Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
“Kırımın sesi”ndəki əvvəlki yazılarımızda oxuculara 1911-1912-ci illərdə Bakıda türk dilində nəşr omunan “İşıq” qəzeti haqqında ətraflı məlumat vermiş, onu Kırım tatarlarının “Aləmi-nisvan” qəzetinin kiçik bacısı adlandırmışdıq. Diqqətli araşdırmalar aparılsa,bu iki mətbu orqan arasında çox dəyərli paralellər aparmaq olar.Belə araşdırmalar türk dünyasının bu günü üçün maraqlı məlumat və bilgilərə yol açan qaranlıqları və alatoranlıqları işıqlandırılan uzaqdan görünən mayaq kimi diqqətəşayanola bilər.
“İşığ”ın redaktoru Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü, milliyyətcə tatar olan Sübhanqulovun qızı Xədicə xanım idi. O,Tiflisdəki Olqa Qadınlar İnstitutunun tibb fakültəsinin məzunu kimi qadınların sağlamlığının qorunmasında və mühafizəsində Bakıda dəyərli həkimlik fəaliyyəti göstərmişdir.Xədicə xanımın əri şəkili Mustafa bəy ali məktəb qurtarmasa da, Bakıda dövlət işlərində öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən milli ziyalı kimi həm xalqın,həm də dövlət məmurlarının rəğbətini qazanmışdı.Mustafa bəy yaxşı və bacarıqlı natiq və tərcüməçi kimi diqqəti daha çox cəlb edir, həm Azərbaycan,həm də rus dillərində maraqlı elmi və elmi-publisistik yazılar yazırdı.
Əlibəyovlar 1911-ci ilin yanvarında xalqa çatdırmaq istədikləri öz ürək sözlərini mətbuat vasitəsilə reallaşdıra bildilər.Bakıda “İşıq” adlı qəzetin nəşrinə başladılar.İki il ərzində “İşığ”ın oxucularla 68 görüşü oldu. “İşıq” Bakıda şuşalı müəllim Haşım bəy Vəzirovun mətbəəsində oxunaqlı xətlə,gözəl tərtibatla çıxırdı.
Qəzetin birinci səhifəsində yeni mətbuat orqanı özünü belə təqdim edirdi:
“İndilikdə həftədə bir dəfə şənbə günü nəşr olacaq, TƏRBİYEYİ-ƏTFALA (uşaqların tərbiyəsinə-N.N.),ədəbiyyata, təbabət və evdarlığa dair xanımlar qəzetəsidir”.
Bu sözlərdən sonra rus qrafikası ilə xüsusi məqsəd daşıyan bir başlıq da verilmişdir:.
ЕЖЕНЕДЕЛЬНАЯ ГАЗЕТА.
Maraqlıdır ki tədqiqatların çöxunda, tarix kitablarında, hətta orta məktəb dərsliklərində rusdilli bu söz birləşməsini görməyənlər “İşığ”i elmi ictimaiyyətə jurnal kimi təqdim etmişlər.
“İşıq” öz proqramına uyğun olaraq çıxır,burada tərbiyə,ədəbiyyat,təbabət və evdarlığa aid maraqlı yazılar dərc olunurdu.
Qəzetdə qadınlarla yanaşı, zükür (erkək) qələm sahibləri də həvəslə iştirak edirdilər.Bunlardan Məhəmməd Hadini,Hüseyn Cavidi,Yusif Vəzirovu və başqalarını xüsusilə qeyd etmək gərəkli görünür.
Məncə, bu gün türk dünyasının bütün tibb məktəblərində “İşıq”dakı tibbə dair yazılar əsasında xüsusi seminarlar keçirilə bilər.Ədəbiyyat əsgərləri “İşıq”dakı bədii yazılardan faydalana bilərlər.Uşaqlarına düzgün tərbiyə vermək istəyənlər də “İşığ”a müraciət edə bilərlər.Bu yazıların əsas müəllifi turk dilinin Qafqazda daha çox işlənən qolundan- Azərbaycan dilindən yazı dili kimi istifadə edən Xədicə xanım Əlibəyovadır.
“İşığ”ın bəzi yazıları rus dilində çap olunurdu.Belə yazıların müəllifi,adı göstərilməsə də,söz yox ki, Mustafa bəy Əlibəyovdur.
“İşıq”da həm qəzet,həm də müxtəlif ədəbi janrlardan istifadə olunurdu. Bu cəhətdən “İşıq”dakı yol qeydləri, dərindən tanıtma reklam xarakterli yazılar,”Tərcüman” qəzetində tez-tez təsadüf etdiyimiz rəylər və təqrizlər,iqtibqslar, məqsədli tərcümələr,yeni kitab və mətbuat orqanları haqqında məlumaqtlar çox maraqlı görünür.
“İşıq” qəzetindəki portret oşerkləri ən maraqla oxunan materiallardandır.Bu yazıların müəllifinin o zamanlar Zaqafqaziya müftisi olan H.Ə.Qayıbovun olması daha çox dəstəklənə bilər.Belə ki,H.Ə.Qayıbov yazılarının birində türk dünyasının qeyrətdə də, şücaətdə də zükurlardan geri qalmayan qadınlar haqqında yazılar yazdığını xəbər verirdi.”İşıq” qəzetində bu silsilədən bir neçə yazıya rast gəlirik.
Belə yazılardan biri Bakıda həkim işləyən Batırşina Amina xanım haqqındadır.”İşığ”ın 22.10.1911-ci il tarixli 30-cu nömrəsinin 3-cü səhifəsində bəzəkli çərçivə içərisində Amina xanımın başında qalpaq olan fotoşəkli verilmiş,haqqında bir sütunda tərcümeyi- halının bir sıra maraqlı məqamları göstərilmişdir.
“Amina xanımın tərcümeyi-halı
Xanımın başındakı zinət Kırımdakı müsalman xanımların rəsmən başlarına qoyduqları qalpaqdır (bu söz indi türrk dilli ölkələrin çoxunda tibb işçilərinin istifadə etdikləri baş geyimidir-N.N.),yəni məklayiçədir(Bu sözü lüğətlərdə tapa bilmədik,onu çox çətinliklə oxuduq.Bəlkə də tatarların əksəriyyətinin məişət dilində işlətdiyi sözdür.Materialı diqqətlə oxuyun,bəlkə də aydınlaşdıra bildiniz.Məklayiçə-hər halda qalpağın sinonimi sayıla bilər-N.N.).
Amina xanımın qız familiyası Yeniquyova (bəlkə də başqa cür oxunmalıdır-N.N.),ər ( burada atasının soyadı-N.N.) familiyası Bahadır Batrışindir.
Bu xanım Saratov bəyzadələrinin qızıdır ki,18 sinnində (yaşında-N.N.)Taşkənd gimnaziyasını qızıl medalla qurtarmışdır.Hərçənd o vəqtdə istəyirdi ki, getsin Peterburqdakı Nikolayevski Təbabət darülfünununa,lakin darülfünun səltənət tərəfindən bağlandığına görə gedə bilməmişdi.
Amina xanım iyirmi yeddi sinnində Daşkənddə təbib Məhəmməd Hənifəyə ərə getmişdir ki,hal-hazırda “Statski sovetnik”,yəni yaranal mənsəbində Daşkənddə güzəran ediyor.Ərə gedəndən on il sonra Gimnaziyada dübarə imtahahan verib,ərinin razılığı və xeyir-duası ilə Peterburqda övrətlərin Tibiblik Darülfünuna qəbul olunur.Tamam beş il orada oxuduğuna əvvəlinci dərəcə”attestad”,yəni şəhadətnamə alıb,sonra iki il tamam Peterburq və Moskva şəhərlərinin klinikalarında xidmət edibdir.Klinika darülfünunlarin yanında bina olunan böyük mərizxanadır. ki,orada professorlar azarrlılara müalicə ediyorlar
Qafqaziyyədə övrətlərdən əvvəlinci təbibə Aminə xanımdır ki, 6 ildir Bakıda həkimlik edib. Hal-hazırda neçə ildən bəridir ki, Bakı şəhərinin üçüncü mərizxanəsinin təbibəsidir. Fəqət indilikdə şəhər tərəfindən göndərilibdir ki,gedib böyük şəhərlərin klinikalarında neçə azarlılaraın müalicəsini həll eləsin.
Bu təbibə Bakı mərizxanəsində hər gün əllidən yetmişə kimi övrətlərə müalicə edəndən sonra evində də əlac etməgə talib bir xudapərəst və millətin sevən xanımdır.
Bu xanımın həmşirəzadələri “Statskiy sovetnik” Ahmed Muxtar bəyin qızları Hənifə xanım və Zinət xanım Naqay bəyin zadələri- Daşkənd gimnaziyasını tamam edib, hal-hazırda Pererburqda darülfünunlarda elm təhsil ediyorlar.Hənifə xanım diş həkiməlgi şöbəsində, Zinət xanım isə Psixonevroloji İnstitutda tibbiyyəni öyrənir”.
Batrişina Amina haqqında 1913-cü ilə aid bir soraq kitabçasında- (“Баку и его район” 1913 года – справочный ежегодник. Изд. М. С. Шапсович ) maraqlı qeydlərə rast gəlirik.Burada Bakıdakı qadın həkimlərinin cərgəsində Amina xanımın adı birinci verilmişdir.İllik soraq kitabçasından məlum olur ki, Amina xanım xəstələri “İşıq” qəzetinin redaksiyasınln yaxınlığındakı ünvanda- (Церковная, уг. Спасской, 51) qəbul edirmiş.Onun qəbul saatları gündə iki saat çəkirmiş-səhər saat səkkizdən doqquza qədər və günorta saat birdən ikiyədək.
Отдел II. Женщины-врачи
Батршина Амина-Ханум, – женск. и акуш. Приемн. часы: 8 – 9 и 1 – 2. Церковная, уг. Спасской, 51
Глазер Г.Л. – Приемн. часы: 8 – 10 и 3 – 6. Воронцовская 21
Гукасова В.Ф., – детск. Бол. Приемн. часы: 11 – 1 и 4 – 7. Уг. Карантинной и Б.-Морской, д. Дадашева, тлф. 18 – 51
Дыхно-Лейбзон Розалия Альбертовная – женск. болезни и акушерство. Приемн.часы:9-11 и 4-6. Воронцовская 29, тлф. 3 – 61
Каган М.Ф. – жен. и акуш. Приемн. часы: 11 – 1 и 4 – 6. Колюбакинская, уг. Мариинской, тлф. 8
Корона Вера Моис. – Ул. Гоголя, д. Асадуллаева, тлф. 9 – 84
Крутикова Елена Павл.
Матин… – женск. и акуш. Приемн. часы: 9 – 10 и 5 – 7. Балаханская 35, тлф. 21 – 57
Мекленбурцева Н.М., – завед. город. воспитат. домом на Шемахинке
Пахлавуни- Азат Овакимовна, – жен. и акуш.Приемн.часы: 8-9 и 4-7. Ст.-Полицейская 21,
Рабинович С.А., – женск. и внутр. Приемн. часы: 2 – 6 ч. дня. Белый гор., д. “Электрич. Силы”,
Сарумова Елизавета Абрамовн. – вн., детск. и женск.Приемн. часы: 8 – 9 и 4 – 6. М.-Морская 2,
Сегаль Валент. Савельев. – женск. и акуш.Приемн. часы: 4 – 6. Докторский пер. 3, тел. 28 – 69
Фейнберг-Орбант М.Б. – Ст.-Полицейская 22, тлф. 14 – 36
“Баку и его район” 1913 года – справочный ежегодник. Изд. М. С. Шапсович
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi