Kültür Sanat

ŞƏRQLİ VƏ QƏRBLİ ZİDDİYƏTLƏRİ

Sivilizasiyaların formalaşdığı dövürdən, dünya Şərq və Qərb mədəniyyəti
arasında iki yerə bölünmüşdür. Uzun müddət bədii ədəbiyyatlarada mövzu
olmuş bu fərqlilik, iki bölgə arasında həsəd, nifaq, paxıllıq hisslərinin
yaranmasına səbəb olmuşdur. Tədqiqatlara diqqət yetirdikdə bugünükü Qərbin
təməlini Türklərin atdığını və burdakı mədəniyyətin formalaşmasında misilsiz
rollarının olduğunu görürük. Hər iki bölgədə Türklərin əl izlərinin olduğu aydın
olsada, bəs bu qədər ziddiyyət necə yarandı? Ən əsası isə, Qərb uzun müddət
tarix səhnəsində dünyanı geridən müşahidə eləyərkən, birdən-birə necə sıçrayış
edə bilmişdir. Bildiyimiz məşur şlyapa, dik daban ayaqqabıların hekayəsi və su
xətləri, sudan istifadə etmək qaydaları, küçə işıqları, yemək yemə mədəniyyəti,
hətda kanalzasiya sistemi və bir çox mədəniyyətin Şərqdən Qərbə getdiyini
nəzərə alsaq, necə oldu ki Qərb, birdən-birə dünyanın mədəniyət mərkəzinə
çevirildi. Hətda bir çoxunu mənimsəyib, yenidən Şərqə öz adı ilə satmağa
başladı. Bunlara misal olaraq qadınlarda şalvar mədəniyyətini göstərmək olar.
Bunun Türk qadınlarına xas geyim forması olduğunu bilmək üçün, böyük işlər
görməyə ehtiyac yoxdur. Məlum məsələdir ki, dünyada ilk dəfə atdan istifadə
edən qadınlar Türk qadınlarıdır və şalvarda bu minik vasitəsi üçün əlverişli
geyim növü idi. Hər iki bölgənin mədəniyyətlərinə nəzər saldıqda təqribən
uyğunluğun və hər ikisində mənfi və müsbət tərəflərin mövcud olduğunun
şahidi oluruq. Əslində fərqliliyi yaradan mədəniyyətlər deyil, insanlar və
insanların dünya görüşü, hadisələrə yanaşma şəkillərinin fərqli olduğu aydın
olur bizim üçün. Bu gün Şərqin Qərbə həsədini nəzərə alsaq, inkişaf naminə bu
fərqlilikləri toplayıb, ümumi nəicəyə gəlməli, sınanmış və uğur qazanmış
nəzəriyyələrlə özümüzü və gələcək nəsilləri tərbiyələdirməliyik. Bu baxımdan
YKB-nin(Yapı Kredi Bankası) qurucusu olan, qabaqcıl bankir Kazım Taşkəntin
“Yaşadığım günlər” adlı kitabında Şərq və Qərb insanının dünyagörüşü və
gündəlik davranışlarının müqayisəsi təqdirə layiq fəaliyyətlərdən biridir. Kazım
Taşkənt bu fərqlilikləri bu cür izah etməyə çalışmışdır: “Şərqli hiss edir, Qərbli
fikirləşir. Qərbli fikirləşir, Şərqli danışır. Qərbli danışır, Şərqli ya susur, ya bağırır.
Şərqdə bərabərliyin torpağı sevgi və inancdır, Qərbdə faydalılıq və güvənmək
düşüncəsi insanları birləşdirir. Böyük sözləri Şərqdə yaşlılar, Qərbdə elm
adamları və filosoflar söyləyirlər. Şərqdə sevgi düşüncədən öndədir, Qərbdə isə
düşüncədən öndədir. Qərbli böyük işlərini sadəcəc peşəsi daxilində yaradır.
Şərqli peşəsi xaricində yaratmağa çalışır. Şərqlinin təbiiliyi Qərbliyə bir şəlalə

qarşısında imiş kimi hiss etdirir. Qərblinin mədəni olmağı isə Şərqlini bir böyük
su anbarı qaşısındakı heyranlığa sürükləyir. Birinin görünüşü, o birinin işləməsi
digərinə xoş gəlir. Şərqli sevsə, Qərbli isə inansa insana fədakarlıq göstərir.
Qərbli əvvəlcə edilməsi lazım olan şeyləri öyrənir, Şərqli isə edilməməsi lazım
olanları. Qərbli öz ağlı ilə duyğularını tarazlayır, Şərqli isə öz duyğuları ilə ağlına
yol gösdərmək sevdasındadır. Şərqli təbiətin ulu gücünə o qədər heyrandır ki,
özünün ona təslim edir, Qərbli təbiiətin gücünü bildiyi üçün ona hakim olmağa
çalışır. Şərqli keçmişinə bağlıdır, Qərbli özünü keçmişə bağlı saymır,ancaq
ondan ibrət almağı bilir. Şərq ölkələrində liderlər fikirlərə liderlik edir, Qərbdə
fikirlər liderlərə yol gösdərir. Qərbdə fədakarlığın ən gözəl örnəklərini cavabdeh
olanlar gösdərir, Şərqdə fədakarlığı sadə vətəndaşdan, yoxsul xalqdan
gözləyirlər”.
Ümumilikdə Şərqlə Qərbi müşahidə etmiş bir çox ziyalıların gəldikləri
nəticələr bu fikirlərlə təqribən eyni olduğunu söyləmək olar. Bu fikirlər isə
oxunub kənara atılmaq üçün deyil, nəticə çıxarmaq üçün söylənmişdir. Və hər
bir kəs inkişaf naminə yeri gəldikdə bir Qərbli kimi düşünməyə məcburdur.

Pin It on Pinterest