GenelGüncelKültür SanatTürk Dünyası

Tacikistanın paytaxtı Düşənbə şəhərində “Şaşmakom” festival-simpoziumu keçirilmişdir

11-13 may tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində “Şaşmakom” festival-simpoziumu keçirilmişdir. 12 may Şaşmakom gününə həsr olunan bu geniş miqyaslı tədbirin 11 may tarixində Milli kitabxanada açılış mərasim baş tutmuşdur.

Plenar iclasda Tacikistan Respublikası Prezidentinin köməkçisi Kurbonali Rahmonzada və Mədəniyyət naziri Matluba Sattoriyan açılış nitqilə çıxış etmişlər. Daha sonra keçirilən “Şaşmakom: Tarix və nəzəriyyə” adlı bölmədə Azərbaycanı sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundova-Talıblı, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salim və sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə təmsil edərək məruzələrlə çıxış etmişlər.

12 may tarixində isə Tacikistan Opera və Balet teatrının səhnəsində baş tutan Qala konsertdə Sədəf Budaqova (xanəndə), İsmayıl Zülfüqarov (tar), Rauf Məsimov (kamança) və Cəfər Həsənov (nağara) tamaşaçılar tərəfindən  böyük maraqla qarşılanan maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Tacikistanın paytaxtı Düşənbə şəhərində “Şaşmakom” festival-simpoziumu
Tacikistanın paytaxtı Düşənbə şəhərində “Şaşmakom” festival-simpoziumu

Həmyerlilərimiz 12 may tarixində diplomlarla təltif olunmuşlar.

Ertəsi gün Azərbaycan Respublikasının Tacikistandakı Fövqəladə və Səlahiyyətli səfiri Əlimirzamin Əskərov təmsilçilərimizi qəbul edərək onları uğurlu çıxışları münasibətilə təbrik etmişdir.

Tacikistanın paytaxtı Düşənbə şəhərində “Şaşmakom” festival-simpoziumu
Tacikistanın paytaxtı Düşənbə şəhərində “Şaşmakom” festival-simpoziumu

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest