Vətən sevgili, yurd həsətli şeirlər – Sabir Sadaxlı

Sabir Sadaxlı (Mahmudov Sabir İdris oğlu) Borçalıda dunyaya göz açmışdır.

İxtisasca müəllimdir. Həyat yoldaşı ilə bərabər gənc nəslin formalaşmasında ucqar rayonlarda bütün çətinliklərə dözərək əllərindən gələni etmişlər. Keçən əsrin doxsanıncı illərində Vətənin ağır günlərində qələmini silaha çevirmiş, Azərbaycan Silahlı Qüvvələrində on ilə yaxın qulluq etmişdir. Yazılaında Vətən mövzusu ön plandadır. İki oğlu üç nəvəsi var…Vətən sevgili, yurd həsətli şeirlər müəllifidir

Sabir Sadaxlı

Bu dünya özüdür Türkün başdaşı

    Mən aşiq Qarabağa,  
     Yol gedir Qarabağa
    Şukür Sənə, İlahi!
    El köçür Qarabağa.

Mən bir Azərbaycan Türküyəm, lələ
Elimin o başı-bu başı yoxdur.
Neçəki at çapır belədən-belə –
Hələ Türk oğlunun başdaşı yoxdur!
Bu dünya özüdür Türkün başdaşı

Qayalar baş daşı, qəbri dərələr.
Sinəsi düşmənə keçilməz sipər.
Ölsə bir əsgəri, mini dirlər –
Hələ Türk oğlunun başdaşı yoxdur!
Bu dünya özüdür Türkün başdaşı

Dünyayla yaşıddır bizim yaşımız.
Vətən uğrundadır haqq savaşımız!
Çoxunun başına düşüb daşımız –
Hələ Türk oğlunun başdaşı yoxdur!
Bu dünya özüdür Türkün başdaşı

Göylərdən enmişik yerlərə vallah!
Biz idk Tanrı da, biz idik Allah!
Bizik bu dünyanın sahibi vallah! –
Hələ Türk oğlunun başdaşı yoxdur!
Bu dünya özüdür Türkün başdaşı

Duman eşqinə

      Əzizinəm Qarabağ,
      Zirvələrdə qara bax.
      Yol verin, əsgər gəlir-
      Azad oldu Qarabağ!

Dəli könlüm, gəl yollanaq
Dağlara, duman eşqinə.
Yurd yeri çağırır bizi,
Düşmüşəm yaman eşqinə!

Eşqimiz göyə köklənib,
Nəğmələr suya köklənib,
Ürəyim neyə köklənib-
Düşmüşəm kaman eşqinə.

Gül- çiçək mehə tamarzı,
Ləçəklər şehə tamarzı,
Imanım ruha tamarzı,
Düşmüşəm iman eşqinə.

Bulaq başı qonaqsızdı,
Lilparı yox, dolçasızdı,
Çöllər daha xalçasızdı,
Düşmüşəm çəmən eşqinə.

İzim qalıb Qarabağda,
Yorulmadım uzaq yolda.
Allah, qıyma qürbət eldə
Sabirə Vətən eşqinə…

Bənzəmir daha

Pəmbə buludludur, leysan yağışlı,
Dərələr laləli, düzlər naxıslı,
Ceyranlar, cüyürlər hurkək baxışlı
Dağlar o dağlara bənzəmir, vallah,
Dağlar o dağlara bənzəmir daha.

Dərələr dumanlı, dağlar çənlidi.
Ürək qubarlıdı, gözlər nəmlidi.
Yurd yeri yaralı, ellər qəmlidi,
Dağlar o dağlara bənzəmir, vallah!
Dağlar o dağlara bənzəmir daha.

“Muşul”meşəsindən keç, həmən deyil,
“Vələsdi”bulaqdan iç, həmən deyil,
Yaylaq o yaylaqdı, köç həmən deyil,
Dağlar o dağlara bənzəmir, vallah!
Dağlar o dağlara bənzəmir daha.

Dəyələr qurulmur,ocaq qalanmır.
Daha gözəllərin könlü alınmır.
Aşıq Məhəmmədin sazı çalınmır,
Dağlar o dağlara bənzəmir, vallah!
Dağlar o dağlara bənzəmir daha.

Üst-üstə qalanır günbəgün qəmim.
Elə bil qərq olur dəryada gəmim.
Daha qonaq gəlmir Ziyəddin əmim,
Dağlar o dağlara bənzəmir, vallah!
Dağlar o dağlara bənzəmir daha.

Ulu babaların izindən soruş.
Ahıldan, qocadan, ozandan soruş.
Sadaxlı Sabirin özündən soruş
Dağlar o dağlara bənzəmir, vallah!
Dağlar o dağlara bənzəmir daha.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest