Kültür Sanat

TURANA GEDƏN YOL AZƏRBAYCANDAN KEÇİR

Turan. Bütün türklərin ən böyük arzusu, ən böyük sevgisi, ən böyük xəyalı. Və
ən böyük ehtiyacı. O ehtiyac ki, dünyada ən böyük güc olmağımızın tək yolu.
Bütün türklərin tək mühafizəkarı, azadlığının təminatçısı, qurtuluş yolu, nicat
gəmisi. Artıq bütün dünya türkləri bu birliyin vacibliyinin fərqindədi. Və bu
uğurda da müəyyən addımlar atılmaqdadır. Lakin Turan üçün ən önəmli olan,
bu birliyin tərkib hissələrinin vahidliliyi, güclülüyü əsas şərtlərdən biridir. Bunun
bir mexanizma olduğunu nəzərə alsaq, aydın məsələdir ki, bu mexanizmanın
sağlam olması üçün hər detalının sağlam fəaliyyət göstərməyi vacib məsələdir.
Bu baxımdan Turan dövlətlərinin torpaq bütövlüyü, milli özünü dərkin təmin
olunması, o dövlətlərin güclü iqtisadiyatının, siyasətinin, ordu gücünün təmin
olunması vacibdir. Bu uğurda hər bir dövlətə, hər bir türkə böyük məsuliyyət
düşməkdədir. Turan birliyində güclü bir Türkiyənin, Azərbaycanın, Özbəkistanın,
Türkmənistanın, Qazaqstanın və digərlərinin olması, bu birliyin qısa bir
müddətdə tam fəaliyyət göstərməyinə, və inkişaf etməyinə xidmət edəcəkdir.
Bu baxımdan da bütün türk dövlətlərinin bir birinə istər siyasi, istər iqtisadi,
istər də hərbi cəhətdən dəsdək olması vacibdir və borcudur. Çünki bizlər
təkləndiyimizdə yaşadığımız faciələrin böyüklüyünü gördüyümüz üçün bu
birliyin arzusundayıq. Çünki biz təkləndiyimizdə kimlərinsə əsarəti altında
yaşamaqdansa, bir birlik altında güclü olmağı dərk etdiyimiz üçün bu birliyin
arzusundayıq. Çünki biz minlərlə soydaşımızı kimlər üçünsə qurban
verməkdənsə, öz azadlığımız və öz qardaşımızın azadlığı uğrunda şəhid olmağı
şərəf bilməkdəyik. Sovet işğalı altında olduğumuz zamanlarda Sovet imperiyası
üçün minlərcə qurbanlar vermiş türk milləti, bunun müqabilində Kırımlı
qardaşlarının sürgünü, 1881-ci ildə Aşqabatda qardaşlarının qətli ilə, 1986-cı
ildə Almatada, 1991-ci ildə Bakıda və ən nəhayəti Xocalıda minlərlə türkün qətl
edilməsi ilə mükafatlandırıldılar. Rusların bizə açdığı atəş sədalarının altında biz
dərk etdik, Türk dövlətləri bir-bir işğal olunarkən nə qədər vacib imiş
qardaşlarımıza dəstək olmağımız.
Bu səbəbdən də bu gün bu birlik üçün atılmış hər addımı böyük bir
həyəcanla və maraqla gözləməkdəyik. Xəyallarımızın astanasındayıq. Bura
qədər gəlinmişsə artıq kimsənin səhf etməyə haqqı və hüququ qalmamışdır. Bu
məqamda sadəcə olaraq hər bir türk dövləti edə biləcəyinin ən yaxşısını etməli,
şəxsi mənfətini güdməkdən tamamilə qurtulmalıdır. Böyük Turanı böyük
sərkərdə Əmir Teymur bir üzüyə bənzətmişdir. Və hər bir türk dövlətini də bu
üzüyün bir qaşına. Həqiqətəndə türk dövlətləri Asiyda bir halqa təşkil
etməkdədir və əksəriyyətinin də bir-biri ilə quru sərhətləri mövcuddur. Quru
sərhədlərin varlığı isə böyük əhəmiyyət kəsb etməkdədir. Bu halqanın
körpüsünü Naxçıvan, qopmuş hissəsini isə Cənubi Azərbaycan təşkil

etməkdədir. Bunun əhəmiyyətini Türkiyə dövləti bildiyi üçün də bu gün
Naxçıvanı, ümümiyyətlə Azərbaycanı qorumaq kimi bir vəzifə üstələnmişdir. Bir
növü Türkiyə əlini daşın altına qoydu. Azərbaycanın Turan üçün əhəmiyyətini
yaxşı başa düşənlərdən biri olan ruslarda öz məkirli niyətlərini göstərməkdirlər.
Qarabağın qaytarılmaması üçün əllərindən gələni edən ruslar, qaytarıldığı
təqdirdə türklərin birləşəcəyini əsas gətirməkdədirlər. Qarabağ məsələsinin ən
qısa zamanda həll olacağına inanırıq. Lakin əsas məsələlərdən biri Turan
halqasının qopan hissəsi Cənubi Azərbaycanın Şimalla birləşməsidir.
Azərbaycanın cənubdan Türkmənistanla quru sərhəddinin olması stratejik
əhəmiyyət daşımaqdadır. Eyni zamanda 50 miliyondan artıq türklərin
müstəqilliyi və Turan ordusuna dəstəyidə göz ardı edilə bilməz. Cənubi
Azərbaycanın azdlığı İraq türkmənləri üçündə bir növü qurtuluş olacaqdır. Bu
səbəbdən də bütün türk dünyası Əmir Teymurun oğlu Miran şaha yazdığı
məktubda dediyi, Turan üzüyünün ən parlaq qaşı olan Azərbaycanın yenidən
daha da parlaq olması marağında olmalıdır. Yuxarıda da qeyd etdiyim kimi Türk
dövlətlərinin güclü və inkişaf etmiş olması Turan üçün çox vacib məsələlərdən
biridir. Bu güc hələ də Rus, Çin zülümünə məruz qalan qardaşlarımız üçün də
bir ümid, daha doğrusu qurtuluş yolu olacaqdır. Ulu Tanrı bu qutlu yolda bütün
Türklərin yar və yardımçısı olsun.

Pin It on Pinterest