Türk dünyasının maraqlı tarixi görüntüləri və yaxud təhsil tariximiz – ictimai və elmi fikir tariximizdır
Bu fotoşəkillər təhsil tariximizin müəyyən mərhələsinin maraqlı nümunələri kimi uzun illər boyu tarixlərdə yaşayacaqdır.
Şəkillər 13 dekabr 2014-cü ildə Şamaxı Mədəniyyər Mərkəzində çəkilmişdir.Həmin gün burada 1874-cü ildə görkəmli maarif xadimi, Şamaxıda yerləşən Bakı quberniya Əhli-Təsənni İdarəsinn sədri, Şamaxı qazısı Səid Əfəndi Ünsizadənin (1842,Şamaxı-1903,İstanbul) rəhbərliyi ilə , Bakı qubernatoru D.Staroselskinin himayədarlığı ilə məşhur bir ibtdai məktəbin – tarixi Məclis Məktəbinin 140 illik yubileyi təntənəli şəkildə keşirilmişdir.Məktəbin tarixi yubileyinə Bakıdan – Respublika Tərsil Nazirliyindən nüfuzlı vəzifə sahibləri də dəvət olunmuşdular.Gərgin işləri olduğu üçün Təhsil Nazirliyinnin heç bir dəvətli nümayəndəsi tədbirdə iştirak etmirdi.Onlar tədbir iştirakçılarına təbrik məktubu yazmağı da unutmuşdular.
Tədbirdə Respublika Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Şamaxı Avropa Liseyi ilə qardaşlaşan Bakıdakı Avropa Azərbaycan Məktəbinin direktoru mister Qraeme Pollock(o,indi Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktorudur-N.N.) və dosent Məcid Əfəndiyevin iştitakı şamaxılılar tərəfindən məmnuniyyətıə qarşılandı.Vaxtilə bu məktəbdə oxumuş nazirlərdən biri yubiley iştirakçılarına təbrik məktubu göndərmişdi.Milli Məclisdən dəvət olunmuş millət vəkili təhsil bayramı günü Avropada olduğu üçün tədbirə gələ bilməmişdi.Şamaxı Rayon İcra Hakimiyyətinin o vaxtkı rəhbəri 140 yaşlı məktəbin yubileyinə öz müavinini göndərmişdi.
Tədbir maraqlı keçdi.Şamaxı məktəblilərinin rənfarəng çıxışları maarif bayramını rövnəqləndirdi.Tədbirdə professor Əjdər Ağayyevin, mister Qraeme Pollockun çıxışları Azərbaycan təhsil tarixinin şərəfli inkişaf tarixi üçün yaddaqalan oldu.
Yeri gəlmişkən qeyd edək ki, uzun illər boyu heç bir tarixi sənədə əsaslanmayaraq, haqqında söz açılan məktəbin -məzkur məktəbin yradıcısı kimi görkəmli söz ustası, türkdilli poeziyamızın sonuncu mogikanı Seyid Əzim Şirvaninin (1835-1888) adını çəkirdilər.Halbuki məktəbin yaradıcısı və yerli himayədarı Səid Ünsizadə idi.Məktəbin pedaqoji kadrlarını da S.Ünsizadə özü seşmişdi.Yeni təhsil ocağının əsas müəllimləri S.Ünsizadənin ortancıl qardaşı Şamaxı rusdilli ali ibtidai məktəbin məzunu Cəlal Ünsizadə (1857(?),Şamaxı-1933,Ankara) və ali dini təhsilli söz ustası S.Ə.Şirvani idi.Məktəbdə şəriət dərsrslərinin müyyən siniflərdə Molla Hüseynağa ibn Lətif tədris edirdi.S.Ə.Şirvani şeirlərinin birində müəllim dostunu “Qürreyi-Səbaya varis, pürlətafət kəlam “adlamdırmışdır.
Burada rus dili dərslərini ilk illərdə “fikri bikir eyləyən” Pirbudaqov Manvel adlı sası dinl bir yerli sakin tədris edirdi.Lakin o,məktəbdə türrkdilli şagirdlərlə aparılan pedaqoji işin ağırlığına dözməyib, bir müddətdən sonra ona tapşırılan vəzifəni tərk etdi.
Əvvəlcə S.Ünnsizadənin ,bir müddətdən sonra isə Cəlal Ünsizadənin Şamaxıdan Tiflisə daha böyük maarifçilik işləri üçün xüsusi çağırış və dəvətnamə alması Məclis Məktəbinin idarə olunmasını çətinləşdirmişdi. Məktəbin idarə olunması və dərslərin keçirilməsindəki problemlərin həlli S.Ə.Şirvaninin üstünə düşür. S.Ə.Şirvani dəfələrlə Tiflisə, məslək və əqidə dostu, “Ziya” qəzetinin naşiri və imtiyaz sahibi S.Ünsizadəyə yazdığı müxbir məktublarında son vaxtlarda Şamaxıda pul-para sahiblərinin və vəzifəli şəxslərin məktəbə göstərdikləri laqeyddliklərdən söz açmışdır.S.Ə.Şirvani məktublarının çoxunda Səid Ünsizadənin Şamaxııda binagüzarlıq etdiyi məktəbin tarixinın sonralar düçar olduğu çətinliklərindən gileylənirdi. Məclis Məktəbi təxmini hesablamalara görə 40 ildən artıq fəaliyyət göstərmişdir.Sönralar bu məktəb binasının yerində yeni binalar tikilmiş, məktəbin adı dəfələrlə dəyişdirilmişdir. 1874-cü ildə Səid Ünsizadə tərəfindən yaradılan, Cəlal Ünsizadənin, S.Ə.Şirvaninin, Molla Hüseynağa ibn Lətifin işlədiyi, Ələkbər Tahirzadənin (M.Ə.Sabir), S.M.Qənizadənin,Mahmud bəy Mahmudbəyovun oxuduqları bu ibtidai təhsil ocağının -Şamaxı Məclis Məkktəbinin bugüngü varisi Şamaxı Avropa Liseyidir.Son illərin təhsil uğurlaına görə Məclis Məktəbinin tarixi ənənələri Şamaxı Avropa Liseyində bu gün də ləyaqətlə davam etdirilir.
Mən istətdim li,məkrəbin 145 illik yubley günlərində Şamaxı Avropa Liseyinə türk dünyasının fazillərindən biri olan, Səid Ünnsizadənin adı verilsin.məktəbdə Azərbaycan Təhsil Muzeyinin filialı yaradılsın.
Ümümmilli liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında Səid Ünsizadənin maarifçilk fəaliyyətinə çox yüksək qiymət verilmişdir. Fərmanda deyilir:
“XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Səid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır. Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır”.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilənƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,türkoloq
Bakı,13.12.2019.