Genel

Türkçülük – Sehran Allahverdi

Türkçülük
Atam Turkdü,
Türk oğluyam…
oğlum Türkdür,
mən bir turkün atasıyam.
Çatıb çiynə türkçülüyü
qiyamətə çatasıyam…
Qurd əsilli turkəm ki mən
qiyamətin qasırğasın
dəribogaz olanacan
üzü tərsə duracagam.
Əsilini bilməyənlər Türk olamaz…
Qurdun tükü, ya dərisi
özgəsinə kürk olamaz…


Xocalı
Səndən sonra nə cisim,
Nə də canam, Xocalı!
Evim, eşiyim qaldı,
Yandı anam, Xocalı!
İçimdə bir səmir var,
Öləmmərəm, əmr var.
Bil, qanımda dəmir var,
Çətin yanam, Xocalı!
Bu zülmü Dünya dandı.
Türkü Dünya nə sandı?
Türkünkü qanaqandı…
Həmin qanam, Xocalı!
Mən hər yandan enəcəm,
Mən yagını yenəcəm.
Yetişəcək ünəcən
Mən  zamanam, Xocalı!

ANA TORPAQ


Biz torpaga”Ana” dedik…
Bu torpaga “Ana” sözün  
kim düşündü, kim dedi ilk?
Bu, 
Allaha xoş gedən
bir ölümdü ki,
ələ düşməməkçün əsgər döyüşdə
sonuncu gülləsin qəlbinə sıxar.
Bu, 
İlahi bir pıçıltıdır ki, 
bir səhid ogulun son nəfəsində
torpaga bələnmiş 
dilindən çıxar.
Mənnən inciməsin
Tarix bilənlər,
Vətən torpagina “Ana” deməyin
bəlli bir tarixi yoxdur!
Yalandır!
Bu əbədi yaşantı, 
əbədi andır.
Bu Vətən oglunun
Vətən yolunda
aldıgı güllədən, verdiyi candir.
Sıxıb, qucaqlayıb, bagrına basıb
torpagın üstünə 
tökdüyü qandır.

Rəssam şair Allahverdiyev Sehran Qüdrət oglu.
1961-ci il dogumlu Azərbaycanlı türkdür.
Ali təhsillidir, evlidir, iki qız, bir oglu övladı var. Bakıda yaşayıb yaradır.
Sehran Allahverdi

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest