TÜRK ƏRİ
Türk! Sənə boş yerə bu ad verilməmişdir. Damarlarında axan gücün, qüvvətin, dövlətçiliyin,
nizamlılığının verdirdiyi addır bu sənə. Sən Asiya çöllərində at çapan, Avropa düzlərinə qorxu
salan bir nəslin, bir elin törəməsisən. Məzlumun yanında, zalımın önünüdə olmaq sənin
genetikavın ən böyük xüsusiyyətidir. Sən tarix yazmamısan heç zaman, tarix yaratmısan.
Dünyaya nizam verib, sərhədlər yaradansan. Ən böyük nöqsanın unutqanlıq, həddindən çox
mərhəmətli olmaq və tez inanmağındır. Düzdü bundan qurtuluşun yoxdu. Əsirlər boyu bu
xususiyyətləri analarımız südünün hər damcısında hopdurmuşdur canımıza. Sən səhflərinlə,
düzlərinlə busan artıq. Lakin, Türklər savaşmağa başlasa Şeytanı cəhənnəmdə əsir edər
dedidəndə sənsən. Bu nöqsanlarına görə torpaq itirsədə, daha böyük torpaqlar əldə edib
imparatorluqlar quran ataların övladısan. Zalıma mərhəmətin məzluma ən böyük xəyanət
olduğunu həkk etməlisən ruhuna. İnsanlar daşa, torpağa tapdığında, içindəki imanı tapıb, ən
böyük dinə xidmət edəndə sənsən. Sənsən Tanrının yer üzündəki qırmancı. Sanmaki Bozqurda
oxşadılman əsassızdır. Nə zaman kimliyini itirsən, bir ümidsizlik çöksə üstünə Bozqurda bax.
Özünü tapacaqsan. Bax böyük atalarına, nə zaman dara düşsələr Bozqurda dönüblər.
Qurtarcılarını Bozqurd biliblər. Mətə xanı, Atillanı, Əmir Teymuru, Ş.İ.Xətaini, Bilgə xanı,
Tonqyunu, Atatürkü. Türkləri Ərgənəkondan çıxardanın bir heyvan olduğunu düşünmə əsla. Kim
bilir hansı Bozqurd hesab edilən bir igidi oda. Sən ümidsizliyin ortasında bir anda doğan ümid
olmusan hər zaman. Sən yol olmusan, baş olmusan, dövlət olmusan. “Türk balası qurd olar,
basdığı yer yurd olar” boşa deyilməmişdir bu hikmətli deyim. Yurd yerlərini yaxşı tanı və böyüt.
Sən döyüşdə deyil, əsarətdə ölərsən. Bir günün azdlığını, qırx ilin köləliyindən üstün tutan
əcdadını xatırla. Hər döyüşdə qalib olmalısan diyə bir şey yoxdu, ancaq hər məğlubiyyətin
intiqamını diri tutmağıda bilməlisən. Bu sənə atalarından mirasdı. Minlərlə şəhidin çiynində
duran bu torpaqları uduzmaq sənə haramdı. Haramdı gözlərini göylərdən çəkib əllərə dikməyin.
Sənə kimdənsə mədəd ummaq deyil, mədəd olmaq yaraşar. Çatmalısan əsrə, savdınla, eliminlə,
heliminlə, gücünlə. Dala qalmaq sənə yaraşmaz. Əsrlər boyu olduğu kimi min hiylə, min böhtan,
min şər görəcəksən. Bu pozmağa qolunun deyil, ağlının gücü çox olmalıdır. Nə ucuzlaş, nə ucuz
tut. Dosdun olmalıdı, bu şərtdi, amma nicat yerində qardaşlarındı. Öncə evinin içini abad tut ki,
ümid qapısı olasan. Düşmənin səndən qorxmağı yetməz, böyüklüyünə hörmət etməyidə
öyrənməlidi. Ayıq olmalısan, oyaq olmalısan. Dosdunu düşmənində seçə bilməlisən. Gözün ucuz
əyləncələrdə deyil, sərhədlərində olmalıdır. Unutmamalısan böyük şah Ş.İ.Xətainin vəsiyyətini:
“Hüzurunda göbək oynadan millətin sərhədlərində düşmən at oynadar”. Və bilməlisən, vətən
uğrunda ölənlər deyil, ölməkdən qorxanlar ölülərdir.
Rəhim VAHİD