Türk gələndə toz olmasın
Sənan Qılıncarslan Qacar – Kırımınsesi – Azerbaycan
Azərbaycanda bir çox xalq mahnıları var ki, onların yaranması 1918-ci ildə Azərbaycana köməyə gələn Türk ordusuna həsr edilib. Onlardan “Lalələr” mahnısı və “Küçələrə su səpmişəm” mahnıları bu günün özündə də daha populyardır. Azərbaycan hər bir xalq mahnısının mayasında müəyyən bir həqiqət və tarixi hadisə gizlənir. Bu həqiqətlər isə zamanı gələndə ortaya çıxır və hər kəs bunu bilir və görür.
Xüsusilə “Küçələrə su səpmişəm” mahnısı ilk dəfə olaraq 1918-ci ilin sentyabr ayının 15-də səslənib. Bakının rus-erməni işğalından azad edən Türk ordusunun şərəfinə ilk dəfə olaraq qoşa qala qapısının yanında bu oxunub. Özü də kollektiv şəkildə. Özü də mahnı cəmi dörd misradan ibarət olub.
Küçələrə su səpmişəm,
Türk gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.
Qoşa qala qapısının yanından başlanan izdiham parlament küçəsi ilə düz çəmbərəkəndə qədər olan hissəsi insanlarla dolu idi və onlar bir-birini qucaqlayıb öpür, qurban kəsir, çalıb-oxuyanlar “küçələrə su səpmişəm, türk gələndə toz olmasın!” -ifa edirdilər. Nuru Paşanın qarşılayan hər kəs bu mahnı sözlərini ucadan oxuyur və ölkəmizi xilas etməyə gələn türk ordusunu alqışalyırdılar. Lakin zaman keçdi, bolşeviklər Azərbaycanı işğal etdilər. Düzdür sovetlər 1920-ci ildə Azərbaycanı işğal edəndən sonra bir çox sahələr kimi mahnılarımızın da sözlərinə ciddi təyziqlər oldu, amma xalq bu mahnıları qorudu və saxladı.Ən gözəl xalq mahnımız olan “Küçələrə su səpmişəm” də sonralar millətimiz kimi, repressiyaya uğradı, sözü dəyişdirildi, küçələrə su səpmişəm “Türk gələndə toz olmasın”, “yar gələndə toz olmasın” sözü ilə əvəzləndi. Mahnıya əlavə misralar qoşub onu saxlayan bəstəkarlar və müğənnilər bu günə qədər gözəl xalq mahnısını yenə də ifa edirlər.
Dosent Zaur Əliyev