TÜRK DÜNYASINDA RUS VƏHŞƏTİ

Bir zamanlar dünyanın hakimi olan, haqq-ədalətin carçısı türklər, zamanla qəflətə düşmüş,
canı bir, qanı bir öz qardaşından ayrılaraq təklənmişdir. Qurdun təkləndiyini görən çaqqal
sürüsü minlərlə türkün nahaq qanını tökmüş, qətliamlar törətmişdir. Türklər tarixən
qısqanılan, birliyindəki gücündən, qüdrətindən ehtiyat edilən bir millət olmuşdur. Eyni
zamanda məsgunlaşdığı ərazilərin zənginliyi, bərəkətliliyi dünyanın digər xalqlarının hər
zaman diqqət mərkəzində olmasına səbəblərdən biridir. Bu baxımdan diyər millətlər harda
təklənmiş türk görsələr əzməyə, parçalamağa, hətta tamamilə yer üzündən silməyə
çalışmışdırlar. Dünyada ən çox əli türk qanına batmış millət isə rus millətidir.
İstər Çar Rusiyası zamanı, istər Kominist Rusiyası zamanı, istərsə də Kapitalist rusiyası
dövründə olsun türklərə qarşı məhf etmə siyasətindən bir an olsun belə yayınmamışdırlar.
Rusların türklərə qarşı ilk qətliamı Tatarıstanın işqalı ilə başlamışdır. 150 000 ordu ilə Kazan
şəhərinə girən ruslar, şəhərdə qadın, kişi, uşaq demədən 30 000 nəfər insanı qılıncdan
keçidərək, şəhəri tatarlardan tamamilə təmizləmişdirlər. Tatarıstan qalibiyyətindən sonra
ruslar, bölgədəki Tatar, Qazaq, Qırğız, Altay, Tuva və Saka Türklərini, Monqolların bir qismini
qılıncdan keçirərək, bir qismini isə köçməyə məcbur edərək ərazini türklərdən təmizləmiş və
yerlərinə rus xalqlarını yerləşdirmişdirlər. Ruslar 1783-cü ildə Krımı işqal etdikdən sonra,
Noqaylara və bəzi Adigelərə qarşı toplu sürgün qərarı almış, bu xalqların Ural bölgəsinə
göndərilməsini qərarlaşdırmışdırlar. Sürgün qərarına qarşı üsyana qalxan Noqayları, “Noqay
qəssabı” olaraq bilinən rus generalı Aleksandr Suvorov ordusu ilə 100 000-ə yaxın Noqay
türkünü şəhid edtmiş, qalanları isə fərqli-fərqli bölgələrə sürgün etmişdirlər. Eyni hadisəni
ikinci dünya müharibəsinin ardında Kırımda təkrarladı ruslar. Stalin Kırım türklərinin
müharibə zamanı almanlara kömək etdikləri ideasını ortaya ataraq (əsil səbəb isə rus
olmayan xalqların sürgün edilməsi üçün qabaqcadan alınmış qərar idi) 18 may 1944-cü ildə
bütün Kırım xalqını toplu şəkildə evlərindən zorla toplayaraq sürgün etmişdir. Kırımda da
yüz mindən çox türk qətl edilmişdir.
12 yanvar 1881-ci ildə Tükmənistanın Aşqabat şəhərinin əlli kilometir uzaqlığında
yerləşən Göytəpə qalasında qadın, uşaq, yaşlı demədən minlərcə Türkmən ruslar tərəfindən
qətl olunmuşdur.
Sadəcə Sovet dövründə Qazaxıstanda, Azərbaycanda, Qırğızıstanda, Bolqar türkləri və
Axıska türkləri arasında miliyonlarca insan ya güllələnmiş, ya da sürgünlərdə şəhid
edilmişdir. Eyni zamanda Sovet Rusiyasının bu bölgələrdə suni sonsuzluq yaydığıda müəyyən
edilmişdir. Sovetlərin parçalanması dövründə, 1986-cı ilin 16 dekabrında Almataya gələn
yetmiş min əsgərin silahsız Qazaq gənclərini atəşə tutması, 1991-ci il yanvarın 19 dan 20-nə
keçən gecə Bakıda otuz beş minlik əsgərlə törədilən cinayətlər nəticəsində yüzlərlə şəhid
verilmişdir.
Rusların türk düşmənçiliyi bunlada bitməmişdir. Bir başa özlərinin edə bilmədikləri
zamanlarda isə dəstək verərək qeyri millətlərə türkləri qətl etdirmişdirlər. Qarabağ
müharibəsi zamanı ermənilərə dəstək verən 336-cı rus alayının vasitəsi ilə törədilmiş
cinayətlər və Xocalı soyqırımı. 3.5 miliyon Türkmənin yaşadığı Suriyada Əsəd rejiminə
dəstək verərək, Rus Hava qüvvətlərinin bombaladığı Bayırbucaqdakı Acısu, Gimam və
Qızıldağ bölgələrində yüzlərlə türkmən uşağın, qadının ölümünə səbəb olmuşdurlar. Təkcə
yerli hakimiyyətə deyil, bölgədəki digər qruplaşmalarada dəstək verərək bölgəni türklərdən
təmizləmək siyasəti güdməkdədir.

Bəli, rusların türk düşmənçiliyi əsirlərdi davam etməkdə və edəcəyidə açıqca
görünməkdədir. Əlbət qurdun qisası qiyamətə qalmaz. Lakin bunun üçün biz türklərin birlik,
bərabərlik içində olmağımız vacib şərtlərdən biridir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest