Türkdilli mətbuat tariximizdə şair S.Ə.Şirvaninin (1835-1888) mövqeyini və rolunu açıqlayan “Qəzet nədir?” məsnəvisi
S.Ə.Şirvaninin bu şeiri “Əkinçi” qəzetinin 01.09.1877-ci il tarixli 18-ci nömrəsini Əlavsində çap olunmuşdur.Təəssüf ki,qəzetin bu əlavəsinin materialları 1979- cu ildə Bakıda nəşr olunmuş “Əkinçi .1875-1877.(Tam mətni)”transliterasiya kitabın düşməmişdir.
Nəşrin tərtibçisi Turan Həsənzadə,redaktoru Əziz Mirəhmədovdur.
S.Ə. Şirvaninin “Qəzet nədir” məsnəvisində qəzetin ictimai fikir tarixindəki roluyüksək qiymətləndirilir.
Şair türkdilli oxucuları “Əkinçi”nin müdafiəsinə çağırır, qəzeti “pul tələsi”
adlandıranlara acı-acı gülür:
“Bilməmiş rəmzini bu dünyanın
Söyləyir halını Amerkanın?
Hiç doğru deyil bunun nəfəsi,
Nə qəzetdir? Tamam pul tələsi.
Dedim: – Ey cahili-kərihxitab,
Gərçi nadanə yoxdu hiç cavab
Bu qəzet kim, olub cahanda bina,
Bunu kim ixtira edib aya?
Hansı millət bunu edib icad?
Hansı dövlət edib ona imdad?
Nədir ol millətin görək qərəzi,
“Həst əlbəttə dər diləş mərəzi” *(Tərcüməsi -Əlbəttə,ürəyində dərdi var-N.N. )
Hamı millətdə var qəzetlər çox
Demə kim, bunda hiç faidə yox.
Qəzetin çoxdu xəlqə mənfəəti,
Nə bilir kim ki, yoxdu mərifəti? ”
S.Ə.Şirvani şeirin əvvəlində qəzetə nadancasına qiymət verən bir nəfəri
elə o cahilin öz sözləri ilə ifşa edir:
Dün sual etdi bir nəfər cahil-
Ki,qəzetdən nədir bizə hasil?
Bu Həsən bəy nə istəyir bizdən,
Doldurub aləmi quru sözdən,
Danışır gah əkin,ziraətdən,
Gah maşın, gah özgə sənətdən,
Şərh edir gah süd qayırmağı-
Ki, qatıqdan belə çəkin yağı “….
Əslində cahilin sözləri “Əkinçi”nin ideya istiqamətlərini öyrəməyə xidmət
edir.Bu,düşünülmüş bir həsbi-haldır.
S.Ə.Şirvani türkdilli mətbuatımızin ilk müxbirlərindən biridir.Onun bu fəaliyyəti türkdilli
oxuculara həm nəzm, həm də nəsrlə çatdırılmışdır.Həm “Əkinçi”də,həm də Ünsizadə
qardaşlarının “Ziya” və “Kəşkül” adlı mətbu orqanlarında də S.Ə.Şirvaninin onlarla
müxbir məktubları vardır.
Şairin bir neçə müxbir məktubu Səid və Cəlal Ünsizadələrin
yazdıqları xülasələrdə verilmişdir. Təəssüf ki, S.Ə.Şirvaninin 2005-ci ldə latın
qrafikası ilə nəşr edilən 3 cildliyinə düşməmişdir.Bu,yaxşı çap işininn bağışlanılmaz
qüsurlarıdır.
Müxbir məktublarından və eləcə də məzkur şeirdən məlum olur ki, görkəmli şair ana
dilli mətbuatla yanaşı, rusdilli mətbuatı da ciddi mütaliə edirmiş.
S.Ə.Şirvani rus dilini bilirdi.Bu bilik ona rus dilində şeir yazmaq qabiliyyəti
vermsə də, hər halda S.Ə.Şirvaninin Şamaxıdakı rusdilli məktəbdə Avropada təhsil
almış qabaqcıl əcnəbi məllimlərlə bir pedaqoj kollektivdə işləməsi görkəmli şairin türk
mətbuat tarixindəki fəaliyyətində əhəmiyyətli rol oynamışdır.
Seyid Əzimin “Qəzet nədir” şeirində Tiflisdə nəşr olunan “Kavkaz” və
“Tiflisski vestnik” qəzetlərini təqdir etməsi , “Əkinçi”nin
bu qəzetlərdən məqsədəyönlü şəkildə faydalanması bir çox nəsnələri incələməyə
kömək edə bilər.
Məlumdur ki, Həsən bəy Məlikzadə Zərdabi “Əkinçi” qəzetinin hər nömrəsi üçün
Avropa mətvuatına da müraciət edirdi.
Hacı Seyid Əzim Şirvaninin Zərdabiyə verdiyi dəyərli qiymətdə bu,
xüsusilə vurqulanır
Şeir də məhz bu fikrin təsdiqinə sübut olan misralarla qurtarır:Gah Peterburqdan olur guya,
Gah olur Hindi-Şərqdən peyda.
Gah Dunaydan qəzet verir xəbəri,
Gah Parisdən gəlir onun əsəri.
Kəşf edir karxanədən səməri,
Söyləyir hər kraldən xəbəri.
S.Ə.Şirvaninin və eləcə də XIX əsrdə yaşamış digər maarifçilərimizin krallardan
xəbər söyləyən məqalələrə və xəbərlərə üstünlük verən türkdilli mətbu
orqanlarla əmkdaşlığının sistemli şəkildə öyrənilməsi fikir və düşüncə tariximiz üçün
geniş üfüqlər aça bilər.
Bu barədə ciddi fikirləşmək lazımdır.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq
02.05.2019.
QƏZET NƏDİR? məsnəvisi
( S.Ə.Şirvani. Əsərlri, 3 cilddə.II cild, Bakı, 2005. səh.57-59)
Dün sual etdi bir nəfər cahil –
Ki, qəzetdən nədir bizə hasil?
Bu Həsənbəy nə istəyir bizdən,
Doldurub aləmi quru sözdən
Danışır gah əkin, ziraətdən
Gah maşın, gah özgə sənətdən.
Şərh edir, gah süd qayırmağı –
Ki, qatıqdan belə çəkin yağı.
Pendiri öyrədir ki, böylə tutun,
Saxlayıb artıcaq bahaya satın
Gah Amcrikadan eyləyir kim yad
Bu sifət bir maşın olub icad.
Nəyə lazımdı bizlərə maşın,
Nə üçün xəlqin aldadır başın?
Babamız görməmişdi maşın işi
İngilis kimi tovlayır bu kişi.
Dad edir ki, gərəkdir elm oxumaq,
Çəkmə tikmək və ya ki çit toxumaq
Biz məgər bümirik yağı tutmaq,
Pendiri saxlayıb pula satmaq?
Çöldə hər övrəti-Qarabaği
Nehrədə çalxayır gözəl yaği.
Biz məgər bilmirik taxıl biçmək?
Nəyə lazımdı maşın öyrənmək?
Şöxmə vacibdi çünki beş cüt kəl,
Biçinə çin gərəkdi, xırmana vəl.
Nə gərəkdir yazib ki, ol sadə
Fəhlələr cəng edir Amerkadə
Bilməmiş rəmzini bu dünyanın
Söyləyir halını Amerkanın
Hiç doğru deyil bunun nəfəsi,
Nə qəzetdir? Tamam pul tələsi.
Dedim: – Ey cahili-kərihxitab,
Gərçi nadanə yoxdu hiç cavab
Bu qəzet kim, olub cahanda bina,
Bunu kim ixtira edib aya?
Hansı millət bunu edib icad?
Hansı dövlət edib ona imdad?
Nədir ol millətin görək qərəzi,
“Həst əlbəttə dər diləş mərəzi” *(Əlbəttə,ürəyində dərdi var- tərcüməsi)
Hamı millətdə var qəzetlər çox
Demə kim, bunda hiç faidə yox.
Qəzetin çoxdu xəlqə mənfəəti,
Nə bilir kim ki, yoxdu mərifəti,
Nə deyim, vəhyi-asimanidir ol,
Leyk ərbabi-hal canıdır ol
Ümmül-əxbar, müxbirül-asar,
Kaşifür-rəmz, vacibül-əsrar,
Leyk vacibdü şərh edim hali
Səni filcümlə eyləyim hali
Rayizi-malikani- vadiyi-şövq,
Qaidi-sakinani-aləmi-zövq
Rəhbərü rəhnəvərdü rahnüma,
Cəbrəili-əmini-əhli-səfa.
Özünə eyləyib həmiyyəti fərz –
Ki, edə aləm içrə teyyül-ərz
Gah olur əsbi-telqrafə səvar
Şərqdən Qərbə söyləyir əxbar.
Gəh qılır poçtaxanələrdə məqam,
Xəlqə əxbar eyləyir elam.
Nə qəzet, mayeyi-səadətdir
Nə qəzet, eyni-etmi-hikmətdir
Xassə ‘Tiflisski Vestnik”in xəbəri
Yetişir əhli-aləmə səməri.
Bir qəzetdir ki, sadiqül-əxbar
Müştərisi nücum tək büsyar.
Xassə “Kavkaz” ki, əhli-Qafqazə
Hər zaman bir xəbər verir tazə.
nazXassə ol kim, “Əkinçi”yi-dana,
Əhli-islamı eyləyib ehya
Gah Peterburqdan olur guya,
Gah olur Hindi-Şərqdən peyda.
Gah Dunaydan qəzet verir xəbəri,
Gah Parisdən gəlir onun əsəri.
Kəşf edir karxanədən səməri,
Söyləyir hər kraldən xəbəri.****
Ədəbiyyat siyahısı
1. “Əkinçi” qəzeti,N 18(əlavə), 01.09.1877
2. “Əkinçi” (tam mətni).Bakl,1979(Tərtib edəni-Turan Həsənzadə,redaktoru – Əziz Mirəhmədov)
3. S.Ə.Şirvani. Əsərləri, 3 cilddə. II cild, Bakı, 2005. səh.57-59.