamıdan körpə,
hamı hamıdan qoca,
hamı hamıdan cavan,
hamı hamıdan uca,


Orda Sevinc də, Dərd də
hər an hər biri həm tək-tək,
həm də ikisi bir yerdə
bir-birinə eşqdən çiçək,
göz yaşından mübarək


Əbədiyyətdən sonra da

ruhlar, canlar aşar, daşar
şəhid ayinlər üstdə,
ayinlər enən an vurulan
mübarək minarə başlar
mübarək eşqtək dalğalanar
eşqdən dəniz çiyinlər üstdə.

Dünyanı pak saxlamaqçün
bizə güc yığır Allah
Dünyanı pak saxlamaqçün
hər an dünyanın üzündən
günah, suç yığır Allah,
haqqın, eşqin göyüzündən,
onların gülən üzündən
bizə güc yığır Allah.


Hər an sığınsa Allaha
dönməzlər dönər bir daha,
bir gün zülm qalxanda şaha,
ətəyinə sığınmağa
həm vurub yıxan neçə qoç,
həm də vurulub yıxılan
neçə köç yığır Allah.


Baxıb hər bir millətə,
ondakı ağla, qeyrətə,
birinin başına əsl dədə,
birinin başına da çətə –
bir dəstə gözüdoymaz, ac,
bir dəstə gic yığır Allah.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest