Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sübhan Talıblı Mükafatlandırıldı
14 iyul 1969-cu il Heydər Əliyevin Azərbaycan KP MK I Katibi seçilməsi ilə əlaqədar olaraq, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Kırımınsesi Gazetesi yazarı dosent Sübhan Talıblı, Neftçala rayon Heydər Əliyev Mərkəzinin qonağı olub.
Kanal32.az xəbər verir ki, “Ulu Öndər:idarəetmədən Dövlətçiliyə” adlı tədbirdə Sübhan Talıblı “Heydər Əliyev və Azərbaycanın Milli Dövlətçilik Konsepsiyası” adlı məruzə ilə çıxış etmişdir. Sonra qonaq iştirakçıların suallarını cavablandırmışdır. Tədbirin sonunda Mərkəzin direktoru Könül Məmmədova, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində müstəsna yeri olan Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyətini ətraflı, müfəssəl şəkildə izah etdiyi üçün Subhan Talıblıya dərin təşəkkürünü bildirib
sübhan talıblı