“Üç qardaş-2021” beynəlxalq təliminin əhəmiyyəti nədən ibarətdir?
“Bildiyiniz kimi, Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə “Üç Qardaş – 2021” birgə təliminin keçirilmişdir. “Üç Qardaş – 2021” beynlxalq təlimin proqramında məqsədi, qarşıya qoyulan tapşırıqlar, iştirakçıların sayı, dost və tərəfdaş ölkələrin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması üçün əlverişli mühitin yaradılması və s. məsələlərdən ibarət olmuşdur. Təlimlərdə öz döyüş qabiliyyəti və peşəkarlığı ilə seçilən Xüsusi Təyinatlı bölmələrin şərti düşmənin arxasına quru, hava, su yolu ilə keçid, pusqu, basqın, eləcə də amfibiya və hava desant hazırlığı üzrə məşğələlərdə səmərəli təcrübə mübadiləsi etməklə yanaşı, həmdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra etmişlər. Bütün bunlar Azərbaycan ordusunun döyüş qabiliyyətinin, peşəkarlığının, bütün vəziyyətlərdə Azərbaycanının təhlükəsizliyinin, ərazi bütövlüyünün, sərhəd təhlükəsizliyinin, müasir silahlardan istfadəsində, ordunun istənilən zaman və şəraitdə döyüşə hazır olmasında, Azərvbaycan əsgər və zabitinin daha peşəkar olması baxımından əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.
Onun sözlərinə görə, bundan başqa, hər 3 strateji, terrodan əziyyətçəkən, xüsusilə də dünya hərb tarixində öz yeri olan dövlətlərin hərbi sahədə əməkdaşlıqlarının vacibliyi, bununla bağlı bütün ordu birləşmələrin bütün sahələrdə əməkdaşlığı son dərəcə əhəmiyyətli və vacibdir: “Xüsusilə də, bu mütəmadi əməkaşlıq hər 3 qardaş dövlətin istər hərbi təhlükəsizliyi, istərsə də milli təhlükəsizliyi baxımdan önəmlidir. Qürurverici və fərələnidirici odur ki, sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş – 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim zamanı ilk öncə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyevə təlim iştirakçılarının açılış mərasiminə hazır olduqları barədə məruzəsi, sonra isə Xüsusi Təyinatlı Qüvvələr komandanı üç dövləti təmsil edən xüsusi təyinatlıları birgə təlimlərin başlaması münasibətilə təbrik etdikdən sonra Azərbaycan, Türkiyə və Pakistanın şəhidlərinin xatirəsini yad etmək ucun bir dəqiqəlik sükut elan olunması, qardaş dövlətlərimizin dövlət himnlərinin müşayiəti ilə həmin respublikaların dövlət bayraqları qaldırılması hərb tariximizdə çox qürurverici hadisə idi”.
Sübhan Talıblı sözlərinə belə davam edib: “Bütün bunlar onu deməyə əsas verir ki, tarixdə adı ordu ilə çəkilən millətimiz hər zaman ordunu özünə qürur mənbəyi və onun inkişafını həmişə əhəmiyyətli edib. əbəs yerə deməmişik ki, Ordun varsa, Yurdun var. Bu bu gün Azərbaycan Respublikasının bütün sahələrdə olduğu kimi, hərbi strategiyasının qurulması və dünya orduları sırasında özünəməxsus yer tutmasında Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı siyasət durur”.
Ayşən Vəli