Turan və Turançılıq – Rəhim VAHID
Turan Şimal buz dənizindən Pekinin 200 km aşağısı ilə Tibet, Himalay dağları, Bağdat və Antakyanın cənubuna, Yapon dənizindən Vardar çayı boyunca Macarıstanın qərb hüdudlarından, Kievdən Baltik dənizinə və ondan Şimal buz dənizinə çəkiləcək bir xətdə qədər olan böyük bir bölgəni əhatə etməkdədir. Ümumiyyətlə götürsək Cənubda Himalay dağları, Şimalda Sibirə, Şərqdə Böyük Kadırqan dağları, Qərbdə Xəzər dənizi ilə çevrələnən 9000000 km2 –lik bir ərazi nəzərdə tutulur. Bu ərazilər əsrlər boyu türklərin məsgunlaşdığı, yaşadığı torpaqlardır ki, bu günkü türklər bu torpaqların varisləri hesab edilməkdədir. Bu torpaqların türklərə aid olduğu elim aləmi tərəfindən sübut olunsada, türklərin ilk məsgunlaşdığı ərazi mübahisəli olaraq qalmaqdadır. J.V. Hammer, J.Klaprothe, V.Skott, Videmann, M.A.Castren, A.Vambery, E.Oberhummer kimi tarixçilər Çin qaynaqlarına əsaslanaraqAltay dağlarını Türklərin ana vətəni qəbul edərkən, J.Strzyqovsky kimi sənət tarixçiləri şimal-qərb Asiya sahəsini, İ.Zikhy, O.Menqhin, V.Koppers, G.E.Smit kimi mədəniyyət tarixçiləriİrtiş Baykal gölünün cənub-qərbini, Yenisey çayının başlarını, E.Parkor, G.J.Ramsetedt Kadırqan dağlarının çevrəsini və Mancuriya və Monqolstanın, V.Radolf, L.Liqeti Altayların şərqini yəni bu günkü Monqolıstanın, bir qisim türk alimlər isə Qazağıstanın, bir qismi də Anadolunu və Azərbaycanın türklərin ana yurdu olduğunu idea etməkdədirlər. Ümumiyyətlə bu fikirlər mübahisəli olaraq qalsada, daha çox üstünlük verilən fikir Altay dağlarının olmasıdır. Demək olar ki, türklərin böyük bir qismi Altay dağlarını ana vətən hesab edirlər.
Türklər arasında turançılıq fikri Çingiz xan tərəfindən başladılaraq, Əmir Teymur vasitəsi ilə davam etdirilmiş və bu günümüzə qədər gəlib çıxmışdır. Hər iki hökümdar Türkləri və yuxarıda göstərilən torpaqlarını birləşdirmək məqsədi güdmüşdürlər.
Turançılıq Ural-Altay xalqlarının birliyini nəzərdə tutan siyasi idealogiyadır. Finlər, macarlar, estonlar və Rusiya tərkibindəki fin-uqor xalqları ilə bərabər mancurlar, monqollar və türkdilli xalqların birləşməsi məqsədi daşımaqdadır. Türkçü və turançı şəxs Ziya Göyalp öz “Türkçülüyün əsasları” kitabında turançılığın heç də macarları, monqolları, mancurları, finləri birləşdirmək məqsədi güdmədiyini bildirmişdir.
Rusiyada 1905-ci il inqilabından əvvəl azərbaycanlı və tatar ziyalıları tərəfindən dəsdəklənmiş bu ideologiya, Türkiyədə 1908-ci ildə II Məşrutiyətin elan edilməsindən sonra yayılmağa başladı. Azərbaycanda Əli bəy Hüseyinzadənin, Türkiyədə isə Ziya Göyalpın irəli sürdüyü turançılıq baxışları əsas götürülmüşdür. O dövrün Osmanlı komandanlarından biri olan Ənvər paşa isə 1918-1922-ci illərdə keçmiş Rusiya İmperiyasının ərazisində turançılıq fikrini canlandırmağa çalışarkən şəhid olmuşdur.
Ziya Göyalpın bir şeirindəki aşağıdakı beyt, turançılıq baxışlarını konkret əks etdirir:
Vətən nə Türkiyədir türklərə, nə Türküstan,
Vətən böyük və əbədi bir ölkədir: Turan.