Türk gəzməyən torpaq Vətən olarmı?!

Ayrı düşdüm qədim, ulu elimdən,
Hər kəlmədə düşməz əsla dilimdən.
Düşünərkən sancar, durar belimdən,
Türk gəzməyən torpaq Vətən olarmı?!

Vətən dedim, ayaq qoydum torpağa,
Yağı düşmən qoymaz gözüm qırpmağa.
Salıblar üzümü sıldırım dağa,
Bu əzablar, bu əziyyətlər yorarmı?!

Nə deyim Türk xalqına, bu aclara,
Düşmənə sulanan yalavaclara…
Ürəyi yanmayan, qəlbi daşlara,
Vətən sözləriylə qarın doyarmı?!

Nə deyim mən bu torpağa, bu daşa,
Uğrunda atılan yoxdur savaşa…!
Bu torpağa vətən demək olarmı?!
Bu həsrətdən gözlər yaşla dolarmı?

Elsevər Hüseynoğlu
Bakı ~ 15/03/2020

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest