Ürəyim
Ürəyim
Bu dünyanın nağıl vaxtı
Bu nə tale, bu nə baxtdı?
Ömrümün bu ahıl vaxtı
Sev deyir mənə ürəyim
İllər ötür ağır – ağır,
Gözlərimdən həsrət yağır,
Boylanıram fağır – fağır,
Sev deyir mənə ürəyim.
Ömrüm fəslin qışındadır,
Abır – həya başımdadır,
Ağlım gənclik yaşımdadır,
Sev deyir mənə ürəyim.
Bəxt ulduzum inad verir,
Göylər mənə ümid verir,
Tanrı elə qanad verir,
Sev deyir mənə ürəyim.
Sığam eşqin qucağına,
Yüyürəm gənclik çağına,
Bu dünyanın acığına
Sev deyir mənə ürəyim.