GenelGüncelKültür Sanat

Şərqşünas alimin Xocalı soyqırımı haqqında məqaləsi 5 dildə dərc olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “Xocalı soyqırımı: Bəşər tarixinin ən qanlı və dəhşətli faciəsi” məqaləsi dünya ölkələrinin kütləvi informasiya vasitələrində türk, ərəb, rus, ingilis və fars dillərində yayımlanıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, şərqşünas alimin məqaləsi Türkiyədə, Niderlandda, Qazaxıstanda, Özbəkistanda, İraqda, Misirdə, İordaniyada və Livanda müxtəlif kütləvi informasiya vasitələrində, eləcə də İranda “Xudafərin” dərgisində dərc olunub.

Məqalədə şərqşünas alim çar Rusiyasının və digər dövlətlərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilərin ərazilərimizdə zaman-zaman təcavüz, soyğunçuluq, qarət, etnik təmizləmə həyata keçirmələrini, xarici ölkələrin siyasətinə uyğun fəaliyyət göstərmələrini qeyd edir və müasir dövrümüzün ən qanlı cinayətlərindən olan Xocalı soyqırımından ətraflı bəhs edir. Müəllif 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində həyata keçirdikləri qanlı cinayət zamanı baş verənləri və onun acı nəticələri barədə faktları diqqətə çatdırır.

Məqalədə 1994-cü ilin fevralında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin Xocalıda baş vermiş hadisələri təhlil edərək, ermənilərin törətdikləri cinayət əməllərinin azərbaycanlılara qarşı soyqırımı olduğunu beynəlxalq hüquqi məsuliyyət baxımından təsbit etməsi, fevralın 26-sının “Xocalıların Soyqırımı Günü” kimi qeyd olunması haqqında qərarın verilməsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti barədə məlumat verilir. Bundan başqa, faciəni parlament səviyyəsində qətliam kimi tanıyan ölkələr və beynəlxalq təşkilatlar, dünya mətbuatında verilən yazılar barədə məlumatlar diqqətə çatdırılır.

S.Talıblı xarici mətbuatda, elm və təhsil mərkəzlərində Xocalı soyqırımı ilə bağlı çıxışlar etməyə, müxtəlif dillərdə məqalələr dərc etdirməyə, dünyanın aparıcı universitetləri, elmi-tədqiqat və araşdırma mərkəzləri ilə əməkdaşlıq edib Xocalı soyqırımı, Azərbaycan həqiqətləri barədə birgə kitab və məqalələr yazmağa, haqq səsimizi dünyaya çatdırmaqla fəaliyyətimizi daha da genişləndirməyə çağırır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest