Genel

TANRININ QAMÇISI, ATİLLA

  • Qamçı hər hansı canlını hərəkətə gətirmək, cəzalandırmaq, bir növü tərbiyyə etmək üçün istifadə olunmuş vasitədir.

Qamçı hər hansı canlını hərəkətə gətirmək, cəzalandırmaq, bir növü tərbiyyə etmək üçün
istifadə olunmuş vasitədir. At arabaçıları atlarını qamçı ilə hərəkətə gətirirlər. Sirklərdə
vəhşi heyvanları tərbiyyə etmək üçün tərbiyəçinin əlində davamlı qamçı olar. Lakin biz
tarixin müəyyən dövüründə qamçının əşya anlayışından çıxıb, insana çevrildiyini gördük.
Tanrı yer kürəsində müəyyən bir nizam-intizam yaratmaq üçün öz qamçısını, Atillanı
dünyaya göndərdi. Dünya xalqları boş yerə Atillaya bu adı verməmişdir. Bu xalqlara, hətda
dünya xəritəsinə nizamı, Tanrı öz qamçısı Atilla ilə, bu böyük türk sərkərdəsi ilə vermişdir.
Atilla, atası Muncuq xanın ölümündən sonra, əmisi Rua tərəfindən himayə olunmuşdur.
Əmisinin ölümünün ardından isə, 434-cü ildə qardaşı Bleda ilə birgə böyük Dəşti-Qıpcaq
xanlığının (Hun imperiyasının) taxtına çıxmışdır. İlk öncələri iki qardaş tam bir komanda
halında ölkəni idarə etsələrdə, bu mehribançılıq düşmənlərin, Roma və Bizans
imparatorluqlarının fitnələrinin nəticəsidə pozulmağa başladı. Bir neçə dəfə bu fitnələr
ölkədə qruplaşmaların yaranmasına səbəb olmuşdur. Lakin hər səfərində də Atilla ixtilafın
düşmə səbəbini aydınlaşdırmış və düşmənə ağır zərbələr endirmişdir. Dəfələrlə Atillaya
suiqəstlər tərtib olunmuş, hər səfərində də ya zəhərli oxlardan qurtulmuş, ya da aldığı
yaralardan həkimlər xilas etmişdir onu. Aldığı yaralar bu böyük sərkərdəni öldürməmiş,
əksinə, taxta oturduqda sülh və əmin-amanlıqla idarə edilən bir dövlət xəyalı quran gənc
Atillanı, daha güclü və daha da qəddarlaşdırmışdı. Bizans və Roma fitnələri səngimədən
davam edirdi. Nəhayət istəklərinə nail olaraq 445-ci ildə iki qardaş arasında qılınc davası sala
bildilər. Və bu savaşdan sonra Atilla taxda tək oturdu. Fəqət qardaşının qisasını, daha
doğrusu bu fitnəni yayanlardan intiqamını tamamilə aldı. Bu, Bizansı qana boğmaqla
nəticələndi. Son hadisələrdən sonra Atilla uzun müddət sükunətini qorudu. 449-cu ildə
Atillanın qəzəbinin keçdiyini düşünən Bizans imparatoru, içində məmur Priskin olduğu bir
elçi heyyəti göndərdi. Heyyətin məqsədi nə olur olsun sülh bağlamaq idi. Bu gün Atilla
haqqında ən tutarlı mənbələrdən biri məhz, Priskin xatirələri hesab olunur. Prisk
xatirələrində Atillanın görkəmi, sarayı, o dövür türklərin adət-ənənələri, yaşayış şəraitləri,
Avropada salınmış möhtəşəm şəhərlər haqqında ətraflı məlumat verir. Atilla elçiləri nəzakət
xatirinə qəbul etsədə, onları xoşlamadığını hər halı illə bəlli edirdi. Yalan, hiyləgərlik üstündə
qurulmuş bir dövlətçilik anlayışı Atillaya zidd idi. Atilla söhbəti uzatmadan ondan
oğurlanmış, xəyanətə sövq edilmiş, xəyanət etmiş sərkərdələrini və əsgərlərini geri
vermələrini tələb etdi. Heyyət isə israrla bu idaları inkar etdi. Bu durum Atillanın dahada
qəzəblənməsinə səbəb oldu. Çünki, böyük sərkərdə bir zamanlar Roma imparatoru
tərəfində məqsədli şəkildə ona övladlıq verilmiş Aetsiy, Qıpcaqda böyüdükdən sonra
Avropaya qaçaraq, yaxşı tanıdığı türkləri, sərkərdələri, din adamlarını, sıravi vətəndaşları
yanına çəlb etdiyini bilirdi (Bu da xanlığı parçalamağın bir yolu idi). Hətda Aetsin, bu günükü
Fransanı ələ keçirərək, bir növü qaçaqlar krallığı qurmuşdu. Əhalisi türklərdən ibarət bu
krallığın paytaxtı belə türk adı ilə, Tuluza adlandırılırdı ( Tədqiqatçı alim Murad Acı bu köçləri
xəyanət deyil, dövlətin həddindən artıq böyüməsi və əhalinin həddindən artıq artması ilə
əlaqələndirir. Məsələn, ölkədə yetişən miliyonlarla istedadlı, bacarıqlı sərkərdə laiq olduğu
vəzifəni tuta bilmir, laiq olduğu dəyəri görə bilmirdi, yerlər dolu olduğu üçün. Bir dövlətdə
bunu tənzimləmək çətindir. Bəlkə də sırf buna görə Dəşti-Qıpcaq dövləti dağıldıqdan sonra
yerində bir neçə Kağanlıqlar yarandı). Bunu üçündə heyyət Atillanı heç cürə inandıra
bilmədi. Əksinə bu yalanlar onu daha da qəzəbləndirdi. Atilla, Aetsiy ilə Katalon tarlalarında,

Şampaniyadakı məşur ovalıqda üz-üzə gəldi. Bu döyüşdə Aetsiy orduları darmadağın
edilərək, Avropaya böyük səfər başladı. Bütün Avropanı qılıncdan keçirən Atilla, xainləri
tutduğu yerdə qısa məhkəmə edərək edam etdi. Çünki səbəbi nə olur olsun Türk adətlərinə
görə xəyanət edən heç cürə bağışlana bilməzdi. Ordu Roma sərhədlərinə dayandıqda təşvişə
düşən imparator, qarşılamaq üçün Papa Levi Atillanın hüzuruna göndərdi. Papa diz çökərək
bağışlanmaq diləndi (Bu qarşılaşma Vatikanda mühafizə oluna Rafaelin tablosunda əks
olunmuşdur). Nə papanın diz çökməyi, nə də verilən vədlər Atillanı sakitləşdirə bilməzdi.
Lakin papanın başı üzərində göyə qaldırılmış xaç, möhkəm inanc sahibi olan bu böyük
sərkərdənin ürəyinə mərhəmət gətirdi. Çünki Atilla xaçı Tenqrinin sinvolu, onun iradəsi
olaraq bilirdi.
Yarım miliyonluq, nizamlı, döyüşkən bir orduya sahib Atillanın adı belə dünyanı lərzəyə
salmağa kifayət idi. Bu qorxu 453-cü ildə sona çatdı. Dəfələrlə süiqəsdə məruz qalan böyük
sərkərdə, İldico ilə evləndiyi günün ilk səhəri otağında qanlar içində tapıldı. Ölümü ilə
əlaqədar həyat yoldaşı təqsirləndirilsədə, sübutunu tapmamışdır. Atillanın ölümü kimi,
məzarıda sirr olaraq saxlanılmışdır. Dəfində iştirak edənlərin hamısı məzarın yerinin
bilinməməsi üçün öldürülmüşdür. Özlərini öldürdükləri fərziyəsidə vardır.
Atilla ömrünü dünyanı nizama salan, Tanrının qırmancı olaraq tamamladı. Bu vəzifə Tanrı
tərəfindən ilk dəfə bir türkə verilmiş vəzifə deildir. Elə türklüyün dünyadakı məqsədi ədalət,
nizam, əmin-amanlıq yaratmaq deyilmi? Tanrı Atilladan sonra da dünyaya yüzlərlə bu amala
xidmət edən türk hökümdarları göndərmiş və göndərəcəkdirdə. Təki öz kimliyimizdən,
özlüyümüzdən ayrılmayaq. Türk qalaq.

Pin It on Pinterest